Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

AKİF JAFAROV 
 
 THE ORGANİZATİON OF LİBRARY SERVİCE FOR PROFESSOR AND 
TEACHERS STAFF AT THE AZERBAİJAN REPUBLİC ACADEMY OF 
AGRİCULTURE   
SUMMARY 
 
İn the article the main duties of the library service for the professor and 
teachers staff for the last 5 years in the library of ARAA has been analyzed 
according to concrete facts and figures. İn the articlle some scientific advice is 
given to the professor and teachers ataff for the improvement of library service 
as well 
 
 
 
 
 
 
 
 
83


 
Adilə ABDULLAYEVA 
AMEA-nın aspirantı 
 
MİLLİ KİTABXANA 
GƏNCLƏRİN İNFORMASİYA MƏDƏNİYYƏTİNİN  
FORMALAŞMASI SİSTEMİNDƏ  
 
  Məlumdur ki, yaşadığımız dövr elmin, texnikanın və yeni texnologiyaların 
misli görünməmiş inkişafı ilə səciyyələnir. Bu dövrdə hər bir ölkənin tərəqqisi 
vətəndaşların, xüsusilə gənclərin yüksək səviyyədə  təhsil almalarından, elmin 
və texnikanın  əsaslarına dərindən yiyələnmələrindən birbaşa asılıdır. Hazırda 
bütün ölkələrdə  hər bir şəxsin, qrupun, kollektivin təşkilatın inkişafı getdikcə 
daha çox məlumatlı, bilikli olmaqdan, mövcud informasiyaları axtarmaq və 
istifadə etmək bacarığından, müasir texnikanın  əsaslarına dərindən 
yiyələnmələrindən birbaşa asılıdır. Bu cəhətlər  şagirddən tutmuş alimə, 
fəhlədən, qulluqçudan tutmuş nazirə kimi, bütün insanlara həm gündəlik, cari, 
həm də perspektiv fəaliyyətini səmərəli və məqsədyönlü qurmaq üçün lazımdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev cənabları “BAKUTEL-
2006” XII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları 
sərgi-konfransının açılış mərasimindəki çıxışında da bu məsələyə xüsusi diqqət 
yetirdiyini bildirərək demişdir: “...Biz çox istəyirik ki, yetişən gənc nəsil bilikli 
olsun, savadlı olsun. Dünyada olan ən qabaqcıl texnologiyaları mənimsəyə və 
Azərbaycanda tətbiq edə bilsin. ...Məhz bilik, məhz savad, yeni texnologiyalar 
- bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir” (2, S. 449.). 
  Bu gün gənclərlə bağlı müəyyən işlər həyata keçirmək üçün konkret hüquqi 
bazanın yaradılması vacibdir. Sevindirici haldır ki, gənclər siyasətinin həyata 
keçirilməsi üçün ölkəmizdə  gənclərlə  iş sahəsində, gənclərin sosial-iqtisadi 
inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazası formalaşıb. Son illər 
bilavasitə  gənclərlə bağlı 20-yə yaxın normativ sənədin qəbul edilməsi 
dövlətimizin, prezident İlham Əliyev cənablarının gənc nəslə xüsusi diqqət və 
qayğısının ifadəsidir. «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının 
Qanunu, «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər), 
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycanın gənc istedadlarına 
dövlət qayğısı haqqında» fərmanı, «Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis 
edilməsi haqqında» sərəncamı, «Dövlət gənclər siyasəti haqqında» fərmanı, 
«Gənc ailə» Proqramı, «Gənclərdə  vətənpərvərlik və  vətəndaşlıq hisslərinin 
yüksəldilməsi» proqramı, «İstedadlı yeniyetmələrin və yaradıcı  gənclərin 
sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini 
inkişaf etdirmələrinə kömək edən dövlət proqramı», «Ordudan tərxis olunmuş 
gənclərin məşğulluğu» proqramı  və s. kimi qanunvericilik aktları  və dövlət 
 
84


proqramlarının qəbul olunması gənclərin sosial-iqtisadi inkişafını təmin etməyə 
imkan vermiş, gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və  mənəvi 
inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi, 
respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri və 
s. əhatə edilmişdir.  
  Gənclər siyasətinin həyata keçirilməsi, müharibə    şəraitində yaşayan bir 
ölkədə  gənc nəsildə torpağa, vətənə  məhəbbət hisslərinin aşılanması, milli 
ruhun formalaşması, milli sərvətlərimizin qorunması, eləcə  də  gənclərin 
biliklərinin artırılması, informasiya və kommunikasiya texnologiyalarından 
istifadə  vərdişlərinin aşılanması ilə bağlı  işlərin həyata keçirilməsi ölkədə 
kitabxanaların qarşısında mühüm vəzifə kimi durur. Qloballaşma dövründə 
informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi mühüm 
əhəmiyyət kəsb etdiyi üçün möhtərəm Prezident İlham  Əliyev cənablarının 
«Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü 
illərdə inkişafı üzrə» Dövlət proqramında Azərbaycan kitabxanalarında bu 
istiqamətdə görülən işlərdən danışılır (1). Proqramın əsas məqsədi «Kitabxana 
işi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan 
müddəalara uyğun olaraq kitabxana işi sahəsində dövlət siyasətinin həyata 
keçirilməsini, ölkədə  mədəni sərvətlərin toplanmasını, mühafizəsini və 
onlardan istifadə imkanlarının artırılmasını  təmin etməkdən ibarətdir. Bundan 
başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və 
istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun 
yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya 
standartları  səviyyəsinə çatdırılması, habelə  əhalinin fasiləsiz təhsilinin təmin 
edilməsi üçün şəraitin yaradılmasından ibarətdir (5). Müasir dövrdə  hər bir 
şəxs, tələbatçı ehtiyac duyduğu informasiyanı  mənimsəmək üçün müəyyən 
səviyyədə  mədəniyyətə malik olmalıdır. Bu tələbatdan da “informasiya 
mədəniyyəti” anlayışı meydana gəlmişdir. 
  İnformasiya mədəniyyəti-ümumi mədəniyyətin tərkib hissəsi kimi 
informasiya fəaliyyəti sahəsində bilik, bacarıq və  vərdişlərin məcmusu olub, 
informasiya tələbatçılarına informasiya məkanında sərbəst istiqamətlənməyə
ona lazım olan məlumatları (sənədləri) yerindən asılı olmayaraq asan əldə 
etməyə  və istifadə etməyə  şərait yaradan mühüm amildir. İnformasiya 
təminatını yerinə yetirən, öz fəaliyyətini cəmiyyətin informasiya tələbatının 
ödənilməsinə yönəldən, insanların informasiya hüquqlarını  təmin edən 
müəssisələrdən kitabxanaları, elmi-texniki informasiya müəssisələrini, 
arxivləri, muzeyləri, statistika idarələrini, nəşriyyatları, kitab yayım 
mərkəzlərini və başqalarını qeyd etmək olar (3, S. 72). Bu sahədə respublikanın 
qabaqcıl kitabxanalarından biri kimi 85 ildən artıq xalqın xidmətində duran 
M.F.Axundov adına Milli Kitabxananın fəaliyyətinə nəzər salaq.  
 
85


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə