Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə34/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   30   31   32   33   34   35   36   37   ...   120

125

Fəsil 4. Hemodializ

İL-1 sekresiyasının güclənməsinə  səbəb olur. PAN membranların 

istifadəsi zamanı kallikrein-kinin sisteminin aktivləşməsi 

nəticəsində anafi laktoid reaksiyanın baş verməsi, bəzən hətta şok da 

müşahidə oluna bilər. Sellülyoz və sintetik membranların müqayisəli 

xarakteristikası cədvəl 4.2 təqdim olunur.

                                                                                 Cədvəl 4.2

Sellülyoza və sintetik dializ membranlarının müqayisəli 

xarakteristikası

Göstəricilər

Sellülyoz membranlar

Sintetik 

membranlar

İlkin istifadə (fi rst-use) 

sindromu A və B

                 ++

+

Anafi laktoid şok



                  -

+

Endotoksik şok



                  -

+

Hiperkatabolizm



                 ++

+

Kəskin infeksiyalar



                 ++

+

KBÇ zamanı 



renoprotektiv effekt

                  -

+

Dializ amiloidozu



                 ++

++

Böyrəklərin qazanılmış 



kistoz xəstəliyi

                  +

+

Eliminasiya:



     B-2-MG

     ASL və ÇASL

     fosfatlar

                   

                   -

                   -

                   +                                       

+

+



++

Qeyri-selektiv

                   -

+

Dializ membranların biouyğunluğu.



  Qanın ekstrakorporeal 

konturun biomaterialları  və dializ məhlulu ilə kontaktı zamanı 

patoloji reaksiyaların baş verməməsinə  biouyğunluq deyilir. Dializ 

membranlarına erkən və gec biouyğunluq pozğunluqları baş verir.




126

Dializ

Biouyğunsuzluğun  erkən əlamətləri:

•  qızdırma;

•  sindializ leykopeniya;

•  yeni dializator sindromu, A tipi (anafi laktoid reaksiya);

•  yeni dializator sindromu, tip B;

•  kallikrein-kinin sisteminin aktivləşməsi nəticəsində ana-

fi laktoid reaksiya;

•  dializatorun, damar yolunun trombozu;

•  hemorragik sindrom ilə trombositopeniya;

•  endotoksinemiya,  əks  fi ltrasiya  nəticəsində yüksək ke çi-

ricilikli dializatorların istifadəsi zamanı.

Biouyğunsuzluğun gec əlamətləri:

•  azdializ sindromu;

•  hiperkatabolizm;

•  uremik immun qıtlığı;

•  dializ amiloidozu;

•  dializ kaxeksiyası sindromu;

•  polimerlərin hissəciklərinin akkumulyasiyası  nəticəsində 

pozğunluqlar.

Biouyğunluğa dializ membranının tipi, dializ məhlulunun tərkibi, 

xəstənin individual xüsusiyyətləri (əsas xəstəlik, allerqoloji anamnez, 

hemodializ ilə müalicə müddəti, yaş) təsir göstərir. 

Beləliklə, hazırda biouyğunluq haqqında olan tədqiqatlar əsasən 

üç problemə həsr olunmuşdur:

•  leykositlərin kinetikası və funksiyası;

•  komplimentin aktivləşməsi;

•  B-2-MG və amiloidoz.

Alınan, nəticələr arasındakı bütün ziddiyyətlərə baxmayaraq 

biouyğunluğun dializin əsas göstəriciləri olan xəstələnmə, yaşama 

və ölümə təsir etdiyi sübut olunmuşdur. 

Adətən dializatorlar haqqında olan informasiyalarda K

UF

, sidik 


cövhəri, kreatinin, vitamin B

12

  və fosfatların, bəzən B-2-MG kli-




127

Fəsil 4. Hemodializ

rensi, membranın səthinin sahəsi, dializatorun doldurulma həcmi, 

lifl ərin uzunluğu və qalınlığı dializatorla bir yerdə olan istifadə üçün 

rəhbərlikdə qeyd olunur.

Sterilizasiya üsulu – ən müntəzəm üsul kimi etilen-oksiddən 

istifadə olunur. Bu üsul çox az halda, amma ağır allergik reaksiya 

olan anafi laktik  şoka səbəb olduğu üçün hazırda  γ - şüalanma və 

avtoklavda (buxarla) sterilizasiya  aparılır.



Dializ üçün su.

 Bir HD prosedurasına təxminən 120 l su lazım 

olur. Kiçik molekul kütləsi olan bütün maddələr birbaşa xəstənin 

qan dövranına keçdiyi üçün suyun tərkibinə xüsusi ciddi tələbat irəli 

sürülür. Çünki suda olan bəzi qarışıqlar xəstənin həyati üçün böyük 

təhlükə yarada bilər.

Belə maddələrdən Al sümüyü zədələyir, Cu və Cl hemolitik 

anemiya,  xloramin, fl or hətta ölümcül nəticələr verə bilər.

Su əvvəl yumşaldılır (kalsium və maqneziumun çox hissəsi çıxa-

rılır), sonra kömürdən buraxılır (xlor, xloramin təmizlənir) və sonra 

əks osmos cihazından keçirilir və 90% qarışıqlardan təmizlənir. Sonra 

su deionatorda – ion mübadilə qətranından keçirilir, ya əks osmosa 

alternativ kimi, ya da onunla birlikdə istifadə olunur. Baxmayaraq 

ki, dializ membranı mikroorqanizmləri keçirmirlər, dializat steril 

ola bilər. Bakteriya titri 1 ml 100 koloniyadan artıq olmamalıdır. 

Bu sutəmizləmə sisteminin periodik xüsusi dezinfeksiyaedici 

məhlullarla dezinfeksiya edilməsi və bakterial fi ltrlərin qoyulması 

ilə əldə olunur. Bəzən bikarbonat məhlulu pirogen reaksiyaya səbəb 

ola bilər, çünki o bakteriyalarla, ya endotoksinlərlə çirklənə bilər. 

Bəzi yüksəkkeçiricilikli membranlar bakteriya və endotoksinləri 

qan dövranına keçirə bilər. Sübut olunmuşdur ki, dializ məhlulunun 

bakterial çirklənməsi qan monositlərini stimulyasiya edərək 

interleykin-1 (İL-1) əmələ gəlməsinə sövq edir. Bəzən, hətta dializ 

məhlulu konturuna əlavə ultrafi ltrlər qoyulur, bu da bakteriya və 

endotoksin yolunda baryer rolunu oynayır.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə