Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə31/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   27   28   29   30   31   32   33   34   ...   120

112

Dializ

bədən kütləsinin < 70 kq;

– periton membranın qənaətbəxş diffuziya və UF sürəti.

Sonuncu parametr individual olaraq standart testlərlə əvvəlcədən 

qiymətləndirilir.

4.3.Dializin fi zioloji prinsipləri

Dializ bir məhlulda (A) həll olmuş maddələrin başqa məhlula (B) 

yarımkeçirici membran vasitəsi ilə keçməsi hesabına onun tərkibinin 

dəyişməsidir. Sxematik olaraq özündə  dəliklər olan  yarımkeçirici 

membranı  pərdə kimi təsəvvür edək. Molekulyar kütləsi kiçik 

olan (su və onda həll olan maddələr) hər iki məhlulda pərdənin 

dəliklərindən maneəsiz hər iki tərəfə keçə bilir və onların tərkibi 

eyniləşir, amma böyük molekul kütləli maddələr (zülal) dəliklərdən 

keçə bilmir və onların konsentrasiyası ilkin vəziyyətdə olduğu kimi

dəyişiksiz qalır.

Membranın dəliklərindən maddələr iki yol ilə – diffuziya və 

ultrafi ltrasiya (konveksiya) vasitəsi ilə keçirlər.

Diffuziya molekulların braun hərəkəti zamanı membranın dəliyinə 

düşməsi nəticəsində baş verir (şəkil 4.2). Diffuziya prosesinin sürəti 

molekulların qatılığı qradientindən (osmotik təzyiq), molekulyar 

kütləsindən, ölçüsündən və onun hərəkət sürətindən asılıdır. Hər 

bir molekulun məhlulda hərəkət sürəti onun kütləsinə əksmütənasib 

olur. Molekulyar kütlə  əksər halda maddənin molekulunun ölçüsü 

ilə düz korrelyasiya edir.

Diffuziyaya təsir edən faktorlar həmçinin membranın qalınlığı, 

onda olan dəliklərin miqdarı və onun hər hansı bir tərəfi ndə “ikincili 

membranın” əmələ gəlməsidir. 

Şəkildən göründüyü kimi diffuziya braun hərəkəti nəticəsində, 

ultrafi ltrasiya (konveksion transport) zamanı molekulların hərəkəti 

hidrostatik və osmotik qüvvənin təsiri altinda baş verir. Kiçik 

molekulyar kütləli maddələr yarımkeçirici membrandan keçirlər.




113

Fəsil 4. Hemodializ

Şəkil 4.2. Diffuziya prosesi (yuxarıda) və ultrafi ltrasiya (aşağıda). 

Kiçik molekulyar kütləsi olan maddələr membrandan keçirlər 

Ultrafi ltrasiya  (UF)

 yarımkeçirici membrandan molekulların 

transportunun ikinci mexanizmidir. Bu zaman su molekullarının 

membrandan keçməsi hidrostatik və ya onkotik təzyiqin hesabına 

baş verir. Su membrandan keçdikdə özü ilə başqa kiçik molekullu 

maddələri də keçirir. UF membranın hər iki tərəfi ndə olan hidrostatik 

təzyiq fərqinə görə, membranın qalınlığına görə  fərqlənir və 

ultrafi ltrasiya koeffi sienti ilə xarakterizə olunur.



Hemofi ltrasiya  və hemodiafi ltrasiya.  Dializ prosesində UF 

həll olmuş maddələrin kənar edilməsində  əsas rol oynadıqda ona 

hemofi ltrasiya deyilir. Əgər UF hemodializlə kombinə olunursa, ona 

hemodiafi ltrasiya deyilir.




114

Dializ

Zülal ilə birləşmiş maddələr HD ilə kənar edilə bilmir, ona görə 

bu məqsədlə hemosorbsiya (qanın kömür kolonkalardan keçirilməsi) 

plazmaferez aparılır.

Həll olmuş maddələrin dializator vasitəsi ilə çıxarılması

A. Diffuziya

Hemodializ konturu. Dializatorda yarımkeçirici membranın bir 

tərəfi ndə qan, digər tərəfi ndə dializ məhlulu olur. Dializ məhlulu 

təmizlənmiş suya natrium, kalium, kalsium, maqnezium, xloridlər, 

bikarbonat və qlükozanın əlavə olunması ilə hazirlanir.  Dializatın 

daim yenilənməsi və qanın sirkulyasiyası qan ilə dializat arasındakı 

konsentrasion qradienti daima maksimal yüksək səviyyədə saxlayır 

(şəkil 4.3).

Şəkil 4.3. Qan dializatorda bir istiqamətdə, dializ məhlulu başqa istiqamətdə 

hərəkət edir. Hidrostatik təzyiq dializatın daxil olduğu yerdə maneə yaratmaqla 

yaradılır. Qan və dializat borusunda manometrin tipik yeri göstərilir. Dializat 

xəttində maneə qeyd olunmuşdur. Bu şəkildə göründüyü kimi, transmembran 

təzyiq 300 mm c.süt. bərabərdir.




115

Fəsil 4. Hemodializ

Qanın dializatorda təmizlənməsi.

  Dializatordan çıxan qanda 

azot mübadiləsinin son məhsullarının miqdarı dializatora daxil 

olan qandan az olur. Məsələn, dializatora girişdə karbamid 100 mq/

dl olduqda, çıxışda 25 mq/dl olur. Dializatorun fəaliyyətini yaxşı 

xarakterizə etmək üçün onda xaric edilən ziyanlı maddələrin miqdarı 

dializatordan axan qanın hərəkət sürətinə vurulur və  dəqiqədə 

müəyyən maddədən tam təmizlənmiş qanın hipotetik miqdarı təyin 

edilir. Yuxarıda göstərilən misalda karbamidin azalması 75%-dir. 

Qanın hərəkət sürəti 200 ml/dəq olduqda dəqiqədə 150 ml qanın 

karbamiddən tam təmizlənəcəyi məlum olur (0,75×200).

Yuxarıda qeyd olunduğu kimi, qan sadə məhlul kimi götürülür, 

amma  əslində bu belə deyildir. Qan 200 ml/dəq hərəkət etdikdə 

plazmanın axını 140 ml/dəq, eritrosit axını 60 ml/dəq olur (Het=30% 

olduqda). Dializatorun giriş  və  çıxışında təyin olunan maddələrin 

konsentrasiyası ancaq həmin maddənin qan plazmasında olan 

konsentrasiyasını göstərir. Sidik cövhəri üçün isə qanda eritrositlərin 

olması problem yaratmır, çünki karbamid sürətlə eritrositlərə  və 

əksinə diffuziya edir. Amma kreatinin, fosfat və başqa molekullar 

plazma ilə eritrosit arasında sürətli ekvilibrasiya edə bilmədiyi üçün 

onların konsentrasiyası eyni olmur, odur ki, plazma göstəricilərinə 

hesablanmış klirens tam qanın təmizlənməsini əks etmir.

Qanda olan sudakı sidik cövhərinin klirensinə (K

W

) təsir edən 

faktorlar.

Dializ zamanı qandakı sidik cövhərinin klirensinə  təsir edən 

göstəricilər qanın cərəyan sürəti, dializatın cərəyan sürəti və 

dializatorun effektivliyidir. Dializatorun effektivliyi dedikdə 

dializatorun keçiricilik səviyyəsi, dializ səthinin sahəsi, membranın 

qalınlığı, membranda olan dəliklərin ölçüsü və dializ məhlulu ilə 

qanın maksimal kontaktı kimi faktorlar nəzərə alınır.

Kütləkeçiriciliyi koeffi sienti  K

O

A.

  Məlum dializatorun hər 

hansı bir molekul üçün keçiriciliyi kütlə keçiricilik (K

O

A) kimi 



daimi göstərici ilə ifadə olunur. K

o

A qanın və dializatın cərəyan 




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə