Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə41/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   37   38   39   40   41   42   43   44   ...   120

151

Fəsil 6.Dializ_məhlulunun_tərkibi'> Proqram hemodializi (PH)

Dializ məhlulunun tərkibi.

 Bikarbonat dializ məhlulu seçim 

məhluludur və hazırda əksər ölkələr asetat dializ məhlulundan imtina 

etmişlər.  Əsasların qatılığı elə  dərəcədə götürülür ki, xəstələrdə 

plazmada dializönü bikarbonat səviyyəsi 20–23 mekv/l olsun. 

Bikarbonatın bundan artıq konsentrasiyası postdializ dövründə 

kalsium-fosforun çökməsinə  və baş verən hiperventilyasiya nəti-

cəsində inkişaf etmiş aritmiyaya səbəb ola bilər.



Kalium.

 Dializ məhlulunda kaliumun qatılığı 2,0 mekv/l olur. 

Əgər xəstə ürək qlikozidləri alırsa və dializönü kalium plazmadakı 

səviyyəsi 4,5 mekv/l isə, onda dializatda kaliumun səviyyəsi 3,0 

mekv/l-ə qaldırılır(cədvəl 6.2).

                                     



Cədvəl 6.2

Dializ məhlulu

____________________________________________________

Məhlulun sürəti:

500 ml/dəq, əgər dializatorun K

O

A göstəricisi <700;



800 ml/dəq, əgər dializatorun K

O

A göstəricisi >700, qanın hərəkət 



sürəti 400 ml/dəq (bu, klirensi 10% artırır).

Əsaslar:

Bikarbonat (35 mekv/l) və asetat (4 mekv/l).

Elektrolitlər və dekstroza:

K – 2 mekv/l (3 mekv/l ürək qlikozidləri alan xəstələr üçün)

Na – 135-145 mekv/l;

Ca – 2,5-3,5 mekv/l;

Mg – 0,5-1,0 mekv/l;

Dekstroza – 200 mq/dl.



Natrium

 – adətən, dializ məhlulunda natriumun qatılığı 135–145 

mekv/l olur. Natriumun 140 mekv/l-dən çox olması susuzluq, çəkinin 

artması ilə, 135 mekv/l-dən az olduqda hipotoniya və qıcolmalarla 

müşayiət olunur. Güman olunur ki, hər bir konkret xəstə özünün 



152

Dializ

individual natrium səviyyəsinə həssaslığa malikdir və buna uyğun 

dializatlarda natriumun qatılığı individual qaydada müəyyən edilir.

Kalsium

 – dializatda 2,5–3,5 mekv/l səviyyəsində saxlanılır. 

Kalsium-fosfat birləşdiricisi qəbul etdikdə dializatdakı kalsium 

2,5 mekv/l səviyyəsində saxlanılır, amma PTH konsentrasiyasına 

nəzarət olunur. Xəstələr yeni, tərkibində kalsium olmayan fosfat 

birləşdiricilərini qəbul etdikdə dializatda kalsiumun səviyyəsi 3,5 

mekv/l götürülə bilər.

Maqnezium

 – dializatda 0,5–1,0 mekv/l olur.



Dekstroza

 – bütün xəstələr üçün dializatdakı səviyyə 200 mq/dl 

götürülür ki, bu da dializ zamanı hipoqlikemiyanın baş verməsinin 

qarşısını alır. Məhlulun temperaturu 34,5–36,5°C səviyyəsində 

saxlanılır.



6.3. Xəstələrin monitorinqi

Dializdən əvvəl

Çəki.

 Dializönü çəki axırıncı dializdən sonrakı çəki ilə müqayisə 

edilir. Xəstənin çəkisinin artması, xüsusən ortopnoye, təngənəfəsliklə 

birlikdə olduqda ÜDS kompleks yoxlanmalı, quru çəki yenidən 

hesablanmalıdır. Xəstələrin çəkisi dializarası dövrdə gündə 1 kq-dan 

çox artmamalıdır. Xəstələr xörək duzunu məhdudlaşdırmalıdırlar. 

Xörək duzundan istifadə  natriumun bədəndə artmasına, susuzluğun 

baş verməsinə və suya tələbatın daha da artmasına səbəb olur. Digər 

tərəfdən, susuzluğa səbəb reninin artıq ifrazı da ola bilər, onun 

azaldılması üçün AÇFİ istifadə oluna bilər (əslində bu, elmi şəkildə 

sübut olunmamışdır).

Arterial təzyiq.

 Dializönü hipertenziyaya əksərən həcmasılı AT 

aiddir, amma bəzi xəstələrdə reninasılı hipertenziya, yaxud başqa 

səbəbdən müşahidə oluna bilər. Bu xəstələrdə dializ zamanı  hətta 

UF-ya baxmayaraq AT yüksəlir.

Bədən temperaturu

  dializdən  əvvəl ölçülür. Dializdən  əvvəl 

bədən hərarətinin yüksəlməsi ciddi problem sayılır və  hərtərəfl i 



153

Fəsil 6. Proqram hemodializi (PH)

öyrənilməlidir. Bu, gizli infeksiya əlaməti ola bilər. Digər tərəf dən

dia liz  zamanı temperaturun 0,5°C artması normal hal hesab olu na bi-

lər. Hər dializdən qabaq damar yolu nahiyəsi ciddi şəkildə yoxlanılır. 

Dializ dövründə AT, ürək vurğuların sayı hər 30 dəq., yaxud 60 dəq-

dən bir yoxlanılır. Hər hansı bir şikayət, başgicəllənməsi, yorğunluq, 

ürəkdə  ağrı, ürəkdöyünmə olduqda AT ölçülməlidir, çünki AT-nin 

yüksəlməsi və ya enməsi çox zaman gizli gedir, əlamətlər qeyri-

aydın olur.

Nəbzin tezliyinin nəzarət olunması  xəstələrdə aritmiyaların aş-

kar olun masına kömək edir, çünki əksər hallarda yoxlanmadığı üçün 

ritm pozğunluqları nəzərdən qaçırılır.



            

6.4. Laborator testlər (dializönü)

Sidik cövhəri

  hər ay URR hesablamaq üçün təyin olunur. 

Dializönü sidik cövhəri səviyyəsi 110 mq/dl-dən çox, ya 60 mq/dl-

dən az olması xəstələrin ölüm səviyyəsinin artması ilə əlaqələndirilir.



Albumin

 üç aydan bir təyin olunur. Plazmada albumin səviyyəsi 

qidalanmanı göstərən mühüm parametrdir. Albuminin aşağı 

səviyyəsi ölüm riskinin artmasını göstərir, 3 q/dl-dən aşağı olduqda 

yüksək ölüm riski olduğunu təsdiq edir. Optimal səviyyə albuminin 

plazmadan konsentrasiyası >4 q/dl hesab olunur.



Kreatinin

 hər ay təyin olunur, adətən, 12–25 mq/dl. paradoksal 

olsa da kreatinin plazmada yüksək səviyyəsi aşağı ölüm riski ilə 

əlaqələndirilir. Görünür bu ona görə belə olur ki, kreatinin yüksək 

səviyyəsi əzələ kütləsi və qidalanma ilə əlaqədardır.

Xolesterin

 – səviyyəsi qidalanma vəziyyətini göstərir, dializönü 

səviyyə 200–250 mq/dl olur. Xolesterinin 150 mq/dl-dən çox aşağı 

düşməsi dializ xəstələrinin ölüm riskinin artmasını göstərir, görünür 

xolesterin qidalanma səviyyəsini əks etdirdiyi üçün bu belə olur.



Kalium

  səviyyəsi 5,0–5,5 mekv/l olduqda ən az ölüm riski 

göstəricisidir. kaliumun səviyyəsinin >6,5 mekv/l və <3,5 mekv/l 

olması yüksək ölüm riski ilə əlaqələnir.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə