Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

texnologiyalarının bir çox növlərinin yaradılmasında, ictimai inkişafın aktual 
problemlərinin işlənib hazırlanmasında mühüm rol oynayırlar. 
Azərbaycan Respublika Təhsil Nazirliyinin məlumatına görə ölkəmizdə 47 
ali təhsil müəssisəsi, o cümlədən 27 dövlət, 5 xüsusi təyinatlı, 15 özəl təhsil 
müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 120 min tələbə  təhsil alır, 
onların təhsili ilə 12 min nəfər professor müəllim heyəti məşğul olur (2). 
Azərbaycan Respublikası Təhsil qanununun 19 və 20-ci maddələrinə uyğun 
olaraq dövlət ali müəssisələrində çox pilləli sistem üzrə kadr hazırlığına 
keçməklə əlaqədar olaraq təhsil naziri 7 may 1993-cü il tarixli 399 nömrəli əmr 
vermişdir. Bu əmrə  əsasən ali təhsil müəssisələrinin kadr potensialı, maddi-
texniki bazası  və ixtisasın xüsusiyyətlərindən asılı olaraq 3 pilləli (bakalavr, 
magistr, doktorantura) sistemi üzrə kadr hazırlığına başalmışdır. 1996-1997-ci 
tədris illərində bakalavr pilləsinin tədris planları ilə müəyyən edilmiş  təlim 
müddəti başa çatmış, 1997-ci ildən magistr hazırlığına başlanmışdır(2). 
Akademiyada istər yüksək ixtisaslı mütəxəssis hazırlanması  səviyyəsinin 
yüksəldilməsi, istər ali məktəb elminin inkişaf etdirilməsi, istər elmi-pedoqoji 
və elmi kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması, istərsə də ali məktəbin 
öz işində dəyişiklik etməsi ilə əlaqədar olan digər vəzifələrin həyata keçirilməsi 
mütləq müvafiq məlumat və sənəd bazası tələb edir. Ali məktəb kitabxanası isə 
məhz belə bir bazadır.  
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı 
nümunələrinin etibarlı  şəkildə toplanması, qorunması  və  gələcək nəsillərə 
çatdırılmasından, onların  əhali arasında təbliğindən, bəşəri dəyərlərə 
yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə  fəal 
yardım göstərməkdən ibarətdir (4). 
Əvvəldə qeyd etdiyimiz kimi heç bir elmi tədris müəsissəsi öz qarşısında 
duran vəzifələri müvafiq məlumat və  sənəd bazası olmadan həyata keçirilə 
bilməz. Məhz buna görə  də ali təhsil müəssisəsinin tədris-köməkçi, elmi, 
məlumat, ideoloji və  mədəniyyət bölməsi olan ali məktəb kitabxanalarının 
işinin müvafiq tələblər səviyyəsində  təkmilləşdirilməsi, onun ali təhsil 
sisteminin inkişafı ilə bilavasitə əlaqədardır.  
Respublikamızın ali məktəbləri içərisində özünəməxsus yeri olan Azərbaycan 
Kənd Təsərrüfatı Akademiyasının kitabxanası respublika ali məktəb 
kitabxanaları arasında  ən qabaqcıl yerlərdən birini tutur. Bu kitabxananın 
fəaliyyəti akademiyanın fəaliyyəti ilə  sıx sürətdə bağlı olduğuna görə 
akademiya haqqında qısa məlumat vermək məqsədə uyğun olardı. 
1920-ci il dekabr ayının 14-də Politexnik institutunun nəzdnində  kənd 
təsərrüfatı fakültəsi təşkil edildi. Azərbaycan Xalq Komissarlar Sovetinin 
xüsusi qərarı ilə  kənd təsərrüfatı fakültəsi 1929-cu ildə müstəqil instituta 
çevrildi. Bu onun nəzdində 4 fakültə; bitgiçilik, heyvandarlıq, pambıqçılıq və 
balıqcılıq təsərrüfatı fakültələri  vardı. 
 
74


1930-cu ildə Pambıqçılıq fakültəsi Zaqfqaziya Pambıqçılıq  İnstitutuna 
çevrilir və onun tərkibində  kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsi 
yaradılır. 
1931-ci ildə Azərbaycanın Kənd Təsərrüfatı Akademiyası  və Zaqafqaziya 
Pambıqçılıq  İnstitutu Bakıdan Gəncəyə köçürülür. Azərbaycan Kənd 
Təsərrüfatı Akademiyasının heyvandarlıq fakültəsi isə Azərbaycan Baytarlıq 
İnstitutuna çevrilir. Həmin il, yəni 1931-ci ildə Tiblisi şəhərindən mühəndis 
Meliorasiya institutu Gəncə şəhərinə köçürülür. Nəhayət 1933-cü ildə bütün 4 
institut Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının nəzdində birləşdirilir və 
6 fakültəsi yaradılır. Bunlar aşağıdakılardır: 1) Tarlaçılıq. 2) Meyvə 
tərəvəzçilik. 3) Zootexnika. 4) Baytarlıq. 5) Kənd Təsərrüfatının 
mexanikləşdirilməsi. 6) Hidromeliorasiya (7). 
Qeyd etmək lazımdır ki, sonrakı illərdə  də Akademiyanın strukturunda 
dəyişiklik edilir. 1944-cü ildə isə akademiyanın 7-ci fakültəsi – Meşə 
Təsərrüfatı fakültəsi yaradılır, üzümçülük və şərabçılıq şöbəsi, orta və kiçik su-
elektrik stansiyalarının tikintisi üzrə şöbədə təşkil edilir. 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası 1967-ci ildən 1996-cı ilə  qədər 
S.Ağamalı oğlunun adını daşıyır. 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitutunun apardığı elmi-tətqiqat işlərinin 
səviyyəsinə, yüksək ixtisaslı kadr hazırlığına və potensial imkanlarına görə 
1991-ci ildən Akademiya statusu verilmişdir. 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası  ən böyük ali təhsil 
müəssisələrindən biridir. Akademiyada yüksək ixtisaslı kadr hazırlayan 8 
fakültə  fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdən bəri akademiya 30 
mindən yuxarı yüksək ixtisaslı mütəxəssis hazırlamışdır. 
Akademiya kitabxanasının fondunda hal-hazırda 974.834 nüsxə  ədəbiyyat 
var və vahid oxucu biletinə görə kitabxana 7552 oxucuya xidmət göstərir. (8, 
2005, s. 4-5) 
“Oxuculara xidmətin təşkili kitabxana işinin inkişafının bütün mərhələlərində 
öz təbiəti və struktur quruluşu etbarı ilə mürəkkəb, çoxcəhətli və geniş 
məzmunlu anlayış olub, həmişə kitabxananın  əsas vəzifələrini və bütövlükdə 
kitabxana işinin mahiyyətini ifadə etmişdir. Cəmiyyətdə kitabxanaların rolu və 
əhəmiyyəti həmişə oxuculara kitabxana xidmətinin təşkili səviyyəsi, onun 
keyfiyyəti və əhatə dairəsi ilə ölçülmüşdür”(3). 
Ali və orta ixtisas məktəblərinin qarşısında duran təlim-tərbiyyə  və elmi 
tətqiqat işlərinin həyata keçirilməsində ali məktəblərin mühüm quruluş bölməsi 
və tərkib hissəsi olan kitabxanaların çox böyük əhəmiyyəti vardır. Qeyd etmək 
lazımdır ki, bu kitabxanalarda Respublika Təhsil Nazirliyinin bilavasitə 
rəhbərliyi altında fəaliyyət göstərirlər. Onu da qeyd etməliyik ki, ali təhsil 
müəssisələrinin kitabxanalarının işinin təşkilində spesifik xüsusiyyətlər vardır 
ki, bunlar da hər  şeydən  əvvəl bu kitabxanaların xidmət etdikləri oxucu 
 
75


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə