Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə55/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   51   52   53   54   55   56   57   58   ...   120

197

Fəsil 7. Dializ xəstələrin problemləri

Enteral qidalanma:

•  Qida və mayenin oral qəbulu mümkün olmadıqda;

•  Dializ zamanı paradialitik qidalanma yaxud tərkibində 

aminturşular  olan dializat HD və PD istifadə olunur.

Parenteral qidalanma:

•  MBT funksiyasının pozğunluğu olduqda tətbiq edilir.

Metabolik sindrom.

 Dializ xəstələrində  bəzən metabolik sin-

drom müşahidə edilir. Amerika Ürək Assosiasiyası/Milli Ürək, 

Ağciyər və Qan İnstitutunun (American Heart Association/National 

Heart, Lang, and Blood Institute) tövsiyəsinə görə (2005) aşağıda 

qeyd olunan 5 kriteriyadan 3-ü müşahidə olunduğu pasientlərdə 

metabolik sindromun olması təsdiq edilir:

•  Qarın piylənməsi: belin dairəsinin uzunluğu kişilərdə >102 

sm, qadınlarda  >88 sm;

•  Hipertriqliseridemiya: acqarına qanda triqliseridlərin səviy-

yəsi >150 mq/dl (1,7 mmol/l);

•  Yüksək sıxlıqlı lipoproteidlərin səviyyəsinin enməsi <40 

mq|dl (1,0 mmol/l) kişilərdə, 50 mq/dl (1,3 mmol/l) qadınlarda;

•  Qan təzyiqi yüksəlir: >130/85 mm Hg yaxud antihipertenziv 

dərman qəbulu;

•  Acqarına venoz qanda qlükozanın səviyyəsinin yüksəlməsi 

>100 mg/dl (5,6 mmol/l), yaxud antidiabetik preparatlarla müalicə 

(NDT, 2007, v.22, pp.118-127).

Metabolik sindrom müşahidə edilən dializ xəstələrinin  əlavə 

xüsusi müşahidə  və müalicə  tədbirlərinin görülməsinə ehtiyacları 

olur. 

7.3.  Şəkərli diabet

Dializə daxil olan yeni xəstələrin təxminən 35%-ində XBÇ-nin 

səbəbi şəkərli diabet (ŞD) olur . Bu xəstələrin dializ müalicəsində 

xəstələnmə  və ölüm faizi başqa dializ pasientlərinə nisbətən 

yüksəkdir. Başqa xəstəliklər nəticəsində baş verən XBÇ xəstələrində 



198

Dializ

dializ müalicəsi kreatinin klirensi 9–14 ml/dəq-dən aşağı düşdükdə 

başlayırsa, şəkərli diabetdə bu göstərici 15 ml/dəq və ondan yüksək 

olanda başlayır. Bunun bir neçə səbəbi vardır:

– böyrək funksiyasının zəifl əməsi sürəti yüksək olur;

– hipertenziya və  retinopatiya kreatinin klirensi 15 ml/dəq-dən 

aşağı düşdükdə pis nəzarət olunur;

– uremik əlamətlər diabetiklərdə daha tez aşkar olunur.

Hər hansı bir dializ metodunun seçilməsi problem olaraq qalır. 

Periton dializi şəkərin nəzarətə alınmasını  çətinləşdirir, çünki 

dializ məhlulu ilə  bədənə böyük miqdar şəkər daxil olur. Qarın 

boşluğundan qana daxil olan şəkər iştahı küsdürür. Xəstələrin 

əksəriyyəti gündəlik lazım olan yeməkləri çətinliklə  qəbul edirlər. 

Bundan başqa, PD-də hipoqlikemiya epizodları HD-yə nisbətən 

az müşahidə olunur. İnfeksion ağırlaşmalarda (peritonit, giriş 

dəliyin və kateterin tunelinin infeksiyası) müşahidə olunur. Diabet 

zamanı müşahidə edilən qan damarlarının zədələnmələri HD damar 

yolunun yaradılmasını  çətinləşdirir. Diabet zamanı AV fi stula  və 

protezlərin fəaliyyət dövrü də qısalır. Vegetativ sinir sisteminin və 

ürəyin diastolik disfunksiyası diabetli xəstələrdə dializ gedişində 

hipotenziya epizodlarını müntəzəmləşdirir (cədvəl 7.7).

Pəhriz.

 Dializin növündən asılı olmayaraq diabet xəstələrində 

qidalanma çatışmazlığı müşahidə edilir. Bunun səbəbləri qida 

məhsullarının az qəbul edilməsi, diabetik qastroparez və enteropatiya, 

katabolik stres, müntəzəm interkurrent xəstəliklərdir. Odur ki, diabet 

ilə olan xəstələrin qida əlavələri və parenteral qidalanmaya ehtiyacı 

olur. Dializ xəstələri üçün olan pəhriz diabetli xəstələrə  də aiddir. 

Anuriya ilə olan xəstələr Na, K və suyu da məhdudlaşdırmalıdırlar. 

Lipidlərin səviyyəsini pəhrizin köməyi ilə normallaşdırmaq mümkün 

olmadıqda lipolitik preparatlar qəbul olunur. Qida çatışmazlığı 

olduqda aminturşu məhlulları istifadə  olunur.                                                                                 



199

Fəsil 7. Dializ xəstələrin problemləri

Cədvəl 7.7

Diabet zamanı dializin növləri

Növləri


Üstünlüyü

Çatışmazlığı

Hemodializ

Yüksək effektivdir

Ürək patologiyası olanlar 

üçün yüksək risk

Həkimlər tərəfi ndən 

mərkəzdə müşahidə

Damar yoluna lüzum; 

qolda işemiya riski

Dializatda zülal itirilmir

Dializ zamanı hipotoniya 

riski

Ətraf amputasiyaları az olur Dializönü 



hiperkaliyemiya

Hipokaliyemiyaya 

meyllik

Daimi 


ambulator 

PD

Ürək-damar stabilliyi



Damar yolu lazım olmur

Peritonitlər, infeksiyalar 

tezliyi diabetsiz xəstələr 

kimi


Qanda K yaxşı nəzarət 

olunur


Qanda şəkər yaxşı 

nəzarət edilir, xüsusən 

də peritondaxili insulin 

vurulanda, hipokaliyemiya 

yüngül olur

Dializatla zülal itir

Qarındaxili təzyiq artır 

(yırtıqlar, mayenin 

yığılması)

Müalicə çox sadədir



Diabetik qastroparez və enteropatiya.

 Diabetik qastroparez 

nəticəsində qida qəbulunun azalması, qida maddələrinin ab-

sorbsiyasının pozulması nəticəsində hiperqlikemiya ilə əvəz olunan 

hipoqlikemiya müşahidə edilir. Tez-tez, kiçik porsiyalarla qida 

qəbulu vəziyyəti nizamlaya bilər. Dərman müalicəsinin köməyi 

olmur, o cümlədən cisaprid istifadə etmək məsləhət deyil. Kiçik 

doza metoklopramid (5 mq gündə 2 dəfə) istifadə olunur, yüksək 

dozada istifadə edildikdə ekstrapiramid dəyişikliklər baş verə bilər. 

Başqa ”prokinetik” dərmanlar, məsələn, domperidon və ya motilin 




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə