Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə49/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

idarə olunmasını tələb edir ki, SBA elementlərinin təkmilləşdirilməsi də onun 
xüsusiyyətləri  sistem halında  nəzərə alınaraq tərtib edilsin. Bununla əlaqədar 
olaraq MKS-nin xüsusiyyətlərinə  və onun mürəkkəbliyinə  diqqət yetirmək 
lazımdır.  
SBA-nın bugünkü tərkibi  uzun illər davam edən tarixi inkişafın nəticəsidir. 
Əvəllər SBA ancaq kitabxana fondunun tərkibini açan kataloqlardan ibarət idi.  
Daha sonralar SBA-nın tərkibinə müxtəlif məlumat nəşrləri, biblioqrafik 
nəşrlər, eləcə  də kitabxanada tərtib olunan kartotekalar və  əvvəllər yerinə 
yetirilmiş  yazılı  arayışlar da daxil edilir. Bu onu göstərir ki, SBA yarandığı 
gündən bu günə kimi onun tərkibi daima dəyişmiş  və  təkmilləşmişdir. Bu 
proses bu gün də davam edir. Belə ki, müasir texnologiyanın,  xüsusilə  
kompüter texnologiyasının biblioqrafik proseslərə  tətbiqi MKS-nin soraq 
biblioqrafiya aparatını daha da zənginləşdirir. 
MKS-də SBA-nın funksiyaları çox müxtəlifdir və biblioqrafik fəaliyyətin 
bütün  istiqamətlərində  ondan istifadə olunur. Biblioqrafik proseslərə yeni 
texnologiyaların tətbiq edilməsi MKS-lərdə  ənənəvi kataloq və kartotekaların 
elektron formaya keçirilməsinə imkan yaradır. Bu məsələnin  həlli 
Mərkəzləşdirilmiş Kitabxana Sistemləri  üçün bu gün ən vacib problemlərdən 
biridir. Çünki onlarla  filial kitabxanaları  özündə birləşdirən Mərkəzi 
Kitabxana fəaliyyət göstərdiyi  regionun  metodiki mərkəz funksiyasını yerinə 
yetirir. 
İnformasiyalı  cəmiyyətə  keçdiyimiz bir  dövrdə MKS-lərin  əsas vəzifəsi 
informasiya ehtiyatlarını yaratmaq və formalaşdırmaqdan ibarətdir. 
Mərkəzləşdirilmiş kitabxana sistemlərində  aparılan biblioqrafik fəaliyyəti daha 
düzgün və  səmərəli təşkil etmək üçün müasir texnologiyadan və ixtisaslı 
kadrlardan istifadə etmək vacibdir.Bu məsələyə  əhəmiyyət verməyən  
kitabxanalar öz işində müvəffəqiyyət qazana bilməz. 
 
 
ƏDƏBİYYAT 
 
1. Xələfov A.A. Azərbaycanda kitabxana işinin mərkəzləşdirilməsinin bəzi 
yekunları və təkmilləşdirilməsi məsələləri (Tematik məcmuə).- B., 1986. 5.3-24 
2. Xələfov A.A.İnformasiyalaşdırılmış  cəmiyyətin xüsusiyyətləri və 
problemləri// Respublika.- 2002.- 17 aprel.- S. 4. 
3. Xələfov A. XXI əsrin  əvvəllərində    Azərbaycanda  kitabxana işinin  əsas 
inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar).- B., 2006.- 106 s. 
4. Xələfova S.A. Azərbaycanda Dövlət kütləvi kitabxanalar şəbəkəsinin 
inkişafı (1970-1990).- B., 2007.-160 s. 
5. Kitabxana işi haqqında Azərbaycan Respublikasının  Qanunu// 
Kitabxanaşünaslıq və biblioqrafiya. 1999.- № 1.- S. 3-16. 
 
118


6. Koqotkov D.Ə. Spravoçno-biblioqrafiçeskiy aparat biblioteki. M., 1998.- 
60 s. 
7. Mərkəzləşdirilmiş kitabxana sistemlərində işin təşkili. B., 1988.- 176 s. 
8. Xaçmaz rayon MKS-in  2007-ci il hesabatı. 
9. Xətai rayon MKS-in 2000-ci il hesabatı. 
 
 
Р.А ВЕЗИРОВА  
 
ОСОБЕННОСТИ ОРГАНИЗАЦИИ БИБЛИОГРАФИЧЕСКОЙ 
ДЕЯТЕЛЬНОСТИ В ЦБС 
 
РЕЗЮМЕ                            
 
В статье анализируется развития библиографической деятельности в 
ЦБС  по  этапам.  Подробно  изучены  особенности  организации  СБА  и 
библиографического  обслуживания  потребителей  информации.  А  так 
же  в  статье    изучено  методы    использование  информационно 
коммуникативных технологий в библиографических процессах. 
 
 
R.A .VAZİROVA 
 
THE FEATURES OF ORGANIZING OF BIBLIOGRAPHIC 
ACTIVITY IN CLS 
 
SUMMARY 
 
In article, is analyzed the development of bibliographic activity in CLS in 
stages. Cjmprehensively learned the features of organization CLS and the 
bibliographic service to information users. Also in article are learned methods 
of using of information communication technologies in bibliographic process. 
 
 
 
                                                            
 
119


 Qəmzə   HACIYEVA  
Biblioqrafiyaşünaslıq kafedrasının  
                                      baş müəllimi 
 
ƏN-NƏDİMİNİN «FİHRİST» ƏSƏRİ 
  BİBLİOQRAFİYA MƏNBƏYİ  KİMİ 
 
 
Hər bir xalq özünün  tarixi inkişaf  mərhələsində  iqtisadi, siyasi mədəni
tarixi, etnik, təbii-coğrafi vəziyyəti ilə  şərtlənən  biblioqrafik informasiya  
mənbələri yaradır və onlardan istifadə edir. Bunun nəticəsində  millətin bütün 
biblioqrafik fəaliyyəti  və onun  ayrı-ayrı  komponentləri  fərqli spesifik  
xüsusiyyətlərə malik  olurlar.  
Biblioqrafiyanın  milli  xüsusiyyətləri  obyektiv  mövcud  olub,  bilavasitə  
millətin    maddi    və  mənəvi  mədəniyyəti ilə  sıx  bağlıdır. Milli biblioqrafiya  
bir tərəfdən  millətin  mədəni  nailiyyətlərini  əks etdirirsə,  digər tərəfdən onun 
inkişafına  təsir göstərir. 
Keçmiş  sovet biblioqrafiyaşünaslığında  milli bibliorqafiyanı uzun müddət  
xarici termin   hesab edərək, onu  biblioqrafiya  terminləri  haqqında  dövlət  
standartlarına  daxil etməmişlər. 1977-ci il  standartında (QOST 7.0-77) isə 
onun  mahiyyəti dövlət  biblioqrafiyası  ilə eyniləşdirilir. 
Dövlət biblioqrafiyası  ilə milli biblioqrafiyanın   eyniləşdirilməsi düzgün 
deyil. Milli biblioqrafiyanın  əsasını  nəşr yerinə, dilinə görə  müəyyən  xalqa 
aid olan sənədlər  və yerli  müəlliflər, onların  əsərləri haqqında biblioqrafik  
informasiya  təşkil edir.  Belə ki,  dünyanın  bir çox xalqlarının  öz dövləti 
yoxdur. Dövlət biblioqrafiyası    yalnız birinci qrup sənədləri  əhatə edir və  
bunun  üçün dövlət məcburi   nüsxə haqqında  qanun  tətbiq edir, vəsait 
xərcləyir və s.  
Milli biblioqrafiya  terminləri  ədəbiyyatın  mövcud, müxtəlif  real uçot   
formaları birləşdirir:  
1) Ərazi  əlamətinə görə uçot (müəyyən  ölkə daxilində  bütün dillərdə  nəşr 
olunmuş ədəbiyyat  əks olunur).  
2) Dil əlaməti üzrə  uçot (nəşr yerindən asılı olmayaraq  müəyyən  dildə  olan 
ədəbiyyat  əks olunur). 
3) Müəyyən ölkə    ilə  ərazi, dil, müəllif  və  məzmunca  bağlı olan  bütün 
materialların  uçotu.  Onu  kompleks prinsip adlandırmaq  daha 
məqsədəuyğundur. Çünki o, həm  ərazi, həm dil əlamətləri, həm yerli  
xadimlərin  xarici nəşrlərini, həm də  ölkə haqqında  hər hansı  bir ədəbiyyatın  
qeydini  özündə birləşdirir.  
Ən qədim milli biblioqrafiya  nümunələrindən  biri Ən-Nədiminin «Fihrist» 
əsəridir. Bu əsər biblioqrafik abidə  olmaqla yanaşı,  ərəb dilinin 
 
 
120


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə