Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə54/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   50   51   52   53   54   55   56   57   ...   120

194

Dializ__Kalsium__.'>Dializ

Kalsium

. Sağlam insanlar 1 q/gün kalsium istifadə edir. Dializ 

xəstələrinin kalsium tələbatı daha çoxdur, amma xəstələrin pəhri-

zində fosfor məhdudlaşdırıldığı üçün kalsium da az qəbul olunur. 

Adekvat kalsium balansını  təmin etmək üçün kalsium preparatları 

və vitamin D təyin olunur. Amma hiperkalsiyemiya təhlükəsi olduğu 

üçün ciddi nəzarət aparılmalıdır.



Fosfor.

 Sağlam  şəxslər 1,0–1,8 q/gün istifadə edirlər. Qanda 

fosforun səviyyəsini 4,5–5,5 mq/dl saxlamaq üçün XBÇ zamanı 

pəhrizdə  fosforun qəbulu 0,6–1,2 q/gün qədər məhdudlaşdırılır. 

Qida məhsullarında fosforun zülal ilə korellyasiya etdiyi üçün 

onu məhdudlaşdırdıqda zülal da azalır, ona görə bütün dializ 

xəstələri fosfat birləşdiricilərini qəbul etmək məcburiyyətində 

qalırlar. Hiperfosfatemiya süd məhsulları çox qəbul edən və fosfat 

birləşdiricilərini qəbul etməyən və adekvat dializ almayan xəstələrdə 

müşahidə edilir. 

Tərkibində fosfor zəngin olan qida maddələri: daxili orqanlar 

(qaraciyər, böyrək, beyin), balıq, ət pastaları, süd məhsulları, araxis 

yağı, qoz, günəbaxan tumu, pivə, şokolad, kakao, kola  və s.

Vitaminlər.

 Dializ xəstələri vitaminlərin gündəlik dozasını qəbul 

etdikdə belə onlarda suda həll olan vitaminlərin qıtlığı baş verir. 

Vitamin qıtlığının səbəbi lazımi miqdarda qəbul olunmaması, bəzi 

dərmanların qəbulu vitaminlərin absorbsiyasını pozması, uremiya, 

metabolizm pozğunluğu və ən əsası isə dializ ilə çıxarılmasıdır. Odur 

ki, bütün dializ xəstələrinə fol turşusu və B qrupu vitaminləri təyin 

olunur. Fol turşusunun yüksək dozası (10–15 mq/gün) homosis tei - 

nin – ÜDS xəstəliklərinin risk faktorunun səviyyəsini aşağı salır.

Vitamin C. Dializ xəstələri 60–100 mq/gün qəbul etməlidirlər. 

Dozanın artırılması askorbin turşusunun metabolitlərinin – oksa-

latların artmasına və böyrəkdaşı xəstəliyinə səbəb ola bilər. Askorbin 

turşusunun vena daxilinə yeridilməsi bir tərəfdən, eritropoetinə 

rezistent olan anemiyanın müalicəsində  dəmirin istifadəsini yaxşı-



195

Fəsil 7. Dializ xəstələrin problemləri

laşdırdığı, digər tərəfdən, oksidləşmə-reduksiya reaksiyalarının 

pozitiv yatağa yönəltdiyi üçün faydalı ola bilər.

Vitamin A. Dializ pasientlərinin zərdabında vitamin A səviyyəsi 

həmişə yüksək olur. Bunun səbəbi retinolbağlayan zülalın səviy-

yəsinin artması, onun böyrəkdə katabolizminin aşağı düşməsi və 

dializlə xaric olmamasıdır. Hipervitaminoz A dializ xəstələrində 

anemiya, lipid və kalsium metabolizminin pozğunluqları yaradır.

Vitamin D. Vitamin D preparatları ikincili hiperparatireozun 

müalicəsi üçün istifadə olunur. Vitaminin dozasını seçdikdə 

bir tərəfdən, PТН  səviyyəsini aşağı salmağa nail olmalı, amma 

digər tərəfdən, hiperkalsiyemiya və Ca×P hasilinin yol verilən 

göstəricilərinin keçməməsinə nəzarət etmək tövsiyə edilir.

Vitamin K. Antibiotik alan pasientlərdə vitamin K qıtlığının səbəbi 

bağırsaq  fl orasının depressiyasıdır və belə halda xəstələrə  həftədə 

7,5 mq həftə vitamin K təyin edilməsi tövsiyə olunur.

Vitamin E. Vitamin E təyin olunması eritrositlərin yaşama döv-

rünün yaxşılaşmasına səbəb olur.

Polivitamin preparatları arasında tərkibində vitamin A və yüksək 

səviyyədə vitamin C olanların xəstələrə  təyin olunması  məsləhət 

görülmür. Dializ xəstələri üçün xüsusi preparatlar seçmək lazımdır.

Mikroelementlər.

 Dializ pasientlərində mikroelementlərin qə-

bulu və metabolizmi az öyrənilmişdir.

Bəzən müəyyən mikroelementin qan zərdabında səviyyəsinin 

aşağı olmasına baxmayaraq toxumalarda onun səviyyəsi normal və 

ya yüksək olur. Ona görə mikroelementlərin dializ xəstələrinə təyin 

olunmasına tövsiyə vermək çox çətindir.    

Qan zərdabında fermentlər. 

TXBÇ pasientlərində qan zər-

dabında  əksər fermentlərin qatılığı normadan kənara çıxa bilər 

(cədvəl 7.6). 

                                                                                                          

                                                                                             




196

Dializ

                                                    Cədvəl 7.6



Dializ pasientlərində qan zərdabında fermentlər

Ferment


Qan zərdabındakı səviyyəsi

KFK


Artım 10-15% 

KFK-MM


Artım 40 % qədər

KFK-MB


Artım 3-30 % qədər

Kardial troponin T

Artım 71 % qədər

Kardial troponin I

Artım 9 % qədər

LDQ


Artım ~ 35 %

AST


Azalma 10-90 %

Qələvi fosfataza:

       Ümumi

       Bağırsaq izoenzimi

       Sümük izoenzimi

Artım ~ 50 %

Artım ~ 50 %

Artım ~ 50 %

Qlutamin transpeptidaza

Artım 10-15 % qədər

Amilaza

Artım ~ 50 %



Lipaza

Artım ~ 50 %

Tripsin (tripsinogen)

Artım 100 %  qədər

Elastaza

Artım 43 % qədər

Fosfolipaza A

2

Artım 100 % qədər



         

Qidalanma  çatışmazlığı olan xəstələrdə qida əlavələri

Pəhriz məsləhətləri:

•  Dializ mərkəzlərində dietoloqun olması məsləhətdir;

•  Məqsəd yüksək zülal/yüksək enerji pəhrizi olmalıdır.

Daxilə qida əlavələri:

•  Qida qəbulu zəif olduqda təyin edilir;

•  Zülal və enerji istifadəsinə tolerant olduqda;

•  Qida qəbulu mümkün olmadıqda, dad pozğunluğunda.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə