Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

nəfər, orta qeyri-ixtisas təhsillilər 120 nəfər, orta təhsillilər 528 nəfər, texniki 
işçilər isə 551 nəfərdir. 
Gəncə şəhəri istisna olmaqla, iqtisadi zonanın digər rayonlarında internetdən 
istifadə edənlər yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, Gəncə zonanın 
ən inkişaf etmiş şəhəridir. Buradakı ali və orta ixtisas təhsili müəssisələrində, 
inkişaf etmiş  sənaye və infrastrukturun digər sahələrində çalışanlar inkişaf 
etmiş cəmiyyətin elmi, texniki inkişafından geri qalmırlar. Gəncə böyük sənaye 
mərkəzlərindən biri kimi, eyni zamanda qədim  İpək Yolunun bərpa olunması 
ilə  əlaqədar, Bakı - Tbilisi - Ceyhan neft kəmərinin bu iqtisadi zonadan 
keçməsi ilə əlaqədar önəmli yerlərdən birini tutur. 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2001-ci ildə çap 
etdirdiyi “Müstəqil Azərbaycan 10 il” rəsmi nəşrindən göründüyü kimi, 
Respublikamızda 2000-ci illərdə kütləvi kitabxanaların sayı  Gəncə  şəhərində 
27 olmaqla, onlarda olan kitab fondu 491000 nüsxə, Qazax rayonunda 55 
kütləvi kitabxana, 520400 nüsxə, Ağstafa rayonunda 49 kütləvi kitabxana, 
388100 nüsxə, Gədəbəy rayonunda 109 kütləvi kitabxana, 515000 nüsxə, 
Daşkəsən rayonunda 58 kütləvi kitabxana, 436300 nüsxə, Samux rayonunda 34 
kütləvi kitabxana, 227500 nüsxə, Göy-göl rayonunda 50 kütləvi kitabxana, 
330900 nüsxə,  Şəmkir rayonunda 96 kütləvi kitabxana, 588600 nüsxə kitab 
fondu olmuşdur (9.S.176-177). 
Təsadüfi deyildir ki, gənc nəslin təlim-tərbiyəsi, elmi biliklərə yiyələnməsi 
üçün ümumtəhsil müəssisələrinin üzərinə çox böyük məsuliyyət düşür. Belə ki, 
məhz, məktəb illərindən başlayaraq, gənc nəslin yönəldilməsi, onların gələcək 
oxucu potensialını formalaşdırmaqla yanaşı, elmi biliklərə yiyələnmələrinə, 
cəmiyyət quruculuğunda fəal iştirak etmələrinə təkan verir.  
2000-2001-ci illərin statistik məlumatına  əsasən Gəncədə 48 ümumtəhsil 
müəssisəsi olmuşdur. Onlarda 48958 nəfər şagird təhsil alır. Digər rayonlardan 
Ağstafada  cəmi 39 məktəb var, onlardan 35-i kənd məktəbidir.  Şagirdlərin 
sayı 29059 nəfərdir. Daşkəsəndə 49 məktəbdən 39 – u kəndlərdə yerləşir. 
Onlarda cəmi 10462 nəfər  şagird təhsil alır. Goranboyda 77 ümumtəhsil 
məktəbinin, 68-i kəndlərdə yerləşməklə, cəmi 34167 nəfər  şagird təhsil alır. 
Gədəbəydə 85 məktəbdən 81-i kəndlərdə yerləşməklə, təhsil alanların sayı 
32584 nəfərdir. Qazax rayonundakı 47 ümumtəhsil məktəbin, 40-ı  kəndlərdə 
yerləşməklə, 29942 nəfər  şagird, Samux rayonunda 33 ümumtəhsil məktəbin 
28-i kəndlərdə yerləşməklə, şagirdlərin sayı 17192 nəfər, Şəmkir rayonunda 84 
ümumtəhsil məktəbinin 66-ı kəndlərdə yerləşməklə 65080 nəfər şagird, Tovuz 
rayonunda 85 ümumtəhsil məktəbinin 76-ı kəndlərdə yerləşməklə 54695 nəfər 
şagird təhsil alır (9.S.150-151) (Bax: Cəd. 2). 
Biz bu şəkildə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan hər bir rayon üzrə 
orta təhsil müəssisələrində oxuyanların sayını bilməklə, məktəblərdə yerləşən 
məktəb kitabxanalarında da, müəllim və  şagirdlərdən ibarət böyük oxucu 
 
104


qruplarının olduğunu görə bilərik. Belə kitabxanaların maddi-texniki bazalarını 
inkişaf etdirməklə, elmin və texnikanın nailiyyətlərindən istifadə edərək 
kitabxanaların fondunu daha da zənginləşdirib oxucu auditoriyasını 
genişləndirmək olar. 
Ölkə iqtisadiyyatının kadr potensialının səmərəli inkişafı ölkənin insan 
resurslarının keyfiyyətini gücləndirmək üçün, dövlətimiz tərəfindən regionların 
sosial-iqtisadi inkişafına böyük diqqət göstərilməklə, bir çox işlər görülmüş, 
iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, eləcə də,  cəmiyyətin inkişaf edib 
formalaşmasında “insan faktoruna” xüsusi önəm verilmişdir. 
Prof. 
Ş.Muradov “İnsan potensialı: 
əsas meyllər, reallıqlar, 
problemlər”kitabında yazır: “Elmin inkişafının  əsas  şərtlərindən biri də elmi-
texniki fəaliyyətin resurslarla (maliyyə, cihaz və avadanlıqlar, informasiya) 
təmin olunmasından və müasir tələblərə uyğun infrastrukturun yaradılmasından 
ibarətdir.Onu da nəzərə almaq lazımdır ki, elmi biliklərin istehsalı  və 
mənimsənilməsi bilavasitə insan amili ilə bağlıdır və burada kadrların 
hazırlanması, onların kəmiyyət-keyfiyyət tərkibinin daim inkişaf etdirilib 
təkmilləşməsinə böyük ehtiyac vardır” (8. S.488). 
Elmi kadrlar elmin inkişafında, sivilizasiyalı cəmiyyətlərin formalaşmasında, 
cəmiyyətin maddi, mənəvi dəyərlərinin artırılmasına təsir edən  ən mühüm 
amillərdən biridir. Bu mənada Gəncə, Qazax və digər rayonlarda fəaliyyət 
göstərən ali və orta ixtisas məktəblərinin alim və  işçilərinin informasiya 
təminatında mühüm rol oynayan təhsil kitabxanalarının xüsusi rol oynadığını 
qeyd etmək lazımdır. 
Dövlətimizin kitabxanaların inkişafına göstərdiyi qayğı baxımından 
“Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında” (I və II cild) 
kitabını çox yüksək qiymətləndirmək lazımdır.Çünki, Azərbaycan Respublikası 
Mədəniyyət və Turizm Nazirliyinin məhz birbaşa xüsusi əməyi ilə  işıq üzü 
görmüş, dövlətimizin regionların inkişafına xüsusi fikir verməsinin təzahürü 
olan bu kitabda, həm yüksək ixtisaslı kitabxanaçı- biblioqraflar üçün, həm 
tələbələr üçün, həm də müxtəlif sahələrin mütəxəssisləri üçün çox qiymətli 
məlumatlar var. Biz 2004-cü ildən başlayaraq, eləcə  də 2000-ci illərin 
əvvəllərindən Azərbaycan Respublikasında kitabxana-informasiya resurslarının 
inkişafını izləməklə, dövlətin də qayğısının şahidi ola bilərik. 
Ümumiyyətlə, Gəncə -Qazax İqtisadi rayonu üzrə aparılan təhlildən belə 
nəticəyə gəlmək olar ki, təbii və əmək resursları baxımından bu iqtisadi rayon 
böyük imkanlara malikdir. 
MKS-lərin ümumi mənzərəsi bizdə belə bir fikir yaradır ki, ixtisaslı kadrların 
hələ  də kifayət qədər olmadığı, ali qeyri-ixtisas təhsillilərin, eləcə  də orta 
təhsillilərin isə ixtisaslı kadrlar qədər elmi biliyə yiyələnməsi bir çox çətinliklər 
törədir.  
 
105


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə