Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

5.
 
Tahirov K. Kitabxana işinə dair yeni Dövlət Proqramı  mədəni 
dəyərlərimizə qayğının təzahürüdür //Xalq qəzeti.- 2008.- 15 oktyabr.- 
S. 5. 
 
АДИЛЯ АБДУЛЛАЕВА, 
Аспирант Азербайджанской Национальной Академии Наук  
 
 
НАЦИОНАЛЬНАЯ БИБЛИОТЕКА В СИСТЕМЕ 
 В ФОРМИРОВАНИИ ИНФОРМАЦИОННОЙ КУЛЬТУРЫ 
МОЛОДЕЖИ 
 
Р Е З Ю М Е 
  В  статье  говорится  о  внедрении  новых  технологических  средств  в 
основные  рабочие  процессы  библиотеки,  создании  электронных 
библиотек,  организации  нового  информационного  обслуживания 
населения в информационном обществе.  
А  также  широко  освещается  деятельность  библиотек,  особенно 
Национальной  Библиотеки,  в  проведении  в  стране  молодежной 
политики,  в  повышении  знаний  и  развития  молодежи,  формировании  ее 
информационной  культуры,  в  привитии  молодежи  навыков  в 
использовании информационных и коммуникационных технологий. 
 
 
ADİLA ABDULLAEVA 
The post-graduated student of  
Azerbaijan National Academy of Sciences 
 
NATIONAL LIBRARY İN THE SİSTEM OF 
OF YOUTHS’ INFORMATION CULTURE 
 
SUMMARY 
Article is about the application of new technical means in information society 
in the main work processes realized at the library, the foundation of electronic 
libraries, the organization of new information services to the people. 
It was also lightened the activities of libraries, the mainly, National Library 
at the realization of youths’ knowledge, tanning the using habits of information 
and communication technologies to them and the formation of information 
culture in the country. 
 
90


BİBLİOQRAFİYAŞÜNASLIQ 
 
 
 
 
ZÖHRAB ƏLİYEV 
Biblioqrafiyaşünaslıq kafedrasının professoru 
 
MÜASİR BİBLİOQRAFİK FƏALİYYƏTİN TƏŞKİLİ, İNKİŞAFI VƏ 
TƏTBİQİ MƏSƏLƏLƏRİ 
 
 Müstəqillik illərində Azərbaycan Milli biblioqrafiyanın inkişafı 
məsələlərindən bəhs olunarkən birinci növbədə ölkənin sosial-iqtisadi 
həyatında baş verən dəyişikliklər və  bunun ümumilikdə  sənəd-
kommunikasiyaları sistemində vasitəçi olan sosial institutlara,o cümlədən 
biblioqrafik fəaliyyətə  təsirini müəyyənləşdirmək lazım gəlir. Elmi-tədqiqat 
işində qarşıya qoyulan əsas məqsəd də bununla bağlıdır. Məlumdur ki, 
biblioqrafik fəaliyyətin xüsusi təşkilati mənsubiyyəti və ona görə  də  sənəd 
kommunikasiyaları sistemində vasitəçi olan başqa sosial institutlarla bir sırada 
durmur, lakin onların nəzdində özünə köməkçi hesab edilən biblioqrafik 
funksiyasını  həyata keçirir. Beləliklə  sənəd kommunikasiyaları sistemində 
vasitəçilik funksiyasını yerinə yetirən bütün əsas sosial institutlarda aşağıda 
qeyd olunan iki səviyyəni fərqləndirmək olar: birinci bilavasitə  sənədlə bağlı 
səviyyədir və bu səviyyədə  sənədlər mühafizə olunur, istifadəçilərə çatdırılır. 
İkincisi isə birinci ilə müqayisədə köməkçi, yəni biblioqrafik səviyyədir. Bu 
səviyyədə sənədlər, mühafizə olunur və istifadəçilərə çatdırılır. 
 Bu köməkçi səviyyə  və ya kontur sənəd kommunikasiyaları sistemində 
ictimai təcrübənin biblioqrafik fəaliyyət deyilən geniş  fəaliyyət sahəsini 
yaradır. Biblioqrafik fəaliyyətin təşkilində, inkişafında və yayılmasında 
mühüm  əhəmiyyət kəsb edən mərkəzlərdən biri kitabxanalardır. Bibloqrafik 
informasiya mənbələrinin yaradılmasında, yayılmasında və bir sistem kimi 
formalaşmasında məhz kitabxanalarımız mühüm yer tutur. Azərbaycan 
Respublikasının Prezidenti İlham  Əliyevin «Azərbaycanda kitabxanaların 
fəaliyyətinin yaxşılaşdırılması haqqında» 20 aprel 2007-ci il tarixli 
sərəncamında Milli kitabxanalarımızın nailiyyətləri haqqında bəhs olunaraq 
deyilir: «Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata 
keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu 
sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasir 
texnologiyanın tətbiqini zəruri edir». Kitabxanalarımızın fəaliyyətində 
səmərəliliyin artırılmasında biblioqrafik informasiyanın  əhəmiyyəti  isə 
 
91


danılmazdır. Ona görə  də elmi-tədqiqat işinin həyata keçirilməsində  əsas 
obyekt kimi kitabxanaların biblioqrafik nailiyyətləri nəzərə alınmışdır.      
  Cəmiyyətimizin həyatının bütün sahələrində kitabxana bir informasiya 
ocağı kimi mühüm rol oynayır. Ölkənin sosial-iqtisadi, mədəni inkişafında 
kitabxanaların, onların biblioqrafik fəaliyyətlərinin  əhəmiyyəti getdikcə 
artır.İndi ölkəmizdə böyüklüyündən, kiçikliyindən asılı olmayaraq elə 
kitabxana yoxdur ki, orada biblioqrafik iş aparılmasın və ya biblioqrafiyadan 
istifadə olunmasın. Kitabxanalarımız sözün əsl mənasında biblioqrafik 
fəaliyyətin təşkilati mərkəzlərindəndir, həm də biblioqrafik informasiyanın 
yayılması kanallarından biridir.1976-cı ildən rayon kitabxanalarının 
mərkəzləşdirilməsi onların biblioqrafik fəaliyyəti üçün yaxşı  şərait 
yaratmışdır.Mərkəzləşdirilmiş kitabxana sistemində biblioqrafik fəaliyyət 
ikipilləli xarakter daşıyır.Belə ki, Mərkəzi kitabxananın biblioqrafik 
fəaliyyətinin həcmi ilə filialların biblioqrafik işlərinin həcmi arasında xeyli fərq 
var.Məhz buna görə keçmiş sovet məkanında kitabxanalarda biblioqrafik işin 
təşkilini və gedişini nizamlayan rəsmi sənədə zərurət yaratmışdır.Qeyd etmək 
lazımdır ki, keçmiş ittifaqda biblioqrafik işin  əsas istiqamətlərini 
müəyyənləşdirən sənədin yaradılması haqqında qərar ilk dəfə 1980-ci ildə 
biblioqrafiya üzrə keçirilən ümumittifaq müşavirəsində qəbul edilmişdir.Lakin 
belə bir əsasnamənin yaradılması ilə  əlaqədar qəti addım keçmiş SSRİ Ali 
Soveti Rəyasət heyətinin «SSRİ-də kitabxana işi haqqında  əsasnamə»nin 
təsdiqindən sonra atılmışdır (13 mart 1964-cü il). 1987-ci il may ayının 18-də 
keçmiş SSRİ  Mədəniyyət Nazirliyi yanında Dövlət  İdarələrarası Kitabxana 
komissiyası  tərəfindən «SSRİ-də kitabxanaların biblioqrafik işi haqqında 
əsasnamə» təsdiq olundu.Təbiidir ki, bu əsasnamənin layihəsi Sovet məkanının 
ən mühüm kitabxanaları  tərəfindən işlənmişdir(2).Əsasnamə  əsas hissədən və 
dörd  əlavədən ibərət idi. Əsas hissə «Ümumi qaydalar» və «Biblioqrafik işin 
təşkili»   adlanan iki bölmədən ibarət idi.Birinci bölmədən aydın olur ki, həmin 
sənəd kitabxana işi haqqında yuxarıda qeyd olunan «Əsasnamə» ilə  əlaqədar 
işlənmişdir və kitabxana-biblioqrafiya təcrübəsinin  əsas nailiyyətləri nəzərə 
alınmışdır.Daha sonra isə biblioqrafik işin biblioqrafiyalaşdırma və biblioqrafik 
xidmət kimi proseslərinin  əsas məqsədlərinin  şərhi verilir, kitabxana 
biblioqrafiyasının səciyyəvi xüsusiyyətləri aydınlaşdırılır. «Biblioqrafik işin 
təşkili» adlanan ikinci bölmədə isə müxtəlif səviyyəli kitabxanaların 
biblioqrafik işlərinin, biblioqrafik fəaliyyətlərinin vahid sisteminin 
formalaşmasının təşkilati 
əsaslarının ümumiləşdirilməsi 
əks 
olunur.Biblioqrafik iş müxtəlif növ kitabxanaların  əsas fəaliyyət 
sahələrindəndir və kitabxanaların xidmət etdiyi ərazinin sosial-iqtisadi 
problemlərilə əlaqədar tələbatlara uyğun gəlməlidir. 
   Haqqında bəhs olunan bölmədə diqqəti cəlb edən əsas məsələlərdən biri də 
təşkilati məsələ ilə əlaqədardır və bununla biblioqrafik fəaliyyətin kitabxanaya 
 
92


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə