Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

  İlk növbədə onu qeyd etmək istərdim ki, artıq 2006-cı ildən etibarən Milli 
Kitabxananın saytının (www.anl.az) fəaliyyəti bərpa olunmuş, oxucuların 
istifadəsinə verilmişdir. Saytda mövcud olan “elektron kataloq”, “elektron 
kitabxana” bölmələri oxucularımız, xüsusilə  də  gənclərimiz tərəfindən çox 
geniş istifadə olunur. Belə ki, 2008-ci ildə saytdan istifadə edənlərin sayı 
98447, elektron kataloqdan istifadə edənlərin sayı isə 43458 olmuşdur. 2008-ci 
ilin mart ayından etibarən kitabxananın saytında “virtual sifariş” bölməsi 
yaradılmışdır ki, ötən il bu xidmət növündən 260 oxucu yararlanmışdır. Saytda 
Elektron kitabxana sahəsində “Elektron versiyası hazırlanmaqda olan kitablar” 
başlıqlı bölmə yerləşdirilib. Azərbaycan Respublikasının ümummilli lideri 
Heydər  Əliyev cənablarının 85 illik yubileyi ərəfəsində onun bütün çıxışları, 
nitqləri, bəyanatları, fərman və  sərəncamları, məktub və müsahibələri daxil 
edilmiş “Müstəqilliyimiz  əbədidir”adlı 24 cildlik kitabların elektron versiyası 
da daxil olmaqla “Heydər  Əliyev irsi”, Mir Cəlal Paşayevin  əsərləri, onun 
haqqında yazılan  əsərlər də daxil olmaqla “Mir Cəlal Paşayev irsi” adlı 
materialların elektron versiyalarını  və CD variantlarını, klassiklərimiz 
silsiləsindən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Xəmsə”si, qəzəlləri 
və onun haqqında müasirlərimizin yazdıqları,  şairin  əsərlərində  işlənən atalar 
sözləri və s. daxil olmaqla “Nizami Gəncəvi irsi”, Məhəmməd Füzulinin 6 
cildlik seçilmiş  əsərlərindən ibarət olan “Füzuli irsi”, görkəmli Azərbaycan 
şairi, yazıçısı  və dramaturqu Hüseyn Cavidin 5 cildlik əsərlərindən ibarət 
“Hüseyn Cavid irsi”, V.Andriyanov və H.Mirələmovun birgə yazdıqları 
“Görkəmli  şəxslərin həyatı” silsiləsindən “Heydər  Əliyev” və  “İlham  Əliyev: 
bioqrafiya davam edir” kitablarının elektron versiyaları  və CD variantı 
hazırlanıb Elektron kitabxananın oxucularının istifadəsinə  təqdim edilmişdir. 
Bu  ənənə davam etdirilərək oxucularımızı daha çox maraqlandıran və daha 
geniş oxucu kütləsi tərəfindən soruşulan aktual mövzularda kitabların və digər 
materialların elektron versiyalarının hazırlanması da planlaşdırılır (4, S. 8.). 
Həmçinin saytda kitabxanada keçiriləcək kütləvi tədbirlər haqqında əvvəlcədən 
anons verilir ki, maraqlanan oxucular bu tədbirlərdə yaxından iştirak edirlər. 
Sonra isə  həmin tədbir haqqında  ətraflı  məlumat çatdırılır. Saytımızda 
“metodik xidmət” bölməsi yaradılmışdır ki, kitabxana işçiləri, oxucular bizim 
elektron poçt ünvanımıza (metodanl@yahoo.com) onları maraqlandıran 
suallarla müraciət edir, ötən il ərzində 500-ə yaxın məktub kitabxanamızın 
əməkdaşı  tərəfindən cavablandırılmışdır. Saytımızda olan “Kitabxananın 
nəşrləri” bölməsində isə oxucular Milli Kitabxanada nəşr olunan hər bir 
metodik və biblioqrafik vəsaitlə yaxından tanış ola bilirlər. Milli Kitabxananın 
saytında edilən hər bir yenilik oxucularımızın, eləcə  də  gənc nəslin 
informasiyaya olan tələbatının ödənilməsi, onların sorğularının operativ 
cavablandırılmasına yönəldilmişdir.  İstər axtarış zamanı, istər kompüterdən 
 
86


istifadə prosesində, istərsə  də  məlumatların  əldə edilməsində  əməkdaşlar 
gənclərə yaxından kömək edir, dəyərli məsləhətlər verirlər.  
Kitabxanamızın oxucularına gəldikdə isə, 2008-ci ildə 37185 yeni oxucu 
yazılmışdır ki, bunlardan 24093-ü gənclərdir, kitabxanaya gəliş isə 175969 
nəfər təşkil etmişdir (4, S. 6). Təbii ki, sevindirici haldır ki, gənclərimiz elmə, 
təhsilə böyük maraq göstərir və Milli Kitabxana da onlara xidmət işində 
imkanlarını  əsirgəmir. 2008-ci ilin sentyabr ayında kitabxanamız oxucularını 
növbəti dəfə sevindirdi. Belə ki, kitabxanada Rusiya Dövlət Kitabxanasının 
elektron dissertasiya fondunun virtual oxu zalının açılışı olmuşdur ki, bununla 
da oxucular Rusiyada müdafiə olunmuş dissertasiyaların elektron versiyası ilə 
tanış olub, ondan istifadə etmək imkanı əldə edirlər. Bu böyük bir nailiyyətdir. 
Belə ki, gənc tədqiqatçılarımız artıq təkcə Azərbaycanda deyil, Rusiyada da 
müdafiə olunmuş dissertasiyalarla tanış olur, gələcək fəaliyyətlərində dünya 
təcrübəsindən istifadə etməyə nail olurlar. Beləliklə  gənclərimizin elmi və 
təcrübi biliklərinin artmasına, dünya standartlarına uyğun mütəxəssislər kimi 
yetişməsinə  zəmin yaranır. Hazırda Azərbaycanda müdafiə olunmuş 
dissertasiyaların elektron variantının yaradılması  işi həyata keçirilir. Digər 
tərəfdən kitabxana 2009-cu ilin fevral ayından “Açıq Cəmiyyət  İnstitutu” və 
EBSCO Publishing kompaniyasının müştərək layihəsi olan “EIFL Direkt” 
layihəsinə qoşularaq müxtəlif elm sahələrinə aid ingilis dilində jurnal, qəzet və 
xəbərlər toplusunun 7000-ə  qədər tammətnli variantını  İnternet vasitəsilə on-
layn rejimində  əldə etmək imkanına malik olmuşdur ki, bu da oxucularımıza 
xidmət işində böyük bir nailiyyətdir.  
  Məlum olduğu kimi, mənəvi həyatımızın tarixi ən qədim dövrlərdən 
başlayaraq kitabla sıx bağlı olmuş və məhz onun ehtiyacları müqabilində kitab 
yeni-yeni formalara düşərək təkmilləşmiş, formalaşmışdır. Müasir informasiya 
cəmiyyətində onun rolu daha da artmış, kitab kommunikasiya üsullarından biri 
kimi çıxış etmişdir. Son illər kitab oxuyanların sayı xeyli azalıb. Ekspertlər 
kitaba marağın sönməsinin səbəbini ilk növbədə  İnternet  şəbəkəsinin 
genişlənməsində, insanların yeni texnologiyalara olan marağının artmasında, 
əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsində  və s. görürlər. 2008-ci ildə 
kitabxanaya 11548 adda kitab, 159 adda jurnal, 321 adda qəzet, 85 adda elmi 
əsər daxil olmuşdur, ümumi fondumuz isə 4 508 626 nüsxə  təşkil edir. 
Artmaqda olan informasiya mənbələrindən asan istifadəni təmin etmək 
məqsədilə kitabxanada 13 oxu zalı  fəaliyyət göstərir (4, S. 7). Oxucularımız 
həm kitabxananın zəngin kataloq və kartotekasından, həm də kitabxanada 
yerləşən kompüterlər vasitəsilə elektron kataloq və elektron kitabxanadan 
istifadə edirlər. Bu işdə onlara növbətçi biblioqraflarımız kömək edir. 
Oxucuların sorğuları  həm  ənənəvi  şəkildə, həm də kompüter vasitəsilə 
axtarılaraq  əldə olunan nəticələr onlara çatdırılır, kompyuterdən istifadə 
 
87


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə