Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə49/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   45   46   47   48   49   50   51   52   ...   120

178

Dializ

Heparinin ağırlaşmaları

Qanaxmadan başqa, heparin qanın lipidlərinin səviyyəsini yük-

səldir, trombositopeniya yaradır, hipoaldosternizm təhlükəsi yaradır, 

hiperkaliyemiyanı gücləndirir, dəri qaşınması  və allergik reaksiya 

müşahidə oluna bilir.

Heparinsiz dializ. 

Qanaxmalar olduqda, ya onun yüksək riski 

olduqda və ya heparinə  əks göstəriş olduqda (heparindən asılı 

trombositopeniya) heparinsiz dializ aparılır. Sistemin tez-tez fi zio-

loji məhlulla yuyulması tibbi personal üçün çox zəhmət tələb edən 

iş olsa da, heparinsiz dializ sadə olub bütün kəskin dializdə tətbiq 

edilə bilər.

Heparinsiz dializə göstəriş

Perikardit (qanaxma qorxusu az olduqda az heparinləşdirmə 

rejimi).

Əməliyyatlar – ürək-damar cərrahiyyəsi;

– göz cərrahiyyəsi (torlu qişa, katarakta);

– böyrək transplantasiyası;

– beyin cərrahiyyəsi.

Koaqulopatiya;

Trombositopeniya;

Kəllədaxili hematoma;

Davamedici qanaxmalar;

Bütün kəskin dializlərdə.



Heparinsiz dializin texnikası.

 Ekstrakorporeal kontur tərkibində 

3000 V/l heparin olan fi zioloji məhlul ilə yuyulur. Qoşulanda bütün 

məhlul xəstənin qanı ilə sistemdən çıxarılır. Qan cərəyan dövranı 

nisbətən yüksək (100–500 ml dəq.) seçilir, hər 30 dəq-dən bir, arterial 

xətti bağlamaqla, dializator 100–200 ml fi zioloji məhlul ilə yuyulur. 

Yuyulma tezliyi artırıla və azaldıla bilər. Yuyulma zamanı içi boş 

kapilyar dializatorlarda çoxlu tromb olduqda o, dəyişdirilə də bilər.

Metodikaya  əməl olunduqda dializatorun tromblaşması tezliyi 

təqribən 5% olur.




179

Fəsil 6. Proqram hemodializi (PH)

Antikoaqulyasiyanın regionar sitrat üsulu. Bu üsul heparinsiz 

dializin alternativi sayıla bilər. Bu zaman qanda ionlaşmış kalsiumun 

azaldılması hesabına laxtalanma vaxtı uzadılır. Arterial magistrala 

yeridilmiş natrium sitrat qanda kalsiumu birləşdirir, həmçinin diali-

zata kalsium əlavə olunmur. Belə kalsiumsuzlaşdırılmış qanın xəstə-

yə qayıtması qorxulu olduğu üçün venoz magistrala kalsium xlorid 

yeridilir. Yeridilmiş sitratın 1/3 hissəsi dializ olunur və 2/3 hissəsi 

bədəndə metabolizmə uğrayır. Bu üsulun üstünlüyü laxtalanmanın 

olmaması  və yüksək qan cərəyanının lazım gəlməməsidir. Mənfi  

cəhəti iki infuziyanın lazım olmasıdır: natrium sitrat və kalsium 

xlorid. Bədəndə sitrat bikarbonata çevrildiyi üçün metabolik alkaloz 

yaranma təhlükəsi mövcuddur.

Metodika. Sitrat 30 ml fl akonlarda 46,7%-li məhlul kimi buraxı-

lır. 3 fl akon bu məhluldan 1 l distillə olunmuş su ilə qarışdırılır (132 

mmol/l). Kalsium xloridin 50 ml – 10%-li məhlulu 100 ml fi zioloji 

məhlulda durulaşdırılır (son konsentrasiya 3,33%, yaxud 467 mekv/l 

kalsium). Perfuzorların köməyi ilə Na sitrat arterial magistrala, 

kalsium xlorid venoz magistrala infuziya edilir. Qanın cərəyan sürəti 

200 ml/dəq-yə bərabər olmalıdır.

– Laxtalanma vaxtı və kalsiumun qanda qatılığı yoxlanılır.

– Dializ məhlulu verilir.

– Sitrat 270 ml/saat verilir, qan nasosu 200 ml/dəq sürəti ilə işə 

salınır. Bu rejimdə dializatora daxil olan qanda onun konsentrasiyası 

30 mmol/l olur.

– Venoz magistrala kalsium xlorid 30 ml/saat sürəti ilə yeridilir. 

– Dializatordan çıxan qanda kalsiumun konsentrasiyası 12 mekv/l 

olur.

– Dializ başlayandan 30 dəq. sonra arterial magistraldan qan 



götürülür və Ca qatılığı yoxlanılır.

– Kalsiumun səviyyəsi normal olmalıdır və bunun az-çoxluğu 

CaCl

2

 yeridilmə sürəti ilə requlə olunur.



– Periodik HTV və ALV yoxlanılır (qan arterial magistraldan, 

sitrat yeridilən yerdən qabaq götürülür) və onların artımı ilkin 




180

Dializ

rəqəmlərdən 100% artıq olmalıdır, az olsa sitratın sürəti artırılır.

– Dializator yanından keçmə (bypass) rejiminə keçdikdə CaCl

2

 



dayandırılır və Na sitratın infuziya sürəti 50%-ə endirilir.

– Dializin sonunda sitrat və kalsium infuziyası eyni vaxtda 

dayandırılır və xəstə dializatordan ayrılır.

Kiçikmolekullu heparinlər. 

Təmizlənməmiş heparindən (mole-

kul kütləsi 2000–50000D) kimyəvi deqradasiya, yaxud təmizləmə 

yolu ilə kiçikmolekullu heparin (molekul kütləsi 4000–6000D) 

alınır. Kiçikmolekullu heparin Xa, XIIa faktorlarını, kallikreini 

inhibisiya edir, amma trombinin, IX, XI faktorların fəaliyyətini cüzi 

azaltdığı üçün HTV və trombin vaxtı az uzanır və qanaxma təhlükə-

si olmur. Kiçikmolekullu heparin ilə dializin aparılması təhlükəsiz 

və effektivdir. Yarımparçalanma dövrü uzun olduğu üçün onu 

dializin başlanğıcında bir dəfə yeritmək olar, amma kiçik dozalarla 

yeridilməsinə üstünlük verilir. Bahalı olduğu üçün geniş istifadə 

olunmur.


Prostaqlandinlər

Təbii və sintetik prostaqlandinlər (PGİ

2

, PGE


2

, epoprostenol, 

iloprost) trombositləri aqreqasiya edirlər və onlar dializ zamanı 

antikoaqulyasiya məqsədi ilə  işlədilə bilər. Amma hazırda geniş 

tətbiq olunmur.

Hirudin.

 Hirudin polipepted olub, trombini inhibisiya edir. 

Tibbi zəlinin (Hirudo medicinalis) udlaqyanı  vəzilərində  əmələ 

gəlir. Hirudin həm trombin aktivləşdirən  fi brinogen  çökməsini, 

həm də trombin – aktivləşdirən trombosit aqreqasiyasını blokadaya 

alır.  İndiyə kimi ancaq elmi məqsədlə istifadə olunmuşdur və 

göstərilmişdir ki, hirudin ilə dializ aparmaq olar.

Heparini tutan xüsusi kartriclər hazırlanmışdır ki, o, heparinaza 

köməyi ilə dializdən sonra heparini tutur. Ekstrakorporeal  konturun 

elementlərinin bioloji aktiv heparinlə ötürülməsi və ya qeyri-

trombogen materialdan hazırlanmış membranların (məs. PAN/

polietilen oksid) istifadə olunması antikoaqulyasiya effektini 

təhlükəsiz artırmağa xidmət edir.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə