Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə43/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   39   40   41   42   43   44   45   46   ...   120

158

Dializ

Cədvəl 6.4

Hemodializin əsas fəsadları

Ağırlaşmalar

Ağırlaşmaların tezliyi, %

Tibbi:

Hipertonik krizlər 

Hipotenziya 

Ürək ritminin pozulması

Perikardit

Stenokardiya

Baş ağrıları

Baş beyinin qan dövranının pozulması

Ürəkbulanma və qusma

Pirogen reaksiya

Əzələlərin səyriməsi və qicolmalar

Əzələ zəifl iyi

Qanın dializatorda tromblaşması

Müsariqə və ağciyər arteriyalarının trombozu 

Hemorragiyalar

Mədə-bağırsaq qanaxması     

Qaşınma

Beldə ağrılar



Hemoliz

Osmolyarlığın pozulması sindromu

Dializsonraki zəifl ik sindromu

“Ağız quruluğu”

“Narahat ayaqlar”

               11

               25

               2,1

               0,54

               4,5

               5,0

               0,06

               11,6

               1,4

               12,0

               8,7

               1,0

               0,02

               1.2

               0.5

               10,4

               4,8

               3,1

               0,2

               3,4

               7,6

               8,9                

Texniki:

Dializatordan qanın dializata axması

Qan magistrallarının xəstədən ayrılması

Qan magistrallarında hava embolu

Yeni dializator sindromu

Endotoksinemiya



               0,9

               0,22

               0,46

               0,04

               0,03

            

 



159

Fəsil 6. Proqram hemodializi (PH)

Hipotenziya.

 Hemodializ zamanıı ən müntəzəm təsadüf  olunan 

ağırlaşmalardan biri arterial hipotenziyadir və müxtəlif səbəblərdən 

baş verir (cədvəl 6.5).

Əksər halda arterial hipotenziya qanın həcminin artıq və sürətli 

azalması nəticəsində ürəyin vurğu həcminin aşağı düşməsindən baş 

verir. Bunun qarşısını almaq üçün UF üçün xüsusi qurğu istifadə 

olunmalıdır. 

             Cədvəl 6.5

Dializ zamanı hipotenziyanın səbəbləri

___________________________________________________

Müntəzəm təsadüf olunan səbəblər:

1.Qanın həcminin çox azalması

a) UF-nın dəyişməsi;

b) UF-nın yüksək səviyyədə olması;

c) bədən çəkisinin “quru çəkidən” aşağı düşməsi;

d) dializatda natriumun az olması.

2. Vazokonstriksiyanın azlığı

a) asetat dializatı;

b) isti dializat;

c) qida qəbulu;

d) toxumaların işemiyası (mediator-adenozin anemiyada güc-

lənir);


е)   vegetativ sinir sistemi neyropatiyası (məs. diabetdə güclənir);

f) antihipertenziv müalicə.



3. Kardial faktorlar ilə əlaqədar

a) ürək vurğu həcmi ürəyin dolmasından asılıdır

– diastolik disfunksiya, sol mədəciyin hipertrofi yası  ÜİX və s. 

nəticəsində;

b) ürəyin yığılmasının pozulması;

– beta-blokatorların istifadəsi;

– izolə olunmuş uremik neyropatiya;

– ahıl yaş;




160

Dializ

c) başqa səbəblərlə  əlaqədar ürək artımını artırmaq mümkün-

süzlüyü;

– hipertenziya, ateroskleroz, miokardin kalsifi kasiyası, qapaqların 

zədələnməsi, amiloidoz və s. nəticəsində miokardin pis yığılması.

Seyrək təsadüf olunan səbəblər:

1. ürək tamponadası;

2. miokard infarktı;

3. gizli qanaxma;

4. septisemiya;

5. aritmiya;

6. dializatora reaksiya;

7. hemoliz;

8. hava emboliyası.

__________________________________________________

İdeal halda UF bütün dializ boyu eyni sürətlə daimi olmalıdır. UF 

üçün qurğu tətbiq olunmayan cihazlarda UF TMT-dən asılı olur və 

qısa müddətdə xəstə böyük miqdar maye itirə bilər. Bunun qarşısını 

almaq üçün su üçün keçiriciliyi az olan dializatorlar tətbiq olunur.

Dializarası dövrdə bədəndə az su yığılmalıdır (çəki artımı 1 kq/gün). 

Buna nail olmaq üçün ən mühüm şərtlərdən biri pəhrizdə xörək 

duzunu və dializatda natriumu azaltmaq lazımdır.

Bədən çəkisi quru çəkidən aşağı olan xəstələrdə  UF hipotenziyaya 

səbəb olur. Odur ki, Het nəzarət olunması düzgün qərar çıxarmağa 

imkan verir.

Natriumun dializatda konsentrasiyasının azlığı.

 Dializatda 

natriumun aşağı konsentrasiyası qan plazmasında natriumun 

azalmasına səbəb olur. Hipotonik damardaxili mühitdən osmotik 

konsentrasiyanı  bərabərləşdirmək üçün su hüceyrəarası sahəyə 

keçir. Dövr edən qanın həcmi (DQH) azaldığı üçün hipotenziya 

baş verir. Bu əsasən dializin birinci saatında müşahidə edilir. Əgər 

dializin başlanğıcın da dializatda natriumun konsentrasiyası 4 mekv/




161

Fəsil 6. Proqram hemodializi (PH)

l-dən azdırsa, onda UF dializin əvvəlində aşağı səviyyədə aparılır. 

Bu DQH osmotik azalmasını kompensasiya edir.

Bəzi nefroloqların fi krinə görə hər bir xəstənin plazasındakı na-

trium səviyyəsinə görə individual həssaslığı olur. Odur ki, bütün 

xəstələrə dializ məhlulu eyni “one-size-fi t-all”  (hamı üçün bir) 

olmamalıdır, individual səviyyənin seçilməsi məqsədəuyğundur.

Başqa bir təklifdə dializin başlanğıcında dializatda yüksək kon-

sentrasiya Na götürmək və dializin axırına onu endirmək (Na qra-

dienti ilə dializ). Amma hələlik natrium qradienti ilə dializin gedişi 

zamanı hipotenziyanın qarşısının alınması haqda qəti fi kir yoxdur.

Dializ zamanı Het monitorunun istifadəsi vaxtında sindializ 

hipotenziyanın baş verəcəyini söyləməyə imkan verir. 

Vazokonstruksiya ilə  əlaqədar hipotenziya. 

DQH azalması 

ürəyin vurğu həcminin aşağı düşməsi, onun boşluqlarının diastola 

zamanı dolması ilə  məhdudlaşır. Periferik damar müqavimətinin 

kiçik azalması, yaxud ürəyin dolmasının azalması hipotenziyaya 

səbəb olur. Bu zaman heç bir kompensator proses, hətta ürək 

vurğularının sayının artması belə, qanın dəqiqəlik həcmini artırmır. 

Qanın 80%-dən artıq miqdarı venalarda paylanır, odur ki, onların 

qanla dolması ürəyin vurğu həcminin azalmasına və hipotoniyaya 

səbəb olur.  Arteriolaların tonusunun azalması venaların daha çox 

dolmasına səbəb olur.

Bunun qarşısını almaq üçün dializ məhlulunun temperaturunun 

azaldılması (34–36°C) sindializ hipotenziyalarını azaldır. Amma 

bəzən bu, diskomfort və üşüməyə səbəb ola bilir.

Hipotoniyaya meylli olan xəstələrdə dializ zamanı qida qəbulun-

dan sonra qanın daxili orqanlarda depolanması nəticəsində AT aşağı 

düşə bilər. Odur ki, bu xəstələrə dializdən qabaq və prosedura zama-

nı qida qəbulu tövsiyə olunmur.

İşemiyanın təsiri – hər hansı hipotenziv təsirdən toxumaların 

işemiyası baş verir və bu da adenozinin azad olunmasına səbəb olur 

və qüsurlu dövran baş verir. Bu belə olur: hipotoniya → işemiya → 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə