Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   54   55   56   57   58   59   60   61   62

Müstəqillik illərində  tərtib edilən  ən zəngin   vəsaitlərdən biri «Azərbaycan-
80» adlı  biblioqrafik  göstəricidir. 80 illik bir dövrü əhatə edən  (1923-2003) 
bu biblioqrafik  vəsait «Azərbaycan» jurnalının 80 illik yubileyi  ilə əlaqədar  
olaraq   tərtib olunub, 2004-cü ildə «Çinar-çap» nəşriyyatında  çap  
olunmuşdur (5).  
«Azərbaycan-80» adlı  biblioqrafik  göstərici  çox  zəngin  bir dövrü  əhatə 
etməklə    ayrı-ayrı    məqalələrin məzmununu  müxtəlif  istiqamətlərdən açır,  
məqalələrin  analitik təsvirini verməklə  biblioqrafik  axtarışı  asanlaşdırır.  
Universal  məzmuna  malik bu biblioqrafik  göstəricinin  18 bölməsindən 5 
bölməsi Azərbaycan  ədəbiyyatı, folklorşünaslıq və  ədəbi-tənqidi materiallara 
həsr edilmişdir.  
Biblioqrafik göstəricinin:  
II Azərbaycan ədəbiyyatı haqqında bölməsinin- 
1. Folklorşünaslıq  yarımbölməsində-əvvəlcə ümumi  xarakterli  materiallar, 
daha sonra əlifba qaydası  ilə  ayrı-ayrı müəlliflər və onların   əsərləri  daxili  
xronologiya  ilə qruplaşdırılmışdır. Məsələn:  
Folklor: problemlər. Mülahizələr. (Müzakirədə  iştirak etdi: Vaqif Vəliyev, 
Azad Nəbiyev, Arif Məmmədov) // 1990.- № 9.- s. 182-189.  
və ya Ölməz abidə (Kitabi-Dədə Qorqud-1300) // 1999.- s. 3-4. 
Biblioqrafik vəsaitdə ümumi xarakterli  materiallardan  sonra, görkəmli  
folklorşünasların, ayrı-ayrı    müəlliflərin  folklora,  şifahi  xalq ədəbiyyatına, 
aşıq  ədəbiyyatına və  aşıq  yaradıcılığına  dair materiallar müəlliflərin  əlifba  
qaydası  ilə daxildə isə məqalələrin  xronologiyası  üzrə  sistemləşdirilmişdir.  
Materialları əhatə    etməsinə görə universal  xarakterli olan  bu biblioqrafik  
göstərici  bütün tədqiqatçılar  üçün,  xüsusilə ədəbiyyatşünaslıq materialları  ilə 
maraqlanan  tələbatçılar  üçün qiymətli  bir mənbədir.  
Müstəqillik illərində  nəşr edilən və  folklorşünaslığa dair,  xüsusilə folklor  
ədəbiyyat  içərisində  öz    zənginliyi  ilə  fərqlənən, mənəvi sərvətimiz olan  
«Kitabi-Dədə Qorqud»a  həsr edilən  biblioqrafik   göstəricidir. Göstərici  
MEA-nın Əlyazmalar İnstitutu tərəfindən  2000-ci ildə  tarix  elmləri namizədi  
Aydın Xəlilovun tərtibi  ilə işıq  üzü  görmüşdür (7).  
Azərbaycan xalqının  zəngin  tarix və  mədəniyyət  xəzinəsi olan «Kitabi-
Dədə Qorqud»un   mətninin  nəşrləri və onun  haqqında  mövcud materiallar  
tam  şəkildə    təsvir edilərək  biblioqrafiyaya  daxil edilmişdir. Biblioqrafik 
göstəriciyə  daxil edilmiş  mənbələr  dil əlamətinə  görə bölmələrə ayrılmışdır. 
Hər bölmə daxilində  «Kitabi-Dədə Qorqud»un nəşrləri» , «Kitabi-Dədə 
Qorqud haqqında ədəbiyyat» və  «Kitabi-Dədə Qorqud bədii ədəbiyyatda» adlı  
yarımbölmələr  əhatə edilmişdir.  Hər yarımbölmə daxilində  materiallar 
müəlliflərin  əlifbası ilə  qruplaşdırılmışdır.    
«Kitabi-Dədə Qorqud» dastanının  1300 illik yubileyi  ilə əlaqədar  olan  bu 
biblioqrafik  göstəricidə  çox zəngin  materialların  əks olunmasına  
 
138


baxmayaraq hər bir  mənbənin  sıralanmaması  və köməkçi  aparatla  təchiz 
edilməməsi  təəssüf  hissi doğurur.  Buna baxmayaraq  Azərbaycan, türk və 
türk xalqlarının  dillərində, rus dilində, digər xarici  ölkə dillərində olan 
materialları  əhatə etdiyinə  görə  bu qiymətli  informasiya  mənbəyi  dəyərli  
bir vəsait kimi  folklorşünaslığın  informasiya  təminatında  mühüm  əhəmiyyət 
kəsb edir.  
 Müstəqillik dövründə    Azərbaycan  ədəbiyyatının  görkəmli  
nümayəndələrinə, elm xadimlərinə,  şair  və yazıçılarına həsr edilən  şəxsi   
biblioqrafik informasiya  mənbələrində  folklorşünaslıq məsələlərinə dair  
materiallar  işıqlandırılmışdır. Bu qəbildən olan  vəsaitlər  içərisində  2004-cü 
ildə  Şəhla Tahirqızı tərəfindən  tərtib  edilmiş «Nizami Cəfərov» biblioqrafik  
məlumat kitabı  diqqəti cəlb edir (10). Biblioqrafik məlumat kitabında 
Əməkdar  elm xadimi, professor Nizami Cəfərovun  Ədəbiyyatşünaslığın  və 
dilçiliyin   məsələləri ilə    əlaqədar  477 adda  mənbənin  biblioqrafik təsviri 
verilmişdir.  
Bu mənbələr içərisində  folklor və folklorşünaslıq  məsələlərinə  həsr edilmiş  
kitabları, məqalələri,  məruzələri öz əksini  tapmışdır. Məsələn:  
Eposdan kitaba (monoqrafiya) Ön  söz: Azad Nəbiyev.- B.: Maarif, 1999.- 
220 s. Kitabın içindəkilər: Giriş; I fəsil: Qədim türk eposundan qədim  türk  
yazılı abidələrinə; II fəsil: «Dədə Qorqud» eposundan «Kitabi-Dədə Qorqud»a; 
III fəsil: «Koroğlu»dan  xalq kitabına; Nəticə.  
və yaxud: «Kitabi-Dədə Qoruqud»da islama keçidin  poetikası. B.: Elm, 
1999.-   544 s. 
Azərbaycan  ədəbiyyatşünaslığının  mühüm   bir istiqamətini  təşkil edən  
folklor və folklorşünaslığın  biblioqrafik  informasiya  mənbələri  müstəqil 
tədqiqat  obyekti   olmadığından  folklor  ədəbiyyatını özündə    əks etdirən  
sahəvi   biblioqrafik vəsaitin  olmaması    təəssüf  doğurur. Ümid edirik ki, 
Azərbaycan  ədəbiyyatı tarixini, şifahi  xalq ədəbiyyatını, ümumilikdə  
folklorşünaslıq  məsələlərini  işıqlandıran  biblioqrafik  informasiya  mənbələri  
yaradılacaqdır.  
 
 
ƏDƏBİYYAT  
 
1. «Kitabxana işi haqqında» Azərbaycan Respublikasının  Qanunu// 
Kitabxanaşünaslıq və Biblioqrafiya: elmi-nəzəri və təcrübi  jurnal.- 1999.- № 
1.- s. 3-16. 
2. «Azərbaycan» jurnalının  biblioqrafik göstəricisi. (1920-1972)/ Tərt. ed.: 
R.Tağıyev. B.: Elm, 1973.- 600 s. 
3. Azərbaycan kitabı: 3 cilddə. I c. (1780-1920)/ tərt. ed.: Ə.Əliyev. B., 
1963.- 219 s. 
 
139


4.  Azərbaycan kitabı (Biblioqrafiya)/ 3 cilddə, c.2, kit. 1.. 1920-1940 Bakı.: 
Yazıçı, 1982.- 744 s. 
5. «Azərbaycan-80»: Biblioqrafik göstərici/ Tərt. ed.: Ə.Əfəndiyev; elmi red.: 
B.Nəbiyev.- B.: Çinar-çap, 2004.- 544 s. 
6. Birillik  Azərbaycan Kitabiyyatı. 2003-cü il:/ Tərt. ed.: L.Talıbova, 
N.Rzaquliyeva, baş red.: K.Tahirov. B., 2007.- 323 s.  
7. Xələfov A.A. İnformasiyalaşdırılmış  cəmiyyətin  xüsusiyyətləri və 
problemləri// Respublika.- 2002.- 17 aprel. 
8. «Kitabi-Dədə Qorqud»un biblioqrafiyası./ tərt. ed.: A.C.Xəlilov.- Bakı.: 
Örnək, 2000.- 258 s. 
9. Mərkəzi Elmi Kitabxanaya  daxil olan  yeni ədəbiyyat./ 2003. III-IV 
buraxılış. Bakı., 2004.- 132 s. 
10. Nizami Cəfərov/ tərt. ed.: Ş.Tahirqızı. B.: BUN, 2004.- 125 s. 
11. Yeni  kitablar: Annotasiyalı göstərici/ M.F.Axundov adına Milli 
Kitabxana. B., 2007.- 308 s.  
 
 
С.П.ИСМАЙЛОВА 
 
ТЕМАТИКА  ФОЛЬКЛОРНО-БИБЛИОГРАФИЧЕСКОГО  
 ЖАНРА  В ГОДЫ  НЕЗАВИСИМОСТИ 
 
РЕЗЮМЕ 
 
В статье  дано  широкое  понятие  об  усном  народном  творчестве, 
образцах фольклорного  жанра, изданы  библиографические  материалы,  
отражающие  фольклорную  литературу.  
 
          
SİMA İSMAİLOVA  
 
FOLK-LORE STUDIES  IN THE  BIBLIOGRAPHIC 
SOURCES  IN  INDEPENDENT YEARS 
 
SUMMARY 
 
In this article  were given  comprehensive information  about  folk-lore  
created  by people,  examples  of folk-lore,  bibliographic  sources  show  folk-
lore  literature  have  been  analysed. 
 
140


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə