Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə51/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   47   48   49   50   51   52   53   54   ...   120

184

Dializ

azalmasını qeyd edirlər. Cinsi funksiyanın dializ xəstələrində aşağı 

düşməsi pis öyrənilmişdir. Kişilərdə psixoloji faktorların təsiri 

böyük rol oynayır. Bunlara depressiya, işini itirdiyinə görə ailədə 

rolunun dəyişməsi, sidik ifrazının kəsilməsi (kişi orqanı iki işi 

görür: həm sidiyi xaric edir, həm də cinsi orqan rolunu görür) də 

təsir göstərir. Qadınlarda aybaşıların kəsilməsi, fertil qabiliyyətinin 

enməsi və  cəlbediciliyin azalması rol oynayır. Kişilərdə seksual 

disfunksiya üzvi mənşəli olur, yəni hormonal pozğunluqlar, diabet, 

damar çatışmazlığı və hipotenziv dərman preparatlarının qəbulu ilə 

əlaqədar olur.

Reabilitasiya.

 Dializ xəstələrin 2/3 hissəsi  əvvəlki işlərinə 

qayıtmırlar, bu onların sosial-iqtisadi vəziyyətindən, xəstəliyin 

ağırlığından və dializ müalicəsini vaxtında başlamasından asılıdır. 

Əqli iş sahiblərinə işi fi ziki iş sahiblərinə nisbətən dializlə kombinə 

etmək daha rahat olur. 

Qadınlar, xüsusən əqli işlə məşğul olan qadınlar özlərini işlə da-

ha asan təmin edirlər, əksərən onlar ev təsərrüfatı işlərini aparırlar. 

Fiziki məhdudiyyətlər xəstələrin əksər halda işdən imtina etməsinə 

səbəb olur, bu da xüsusən kişilər üçün böyük psixoloji zərbə olur.

Eritropoetinin istifadə olunması, adətən, Hb-nin səviyyəsini 

yüksəltməklə xəstələrin fi ziki işgörmə qabiliyyətini artırır. Xəstəliyə 

qədər işini sevən və ondan zövq alan şəxslər işə can atırlar, amma 

ondan zövq almayanlar dializi başlayan kimi onu atırlar. Qeyd 

olunmalıdır ki, xəstələrin  fi ziki aktivliyi reabilitasiyanın  əsas 

şərtlərindən sayılmalıdır.



Həyatın keyfi yyəti.

 Həyatın keyfi yyətini (HK) qiymətləndirmək 

üçün hazırda standart metod yoxdur. İstifadə edilən üsullar subyektiv 

və obyektiv göstəricilərə görə xəstələrin özlərini hiss etmələri, ümumi 

vəziyyəti və sağlamlığına görə  həyatla qane olunma dərəcəsinə 

əsaslanır. HK-nı qiymətləndirmək üçün əsas subyektiv parametrlərə 

daha çox yer ayrılır. Eritropoetin istifadəsi,  transplantasiyadan sonra 

HK yüksəlir, transplantatın funksiyasının pozulması zamanı HK 

pisləşir.



185

Fəsil 7. Dializ xəstələrin problemləri

Müalicə.  Xəstənin  şəxsiyyətindən və  həyati situasiyadan ası-

lı olaraq müalicə seçilir. Sərbəst olan xəstələr erkən dövrdə trans-

plantasiyaya namizəd kimi seçilirlər. Anamnezində psixoz olan 

xəstələrin trasplantasiyadan sonra qlükokortikoid qəbulu problem 

yarada bilər, odur ki, onlara psixiatrın məsləhəti lazım olur. Bütün 

kişilər seksual disfunksiyanın baş verə biləcəyi haqda xəbərdar 

olunmalıdırlar. Belə olduqda onlar həkimə daha çox inanırlar və 

seksual disfunksiyaya kişiliyin itirilməsi kimi yox, uremiyanın 

ağırlaşması kimi baxırlar.

Psixoterapiya. Psixoterapiyanın xəstələrə böyük xeyri olur və bir 

neçə formada istifadə olunur:

1. individual psixoterapiya;

2. qrup halında psixoterapiya;

3. seksual davranışın korreksiya texnikası;

4. fi ziki hərəkətlər.



Dərman müalicəsi. Litium preparatlarından başqa, bütün psi-

xotrop dərmanlar praktiki olaraq yağda həll olan olduğu üçün

hematoensefalik baryeri keçir, qaraciyərdə detoksikasiya olunur, öd, 

nəcislə xaric edilir, yüksək molekulyar kütləyə malik olduğu üçün 

dializ membranından keçmirlər. Bütün psixotrop dərmanlar XBÇ 

zamanı 2/3 dozada verilir.

1.  Trankvilizatorlar. Narahatlıq və qorxu hissi olduqda qısa 

təsir müddəti olan benzodiazepinlər: lorazepam (Ativan), yaxud 

alprazolam (Xanax) istifadə olunur. Farmakoloji aktiv metabolitləri 

olan benzodiazepinlər: xlordiazepoksid (Librium), yaxud diazepam 

(Valium) dializ xəstələrində istifadə olunmamalıdır, çünki onların 

qanda yüksək səviyyəsi yığılıb, letargiya verə bilər. Barbituratlar da 

istifadə olunmamalıdır.

2.  Antidepressantlar. Dializ xəstələrində depressiyanın müa-

licəsində antidepressantlar yaxşı təsir göstərir. Serotaninin əks tutu-

cularının selektiv inhibitorları  və başqa antidepressant preparatlar: 

fl uoksetin (Prozac), sertralin (Zoloft), paroksetin (Paxil), nefazodon 



186

Dializ

(Serzone) və venlafaksin (Effexor) unikal xassələrə malikdirlər. Bu 

preparatların antixolinergik və sedativ təsiri yox, yaxud da çox az dır, 

ona görə yüksək dozada istifadə oluna bilər. Bu xassə onları hətta 

ölüm verə bilən tsiklik antidepressantlardan (amitriptilin, dezipra-

min, sinekvan, nortriptilin) və monoaminoksidoza inhibitorlarından: 

fenelzin (Nardil) və tranilsipromindən (Parnate) fərqləndirir. 

Müasir dövrdə XBÇ zamanı  ən çox fl uoksetin istifadə olunur. 

Standart gündəlik doza 20 mq xəstələr tərəfi ndən yaxşı keçirilir. Bu 

preparatların çatışmayan cəhəti kliniki effektin 3–6 həftə sonra əldə 

olunmasıdır.



Litium preparatları – ancaq dializdən-dializə 600 mq təyin olunur.

Neyroleptiklər – psixozda təyin olunur. Bu qrupdan olan 

haloperidol, xlorpromazin, tioridazin, risperidon və olanzapin 

istifadə oluna bilər. Bu preparatların normal böyrək funksiyası 

zamanı istifadə olunan dozasının 2/3 miqdarı təyin olunur.



7.2. Qidalanma problemləri

XBÇ xəstələrinin  ən mühüm problemlərindən biri qidalanma 

çatışmazlığı olub xəstələrin xəstələnməsinin və ölümünün sə bəb-

lərindən sayılır. Qidalanma pozğunluqları  xəstələrin dializəqədər 

mərhələsində 20–50%, dializ zamanı 10–70% müşahidə edilir 

(E.V.Shutov, 2008). Qidalanma pozğunluqları ikincili olaraq az 

qida qəbulu, yüksək itkilər və hiperkatabolizm nəticəsində baş verə 

bilər (cədvəl 7.1). Qidalanma çatışmazlığının nəticələri çoxtərəfl i 

ola bilər: ölüm səviyyəsinin artması, hospitalizasiyanın tezləşməsi, 

yaraların bitişməsinin pozulması, infeksiyaya həssaslığın artması, 

halsızlıq, reabilitasiyanın pisləşməsi müşahidə olunur. Dializ xəs-

tələrində qidalanmanın düzgün qurulması reabilitasiyanın, həyatın 

keyfi yyətinin yaxşılaşmasına səbəb olur.

                                                                             




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə