Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə50/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   46   47   48   49   50   51   52   53   ...   120

181

Fəsil 6. Proqram hemodializi (PH)

Beləliklə,  HD normal böyrəklərin  funksiyalarını tam əvəz edə 

bilmir. Xəstələr pəhriz rejiminə, maye qəbulunun məhdudiyyətlə-

rinə və bəzi dərmanların istifadə olunmasına məcbur olurlar (cədvəl 

6.10). Bütün bunlardan başqa PH prosesində orqanizmin bir sıra 

sistemləri tərəfi ndən çoxsaylı  ağırlaşmalar da müşahidə olunur və 

proseduranın özünün mənfi  təsirləri vardır, məsələn bədəndən suda 

həll olan vitaminlərin çıxarılması və s.



 Cədvəl 6.10

Böyrəklərin itirilmiş funksiyasını əvəz etmək üçün dializdən 

əlavə lazım olan müalicə tədbirləri

Funksiya


Əlavə terapiya

Hüceyrəxarici mayenin həcmi

Müvafi q natriun və su qəbulu, ilgək 

diuretikləri (diurez varsa)

Plazmanın osmolyarlığı

Müvafi q maye qəbulu

Turşu-qələvi müvazinəti

Yoxdur (bəzən NaHCO

3

)

Kalium balansı



Pəhriz məhdudiyyəti, PD zamanı 

əlavə verilir

Kalsium/fosfat balansı

Fosfat birləşdiriciləri, kalsitriol

Maqnezium balansı

Artıq maqneziumdan çəkinmək

Kiçik ölçülü molekulların 

ekskresiyası

Yoxdur

Böyük ölçülü molekulların 



ekskresiyası

İmkanı yoxdur

Zülalların metabolizmi

İmkanı yoxdur, lazım deyil

Sintez:

•  eritropoetin



Eritropoetin, yaxud analoqları

•  renin-angiotenzin

Bəzən AÇFİ, yaxud ARB

•  lokal hormonlar

İmkanı yoxdur, lazım deyil

25-hidroksixolikalsiferolun 

aktivləşməsi

Kalsitriol




182

Dializ

Fəsil 7

 

Dializ xəstələrin problemləri

                        

7.1. Psixoloji problemlər 

D

ializ xəstələrin həyat tərzi qeyri-normaldır, çünki onlar 

daim dializ cihazına bağlıdırlar. Bütün dializ xəstələri 

daim prosedura, cihaz, tibb personalı və başqa stress faktorlarından 

asılıdırlar. Bundan başqa, hər bir xəstənin xəstəlikdən qabaq 

xasiyyəti, şəxsi xüsusiyyəti, dostları, ailəsi tərəfdən onun qayğısına 

qalmaları  dərəcəsi və  xəstəliyin gedişi xüsusiyyəti onun psixoloji 

reaksiyalarını formalaşdırır. Terminal XBX ilə müalicəyə  qəbul 

olunmuş  xəstələrin təxminən 10%-ində psixikasının pozğunluqları 

olur.  Ən  əsas psixoloji problemlərdən depressiya, demensiya, 

dərman və ya alkohol asılılığı, qorxu və şəxsiyyətin deqradasiyası 

müşahidə edilir. Bəzən psixotik pozğunluqlar aşkar edilir. Diabeti 

və damarlarında aterosklerotik dəyişikliklər olan xəstələrdə seksual 

disfunksiyalar tibb personalının nəzərini cəlb etməsə də, xəstə üçün 

böyük əhəmiyyət kəsb edir. İşə düzəlmək və reabilitasiya, xüsusən 

yaşlı  şəxslərdə, xəstə üçün böyük problem yaradır. Bütün bunlar 

vaxtında aradan qaldırılmadıqda suisid halları ilə  nəticələnə bilər, 

yaxud xəstə dializdən də imtina edə bilər.

Dializin stressə səbəb olan təsirləri:

1. pəhrizin qorunması, maye qəbulu, dərman istifadəsi;

2. dializ proseduru;

3. xəstəlik halı (daima narahatlıq);

4. çoxlu itkilər: iş, hərəkət azadlığı, ümidsizlik;

5. seksual disfunksiyalar.

Depressiya – itirilmiş ümidlərin nəticəsində baş verir, ən müntəzəm 

müşahidə edilir. Xəstəliyin düzgün vəziyyəti, özünəqiymətin enməsi, 




183

Fəsil 7. Dializ xəstələrin problemləri

köməksizlik hissi ilə başlayır. Yuxu pozulur, iştah və  çəki azalır, 

ağızda quruluq, qəbizlik, cinsi həvəs və potensiyanın enməsi və s. 

kimi somatik ağırlaşmalar müşahidə edilir. Depressiyanın, koqnitiv 

simptomları, köməksizlik, günahkarlıq hissi, suisidal fi kirlər kli-

nisistə uremiya əlamətləri ilə depressiya arasında differensial 

diaqnoz aparmağa kömək edir.

Suisid.

 Dializ xəstələrinin təxminən 500-dən biri öz həyatına 

son qoyur. Xəstələrin pəhrizə əməl etməməsi, həkimin tövsiyələrini 

yerinə yetirməməsi, dializ proqramına  əməl etməməsi (dializi 

buraxması, dializ müddətlərinin azalması) son nəticədə onların 

ölümünə  də  səbəb ola bilir ki, bunları da düşünülmüş, yaxud 

düşünülməmiş suisidal məqsəd hesab etmək lazımdır.

Demensiya və delirioz vəziyyət.

 Bu vəziyyət interkurrent 

xəstəliklər (hipotireoz, hiperparatireoidizm, septisemiya, hipoq-

likemiya), sinir sistemi xəstəlikləri (beyin damarları  xəstəlik ləri, 

subdural hematoma və s.), bəzi dərmanların qəbulu, alkoholun 

qəbulu və ya ondan imtina edilməsi, dializin kifayətsizliyi və s. səbəb 

olur. İlk növbədə dializ proqramını yenidən qurub yaxşılaşdırmaq, 

qidalanmanı adekvatlaşdırmaq və proqress edən nevroloji xəstəlikləri 

(Alsheymer xəstəliyi) müalicə etmək lazım gəlir. Demensiya baş 

verdikdə  xəstənin qohumları ilə dializ proqramını bitirmək haqda 

danışıqlar aparılır.

Xəstələrin tibb personalı ilə  əməkdaşlıq etməməsi, yüksək 

qıcıqlanma, dializ xəstələrində tez-tez təsadüf olunur və onlar 

özlərini kobud aparır, personalla yüksək tonla danışırlar. Ən yaxşısı 

xəstələrin özlərini belə aparmasına fi kir verməmək lazımdır. Bəzən 

xəstələrin davranışı nə özlərinə, nə də tibb personalına aydın olmur, 

onda onun ev və  iş  şəraitini  ətrafl ı öyrənmək lazım olur. Amma 

bəzən xəstələrin hərəkətlərində başqa xəstələr və tibb personalı üçün 

təhlükəli olan davranışa dözmək olmaz, psixoz olduqda psixiatr ilə 

məsləhətləşmək lazım gəlir.



Seksual disfunksiya.

 Təqribən dializdə olan kişilərin 70%-ində 

seksual disfunksiya müşahidə edilir, qadınlar isə orqazmın tezliyinin 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə