Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

üçün, Respublikanın Prezidenti cənab  İlham  Əliyev 11 fevral 2004-cü ildə 
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 
Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərman 
imzalamışdır (2). 
Azərbaycan Respublikasının ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafına, 
ümumilikdə, ölkənin vahid sosial inkişafı strategiyasının ayrılmaz tərkib 
hissəsi kimi baxmaq lazımdır.  
Regionların sosial-iqtisadi inkişafı dedikdə, sosial-mədəni infrastrukturun 
inkişafı,  əhalinin həyat və yaşayış  səviyyəsinin yaxşılaşdırılması, təhsil və 
mədəni səviyyəsinin, dünyagörüşünün formalaşdırılması, dünyəvi biliklərə 
yiyələnməsi və s. nəzərdə tutulur. 
Son illərin statistik məlumatlarına görə, Avropa İttifaqının üzvü olan indiki 
dövlətlərin  ərazisində 90.000 kitabxana(11,s.125), ümumilikdə isə
YUNESKO-nun məlumatına görə dünyada yarım milyondan artıq kitabxana 
fəaliyyət göstərir (10,s.3). Azərbaycan Respublikasında isə 12 mindən çox 
kitabxana cəmiyyətin informasiya təminatını  həyata keçirir. Bu da dünya 
kitabxanalarının 2,4%-i deməkdir. Bütün dünyada, o cümlədən Azərbaycanda 
regional kitabxanalar ümumi kitabxana şəbəkələri içərisində mühüm yer tutur. 
Ona görə də, bu, kitabxana-informasiya orqanlarının əsas missiyası, yerləşməsi 
xüsusiyyətləri, onların informasiya ehtiyatları və bu ehtiyatlardan yerli əhalinin 
səmərəli istifadəsinin təşkili problemlərinin araşdırılması, kitabxanaşünaslıq və 
biblioqrafiyaşünaslığın yaranmasına gətirib çıxarmışdır. 
Bir sıra əlamətlər: müəyyən ərazinin mənafeyinə tabelik, rayon ərazisində  və 
onun haqqında nəşr olunmuş  sənədlərin toplanması, saxlanması  və ictimai 
istifadəyə verilməsinə görə  məsuliyyət, diyarşünaslıq üzrə biblioqrafik 
informasiya resurslarının yaradılması  və ondan dünyanın istənilən nöqtəsində 
istifadə imkanlarının təmin edilməsi və s. regional kitabxanaların  əsas 
əlamətlərini formalaşdırır. Regional kitabxanalar yerli mədəniyyətin 
bənzərsizliyini, özəlliklərini öyrənən, onu mühafizə edən, yayan, ümumilikdə 
elm, təhsil və  mədəniyyət sahəsində dünya prosesləri haqqında informasiyanı 
təbliğ edən  ən böyük informasiya kanalı kimi oxucularda doğma diyara 
məhəbbət, tarixi keçmişə hörmət və qürur hissi tərbiyə edir. 
Professor Z.S.Məmmədovun “Regionların iqtisadi inkişaf problemləri” 
kitabında qeyd etdiyi kimi, Azərbaycan Respublikasında 10 iqtisadi rayon var: 
Abşeron, Gəncə-Qazax,  Şəki-Zaqatala, Lənkəran, Quba – Xaçmaz, Aran, 
Yuxarı Qarabağ, Kəlbəcər- Laçın, Dağlıq  Şirvan, Naxçıvan Muxtar 
Respublikası (7). 
Gəncə-Qazax iqtisadi rayonu respublikamızın ikinci ən böyük iqtisadi 
rayonudur. Bu iqtisadi rayon çox əlverişli coğrafi relyefdə yerləşməsi, əhalinin 
həm dağlıq, həm də  dağətəyi zonada məskunlaşması, sənaye və  kənd 
təsərrüfatının potensial inkişafını sürətləndirmək baxımından diqqəti cəlb edir.  
 
100


İqtisadi rayonun ərazisi 12,5 min kv. km. olub, respublikamızın  ərazisinin 
14,5%-ni əhatə edir.  
Gəncə-Qazax iqtisadi rayonunun əlverişli iqtisadi şəraitinin yeraltı və yerüstü 
təbii sərvətinin zənginliyi, istehsalın çoxsahəli inkişafına müsbət təsir göstərir 
(7.S.156). 
Bu iqtisadi rayonda əhalinin sayı 1,076775 nəfərdir.  Bu isə respublikamızın 
əhalisinin təqribən 14-15% -ni təşkil edir. 
 Gəncə-Qazax iqtisadi rayonuna Qazax, Ağstafa, Tovuz, Gədəbəy,  Şəmkir, 
Daşkəsən, Göy-göl, Samux, Goranboy  inzibati rayonları  və  Gəncə  şəhəri 
daxildir. 
İqtisadi rayonda məhsuldar qüvvələrin inkişafında, ixtisaslı kadrların 
hazırlanmasında  əhalinin təhsil bölgüsünün müəyyənləşdirilməsi xüsusi 
əhəmiyyət kəsb edir.  
Gəncə-Qazax iqtisadi rayonunun iqlim şəraiti, filiz və qeyri-filiz yataqlarının 
zənginliyi, ayrı-ayrı iqtisadi sahələrin inkişafı, yeni istehsal müəssisələrinin 
yaradılmasına təkan verir. Ona görə  də iqtisadi sahələrdə yaranan dirçəliş 
iqtisadi rayonların makro və mikro iqtisadi inkişafına güclü təsir göstərir (7). 
Əhalinin təhsil bölgüsünə görə Gəncə şəhəri mühüm yer tutur. Təhsil alanlar 
Gəncədə 26,7 min nəfər, Goranboyda 75,8 min nəfər, Qazaxda 71,7 min nəfər, 
Ağstafada 65,2 min nəfər, Tovuzda 124,6 min nəfər, Gədəbəydə 75,7 min 
nəfər, Şəmkirdə 152,4 min nəfər, Daşkəsəndə 26,9 min nəfər, Göy-göldə 46,8 
min nəfər, Samuxda 43,8 min nəfərdir (7.S.59). 
Əhalinin elm, təhsil, mədəni səviyyəsinin yüksəldilməsində iqtisadi rayon 
daxilində fəaliyyət göstərən kitabxanalar mühüm əhəmiyyət kəsb edir.  
Bu kitabxanalar sistemi mürəkkəb quruluşa malikdir və bu sistemdə 
mərkəzləşdirilmiş kitabxana sistemləri mühüm yer tutur. 
Belə ki, Gəncə-Qazax iqtisadi rayonunun Mərkəzləşdirilmiş Kitabxana 
Sistemləri (MKS) aşağıdakılardır: Qazax rayon MKS, Ağstafa rayon MKS
Tovuz rayon MKS, Gədəbəy rayon MKS, Şəmkir rayon MKS, Daşkəsən rayon 
MKS, Göy-göl rayon MKS, Samux rayon MKS, Goranboy rayon MKS və 
Gəncə şəhər MKS (1). (Bax: Cəd. 1). 
Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin yaradıldığı il, əhalinin sayı, 
oxucuların sayı, kitabxanaların fondu, filialların sayı, kitabxanada işləyən ali və 
orta ixtisaslı işçilərin sayı, orta təhsillilər, texniki işçilər cədvəldə ardıcıllıqla öz 
əksini tapmışdır.  
İqtisadi rayonda gündüz ümumtəhsil məktəblərinin sayı və onlarda təhsil alan 
şagirdlərin sayı  əhalinin artım səviyyəsi ilə  əlaqədar olaraq ildən ilə artır (7. 
S.67) (Bax: Cəd. 2)  
Gəncə-Qazax iqtisadi rayonu üzrə sosial infrastrukturun digər sahələrindən 
olan kütləvi kitabxanalar və onlarda  olan kitabların sayı, insanların istirahətini 
təmin edən klub müəssisələrinin sayı mühüm əhəmiyyət kəsb edir (7.S.68). 
 
101


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə