Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

kateqoriyasının xüsusiyyətləri ilə izah olunur. Ali məktəb kitabxanalarının 
başlıca vəzifəsi müəllim və  tələbələrin elmi dünyagörüşünü və ixtisas 
biliklərini genişləndirmək, həmçinin kitab üzərində müstəqil, dərindən işləmək 
vərdişləri aşılamaq üçün müəllim və  tələbələrin elmi ədəbiyyata olan 
tələblərini artırmaqdan ibarətdir. Ali məktəb kitabxanaları  fəaliyyət 
göstərdikləri tədris ocağının  əsas profili üzrə, onun həyata keçirdiyi elmi-
tədqiqat işlərinin mövzuları üzrə elmi ədəbiyyatın daha tam fondunu 
cəmləşdirir, bütün kafedra, laboratoriya və bütün elmi kollektiv üçün ən yeni 
ədəbiyyat haqqında məlumat verilməsini təşkil edir, habelə xüsusi biblioqrafik 
arayışlar tərtib edirlər. Bu xüsusiyyətlər ali məktəb kitabxanalarında professor 
müəllim heyətinə, habelə  tələblərə kitabxana və  məlumat-biblioqrafiya 
xidmətinin təşkili və həyata keçirilməsində özünü parlaq şəkildə büruzə verir. 
Bütün bunları  nəzərə alaraq Azərbaycan Kənd Təsərrüfatı Akademiyası 
kitabxanasında professor-müəllim heyətinə kitabxana və məlumat-biblioqrafiya 
xidmətinin təşkili vəziyyətini, bu işin başlıca istiqamətlərini, bu sahədəki 
nöqsanları fakt və  rəqəmlər  şəklində izah etməyə çalışaq. Bu zaman 
kitabxananın 2001-2005-ci illərdəki fəaliyyətini xarakterizə edən fakt və 
rəqəmlərə istinad etmək məqsədəuyğun hesab edilmişdir. 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası kitabxanasında oxuculara, daha 
doğrusu professor-müəllim heyətinə kitabxana xidmətini izah etmək üçün 
aşağıdakı ardıcıllığa riayət ediləcəkdir. 
a)
 
abonement şöbəsinin işi; 
b)
 
qiraət zalında xidmət işi; 
c)
 
məlumat-biblioqrafiya işi; 
d)
 
KAA vasitəsilə xidmət işi; 
 Məlum olduğu kimi istənilən tip və növdən olan kitabxanaların 
funksiyalarının yerinə yetirilməsinin başlıca amili və  əsas  şərti kitabxana 
fondunun formalaşmasıdır. Buna görə də AKTA-nın kitabxanasında professor-
müəllim heyətinə xidmət işinin təşkili səviyyəsini izah etməzdən  əvvəl 
kitabxananın fondu onun tərkibi və quruluşu, ümumiyyətlə ali məktəb 
kitabxanası kimi kitabxananın funksiyaları haqqında qısaca məlumat vermək 
lazımdır. 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası kitabxanasının fondunun 
quruluşu “Ali təhsil müəssisələri kitabxanalarının fondlarının formalaşması 
haqqında  əsasnamə”yə uyğundur.  Əsasnamədə ali məktəb kitabxanaları 
fondunun nümunəvi quruluşu aşağıdakı kimi göstərilmişdir. 
1.Əsas fond-vahid fondun tərkib hissəsi olmaqla vətən və xarici nəşrlərin 
daha tam toplusundan ibarətdir. 
2.Yardımçı fond-vahid fondun tərkib hissəsidir və oxucular tərəfindən daha 
tez-tez soruşulan ədəbiyyatı əhatə edir. Bu fond oxu zallarında, abonementdə, 
soraq-biblioqrafiya və metodiki şöbədə, digər şöbələrdə yaradılır. 
 
76


3.Tədris fondu-yardımçı fondun bir növüdür. Burada tədris prosesinin təşkili 
üçün lazım olan bütün tip növdən olan nəşrlər əhatə olunur. Tədris fondunun 
formalaşması ali məktəbin tədris planına və  tədris fənlərinin kitab təminatı 
normasına müvafiq olaraq həyata keçirilir. 
4.Mübadilə fondu-nəşrlərlə mübadilə  və ya onları  əvəzsiz olaraq başqa 
kitabxanalara vermək məqsədiylə yaradılmış fonddur (6). 
Qeyd etmək lazımdır ki, 2001-2005-ci illərdə AKTA-nın professor-müəllim 
və  işçi heyəti göstərilən xidmət istiqamətlərinin hamısı ilə  əhatə edilmişdir. 
Akademiyada 46 kafedra fəaliyyət göstərir. Bundan əlavə zeytunçuluq üzrə bir 
problem laboratoriya, mineral və üzvü gübrələrin və baytarlıqda Naftalan 
neftinin tətbiqi üzrə iki sahəvi elmi-tətqiqat laboratoriyası  fəaliyyət göstərir. 
Akademiyanın tədris təcrübə  təsərrüfatı vardır ki, burada da tələbələr tədris 
təcrübəsi keçirilir, alimlər isə müxtəlif təcrübi tətqiqatlar yerinə yetirirlər. 
Təbiidir ki, bütün bu işlərin yerinə yetirilməsi səmərəliliyi, həm də  əsaslı 
kitabxananın fəaliyyətindən onun bu işləri məlumatla nə  dərəcədə  təmin 
etməsindən asılıdır.  
2001-ci ildə əsaslı kitabxananın vahid oxucu bileti əsasında 7012 nəfər oxucu 
olmuşdur. Onlardan: a) professor-müəllim heyəti-132 nəfər; b) aspirantlar və 
elmi işçilər-378 nəfər; c) kənd təsərrüfatı mütəxəssisləri-213 nəfər (8, 2001.- s. 
3-4). 
Göründüyü kimi, kitabxananın oxucularının çox az bir miqdarını, cəmisi 732 
nəfərini Akademiyanın professor-müəllim və işçi heyəti təşkil edir. Bir cəhəti 
də qeyd etmək lazımdır ki, əsaslı kitabxananın fondundan şəhərin şəhərin digər 
kənd təsərrüfatı mütəxəssisləri də istifadə edirlər. 2001-ci ildə akademiyanın 
professor-müəllim heyətinə kafedra və kabinetlərdə 48.587, abonementdə 
12.675, oxu zalında isə 24.612 nüsxə elmi və  tədris  ədəbiyyatı verilmişdir. 
Göründüyü kimi kitab verilişinin əsas ağırlığı kafedra və kabinetlərin üzərinə 
düşmüşdür. 
 2001-ci  ildə kitabxananın abonement şöbəsinin 1860 professor-müəllim, 
2470 aspirant və magistr gəlişi olmuşdur. Oxu zalı üçün bu rəqəmlər müvafiq 
olaraq 1500 və 2000 olmuşdur (8, 2001.- s. 5).  
2001-ci ildə akademiyanın professor-müəllim heyətinə və elmi işçilərə 1071 
mövzu arayışı verilmişdir ki, onlardanda 836-sı ünvan biblioqrafik, 1092-si isə 
faktoqrafik arayışlar olmuşdur. 
Kitabxananın bu oxucu qrupuna verdiyi yazılı arayışlar içərisində “Kənd 
təsərrüfatı iqtisadiyyatının müasir problemləri”, “Şərabçılığın texnologiyası” 
kimi arayışlarla 15-ə yaxın  ən yeni elmi-tədris  ədəbiyyatı, jurnal məqalələri 
əhatə edilmişdir. Bu ildə professor-müəllim və  işçi heyəti üçün 8 məlumat, 
habelə 4 kafedra günü keçirilmişdir. Məlumat günlərində 264 adda ədəbiyyat 
nümayiş etdirilmiş, 193-ü oxumaq üçün götürülmüşdür (8, 2001.- s. 7). 
 
77


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə