Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə47/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   43   44   45   46   47   48   49   50   ...   120

171

Fəsil 6. Proqram hemodializi (PH)

punksiya yolu ilə havanın mədəcik boşluğundan sorulması.



Dializ ilə əlaqədar neytropeniya və komplimentin aktivləşməsi

Dəyişilməmiş sellülozadan olan dializ membranlarının üzə ri-

lə rində çoxlu hidroksil qrupları olur və bunlar qan kompliment 

kaskadını aktivləşdirə bilirlər. Komplimentin azad fraqmentləri 

qanda cərəyan edən neytrofi lləri ağciyərə göndərirlər. Onlar da 

orada damar dövranında yığışaraq neytropeniya yaradırlar. 30–60 

dəq. dializdən keçəndən sonra neytrofi llərin səviyyəsi yenə normaya 

qayıdır. Hidrooksid qrupu dəyişilmiş sellüloza membranları (asetat, 

hemofan) və eyni zamanda sintetik membranlar (polisulfon, poli-

karbonat, polimetilmetakrilat) neytropeniya yaratmır.

Kliniki  əhəmiyyəti. Neytropeniya xüsusi kliniki əlamətlər ver-

məsə  də böyrək funksiyasını  zədələdiyi məlumdur. Eyni zamanda 

xəstənin immun sisteminə mənfi  təsirin olması qeyd olunmuşdur.

Dializ ilə  əlaqədar hipoksemiya.

  Dializ zamanı  P

O2

 kon-



sentrasiyası 5–30 mm c.süt. azalması  məlumdur. ÜDS və  ağciyər 

xəstəlikləri olan şəxslərdə  P

O2 

enməsinin mənfi   təsiri müşahidə 



olunur. 

P

O2  



aşağı enməsinin səbəbləri: 

a) hipoventilyasiya baş verməsinin 2 mexanizmi mövcuddur:

– asetat dializ məhlulu istifadə edildikdə hipokapniya yarandığı 

üçün;


– bikarbonat dializ məhlulu istifadə etdikdə qanda bikarbonatın 

konsentrasiyasının yüksəlməsi metabolik alkaloza səbəb olur. Qeyd 

olunan hər iki səbəbdən hipoventilyasiya və hipoksemiya yaranır.

b) ağciyər daxili diffuziyanın bloku. Neytrofi llərin ağciyərlərdə 

sekvestrasiyası kapilyarların neytrofi l emboluna səbəb olur.

Müalicə. Nazal oksigenasiya və ya maska ventilyasiyası (Venturi 

maskası).



Dializatorun tromblaşması.

 Bütün hallarda antikoaqulyasiyanın 

kifayətsizliyi nəticəsində baş verir. Bu zaman dializator və qan 

magistralları laxtalanmış qanla atılır.



172

Dializ

Dializatorların təkrar istifadə olunması (Reuse)

 – İstifadə 

olunduqdan sonra dializator yuyularaq qandan təmizlənir, dezin-

fektant məhlulları ilə sterilizasiya olunduqdan sonra yuyulur və 

təkrar istifadə olunur. Dializatorların təkrar istifadə olunması virus 

xəstəliklərinin yayilması  və  təkrar istifadə zamanı dializatorun 

effektivliyinin aşağı düşdüyü  üçün (80%) bəzi klinisistlər  tərəfi ndən 

qəbul edilmir. 

 

6.7. Antikoaqulyasiya

Qanın ekstrakorporal konturda laxtalanması.

 HD prosesində 

xəstənin qanı iynə və ya kateterlə, qan magistralları ilə, hava tutucusu 

ilə, dializator membranı ilə təmasda olur. Bu səthlər trombogen olub 

qanı laxtalandıra bilərlər. Trombun əmələ  gəlməsi ekstrakorporal 

konturun fəaliyyətini pozur. Ekstrakorporal konturda laxtanın əmələ 

gəlməsi hər hansı səthə qan plazmasının çökməsi ilə başlayır, sonra 

isə trombositlərin adheziya və aqreqasiyası baş verir, tromboksan 

A

2

 əmələ gəlməsi, laxtalanma kaskadı aktivləşir, trombun və fi brin 



depozitlərinin əmələ gəlməsi baş verir (cədvəl 6.7).

Cədvəl 6.7

Ekstrakorporal konurda qanın laxtalanmasına 

səbəb olan faktorlar

Qanın hərəkət sürətinin azlığı;

Yüksək hematokrit;

Yüksək ultrafi ltrasiya;

Damar yolunda resirkulyasiya;

Dializ zamanı qan yaxud onun komponentlərinin infuziyası;

Yağ məhlulların dializ zamanı infuziyası;

Hava tutucularının olması.

Ekstrakorporal konturda qanın laxtalanmasının qarşısını almağa 

və dializ aparmağa imkan verən  heparinin təyini indi standart bir üsul 

sayılır. Heparin müsbət yüklənmiş, sulfatlanmış mukopolisaxarid 



173

Fəsil 6. Proqram hemodializi (PH)

(molekul kütləsi müxtəlifdir) olub donuzların bağırsağından və 

ya inəklərin ağciyərindən alınır. Heparin dövr edən antitrombin 

III birləşdirir və sonra I, IX, XI və XII koaqulyasiya faktorlarının 

serin proteazaları ilə kompleks əmələ  gəlməsi səbəbindən sürətli 

dezaktivasiya baş verir. Heparinin yarımparçalanma müddəti 30-120 

dəq-yə bərabərdir və antitrombin III, yaxud heparini neytrallaşdır-

maq üçün istifadə olunmuş protamin sulfat kompleksindən azad 

olduqda bu dövr uzanır.

Heparinin arzuolunmaz yanaşı  təsirlərindən dəri qaşınması, 

allergiya, osteoporoz, hiperlipidemiya, trombositopeniya və qanax-

manın artmasını qeyd etmək lazımdır.



Dializ zamanı koaqulyasiyanın monitorinqi

Vizual müşahidə zamanı magistrallarda qan laxtasını müşahidə 

etmək olar. Belə laxtaların dializatora keçməsi, onun tromblaşması 

dializin davam etdirilməsini mümkünsüz edir. Konturun T-yə bənzər 

birləşmələrində laxtanın  əmələ  gəlməsinin qarşısını almaq üçün  

heparin infuziya olunmalı və periodik fi zioloji məhlulla yuyulmalıdır 

(cədvəl 6.8).

                                      



Cədvəl 6.8

Ekstrakorporeal konturda qanın laxtalanmasına 

səbəb olan faktorlar

1. Qan cərəyan sürətinin aşağı olması;

2. yüksək Het;

3. yüksək UF;

4. resirkulyasiya, damar yolunda;

5. dializ zamanı qanın və ya qan komponentlərinin infuziyası;

6. dializ zamanı yağ məhlullarının infuziyası; 

7. hava tutucularının olması (hava ilə ekspozisiya, köpük əmələ 

gəlmə, qanın turbolent hərəkəti).

Ekstrakorporal konturda təzyiq.

 Arterial və venoz təzyiq ləri 

ölçən ötürücülərin göstəricilərinin dəyişməsi trombun lokaliza-



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə