Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə42/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   38   39   40   41   42   43   44   45   ...   120

154

Dializ

Fosfor

  hər ay ölçülür, 5–7 mq/dl olduqda az ölüm riski verir. 

Fosfor > 9,0 və < 3,0 mq/dl olması yüksək ölüm riski ilə əlaqəli olur.

Kalsium

 hər ay ölçülür, səviyyəsi 9–12 mq/dl az ölüm riski verir. 

Kalsiumun səviyyəsi >12,0 mq/dl və < 7 mq/dl olduqda ölüm riski 

artır. Hədəf səviyyə normanın yuxarı həddi səviyyəsində saxlanılır.



Qələvi fosfataza

  hər 3 aydan bir təyin olunur. Yüksək səviyyə 

hiperparatireoz və ya hepatitin əlamətidir. Ölüm QF səviyyəsi 100 

v/l olduqda (norma 30–115 v/l) az olur. QF səviyyəsi 150 v/l-dən 

çox olduqda ölüm riski ikiqat artır.

Bikarbonat

 hər ay ölçülür. Səviyyə 20–22,5 mekv/l olduqda ən 

az ölüm riski olur. Səviyyənin 15 mekv/l-dən aşağı düşməsi ölüm 

riskini artırır.



Hematokrit

 – K/DOQİ tövsiyələrinə görə optimal Het 33%-

dən az olmamalıdır, normal məqsəd göstərici 33–36% arasında 

yerləşməlidir. EPO müalicəsi almayan xəstələrdə spontan Het 

göstəricisinin yüksək olması böyrək polikistozu, böyrəyin qazanıl-

mış kistoz zədələnməsi, hidronefroz və böyrək karsinoması zamanı 

ola bilər.

Aminotransferazalar

 qanda hər ay təyin olunur. Onların yüksək 

səviyyəsi gizli davam edən hepatit və ya hemosiderozun olmasını 

aşkar edə bilər. Yüksək olduqda qan, hepatit-B virusunun səthi  

antigeninə və hepatit-C virusunun antigeninə yoxlanılmalıdır.

PТН və alüminium səviyyəsi

 lazım olduqda, yəni hiperparati-

reoza  şübhəli hallarda və alüminium intoksikasiyası  əlamətləri 

olduqda yoxlanılır.

Hemodializ xəstələrinin vəziyyətlərini qiymətləndirmək üçün 

lazımi laborator müayinələr müəyyən fasilələrlə  təkrar olunur 

(cədvəl 6.3).

                                                                                  




155

Fəsil 6. Proqram hemodializi (PH)

Cədvəl 6.3

Hemodializ xəstələrinin müayinə gostəricilərinin monitorinqi

Müayinə  testləri

Aparılma tezliyi

Hemoqlobin

Hematokrit

Leykoformula

Kreatinin

Karbamid


Kalium

Natrium


Kalsium, ümumi

Kalsium, ionlaşmış

Fosfor

Albumin


Alaninaminotransferaza

Aspartataminotransferaza

EKQ

Said və pəncə sümüklərinin 



rentgenoqramması

Ayda 2 dəfə

Ayda 2 dəfə

Ayda 1 dəfə

Ayda 2 dəfə

Ayda 2 dəfə

Ayda 2 dəfə

Ayda 2 dəfə

Ayda 1 dəfə

Ayda 2 dəfə

Ayda 1 dəfə

3 aydan bir

3 aydan bir

3 aydan bir

3 aydan bir

İldə 1 dəfə



6.5. Birinci hemodializ

•  Xəstələrə birinci hemodializin aparılması tarazlığın pozul-

ma sı sindromu (disequilibrium syndrome) riski meydana çıxır, çünki 

üzün müddətə formalaşan uremiyanın metabolik pozğunluqları çox 

qısa müddətə korreksiya olunur.

•  Dializdən tarazlığın pozulması:

– uremiyanın həll olmuş  məhsullarının hüceyrəxarici mühitdən 

sürətlə  çıxarılması  nəticəsində beyin ödeminin baş verməsi səbə-

bindən ortaya çıxması haqda düşünülür.



156

Dializ

– baş  ağrısı, həyəcan, görmənin dumanlanması, agır halda qıc-

olmalarla müşayiət olunur.

•  Adətən, tədricən göstəricilər endirilir (qisa proseduralar hər 

gün)

Birinci hemodializin aparılma qaydası



  Xəstələrdə potensial infeksiya riskləri təyin olunur.

•  Zərdabda viruslar yoxlanılır (B, C hepatitləri, HİV), bəzi 

mərkəzlərdə meticillin-rezistent Staphylococcus aureus, vankomit-

sin-rezistent Enterococcus infeksiyalar da axtarılır.

•  Əgər virusların yoxlanma nəticələri məlum deyilsə, onda 

dializ cihazları istifadədən sonra mütləq dezinfeksiya olunmalıdır 

(məs. Dialox ilə).

•  Təcili mərkəzi venoz kateter istifadə olunursa, kateterin ucu-

nun pozisiyası rentgenoloji müəyyən olunmalıdir (bud kateterində 

lazım olmur).

•  Xəstənin quru çəkisi təyin olunur, heparinləşdirmə variantı 

seçilir.


Yaşlı şəxslər üçün HD rejimi aşağıdakılar seçilir:

•  Dializator – 1,6 m

2

, aşağı keçiricilikli, sintetik membran və 



buxar sterilizasiyadan keçmiş olmalı;

•  Qanın cərəyan sürəti – 150 ml/dəq, hər sonrakı dializdə 25 – 

50 ml/dəq artırmaq; 

•  Müddət – 2 saat, hər sonrakı dializdə 1 saat artırılır və 4 saata 

çatdırılır;

•  Dializatın sürəti  500 ml/dəq;

•  Dializatın temperaturu – 36 Cº;

•  Dializatda natrium;

•  Zərdabda natriumun səviyyəsi >125 mmol/l – dializatda 

natriumun səviyyəsi 140 mmol/l;

•  Zərdabda natriumun səviyyəsi  <125 mmol/l -  dializatda 

natriumun konsentrasiyası plazma səviyyəsindən 15 mmol/l-dən çox 

olmamalı;



157

Fəsil 6. Proqram hemodializi (PH)

•  Zərdabda natriumun səviyyəsi  >155 mmol/l – natriumun 

dializatda səviyyəsi  plazmadakı  səviyyədən 15 mmol/l-dən az 

olmamalı.



     

6.6. Hemodializ zamanı fəsadlar

Son 25 ildə hemodializ zamanı müşahidə olunan fəsadların 

xüsusiyyətləri çox dəyişmişdir. Hemodializ texnologiyasının  əhə-

miyyətli inkişafı (xüsusən hemodializ cihazlarının xəstə  təh lü kə-

sizliyinin nəzarəti sisteminin təkmilləşdirilməsi), dializatın ha-

zırlanması (su standartlarının yaxşılaşması, bikarbonat dializatın 

istifadəsi), membrana uyğunlugu (sintetik membranlarin tətbiqi) və 

s. dializdaxili texniki ağırlaşmaların azalmasına səbəb olmuşdur. Bu 

gün ürək-damar ağırlaşmalarından olan dializdaxili hipotenziya və 

əzələ qıcolmaları çox müntəzəm təsadüf olunur. Buna səbəb son illər 

dializ populyasiyasının demoqrafi yasının dəyişilməsi (yaşın və ya-

na şı xəstəliklərin artması) və ultrafi ltrasiya sürətinin artması nəticə-

sin də dializ müddətinin azalmasıdır. İndi dializ xəstələrinin yarıya 

qədəri şəkərli diabet olduğu üçün onlar ürək-damar pozğunluq la rı na 

daha çox meyllidirlər.

Dializdaxili

 

Hemodializ zamanı  ən çox müşahidə olunan ağırlaşmalar – 

hipotenziya (20–30%), qıcolmalar (5–20%), ürəkbulanma və qusma 

(5–15%), baş  ağrıları (5%), döş  qəfəsində  ağrılar (2–5%), beldə 

ağrılar (2–5%), qaşınma (5%), yüksək hərarət və üşütmə (1%) təsadüf 

olunur. Qeyd olunan ağırlaşmalar təcili hemodializ prosedurasının 

keçirildiyi zaman müşahidə edilir və bütün hallarda təcili müalicə 

tədbirlərinin görülməsini tələb edir.

Dializ zamanı müntəzəm müşahidə olunan və standart tədbirlər 

tələb edən ağırlaşmalar cədvəldə verilir (cədvəl 6.4).

                     



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə