Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   54   55   56   57   58   59   60   61   62

 
 
KİTABŞÜNASLIQ 
 
 
 
 
 
Şəhla TAHİRQIZI 
 
MONOQRAFİYALAR ELMİ ƏDƏBİYYATIN NÖVÜ KİMİ 
 
Kitab nəşri olduqca mürəkkəb, sistemli yaranışdır. O, bir-biri ilə qarşılıqlı 
surətdə bağlı olan və biri-digərini tamamlayan elementlər toplusudur. Onun ən 
vacib elementi mətndir. Mətnlər  ədəbiyyatın növündən, məzmunundan və 
janrından asılı olaraq müxtəlif struktura və fikri elementlər məcmuuna 
malikdir. Beləliklə, nəşri ümumilikdə mürəkkəb və yaxşı  təşkil olunmuş 
informasiya sistemi kimi nəzərdən keçirmək mümkündür. 
Hər bir kitab, istər tədris ədəbiyyatı olsun, istər bədii, istərsə də elmi olsun
onlar müəyyən bilik sahələrinin oxucuları üçün yaradılır. Bu biliklər də, öz 
növbələrində müəyyən konkret bir məqsədlə təqdim edilir: bu və ya digər sahə 
üzrə toplanmış biliklərin ümumiləşdirilməsi, elmi tədqiqat nəticələrinin 
mübadiləsi, dünyagörüşün, ideoloji, siyasi baxışların formalaşması, dövlət və 
ictimaiyyətin mövqeyinin, hüquqi və mənəvi normaların oxucuya çatdırılması 
və s. Ədəbiyyatın ictimai təyinatı dedikdə, əsasən, onun oxucuya təsir etməsi 
başa düşülür. Demək olar ki, müxtəlif ədəbi əsərlər ictimai fəaliyyətin – elmin, 
təhsilin, ideoloji və siyasi tərbiyəvi işin, xalq təsərrüfatı sahəsinin, mədəniyyət 
və incəsənətin müxtəlif sferalarına xidmət edir. 
Ədəbiyyatın ictimai təyinatı da müəyyən oxucu auditoriyasını nəzərdə tutur. 
Ədəbi əsərlərin oxucu ünvanı onun ictimai, məqsədli təyinatı ilə birlikdə ədəbi 
anlayışın sistemləşdirilməsinin  əsasını  təşkil edir. Ədəbi  əsərlərin onların 
təyinatına və oxucu ünvanına belə sistemləşdirilməsi funksional hesab edilir. 
Hər bir kitabın səciyyəvi xüsusiyyəti onun növünə müəyyən dərəcədə  təsir 
göstərən informasiyanın xarakterindədir. Və bu xarakterin də  əsas 
əlamətlərindən biri problemin dərindən tədqiqidir. Elmi nəşrlərdə 
informasiyanın  əks etdirilməsində mövzunun arqumentləşdirilmiş  əsaslar və 
sübutların səmərəli tədqiqi metodları yüksək elmi səviyyədə  işlənilməli və 
özünəməxsus dil-üslub vasitələri olmalıdır.  
"Kitab işi özlüyündə  rəssamlıq, heykəltəraşlıq, kino, teatr kimi millətin 
mədəni yaradıcılığının mühüm bir sahəsidir. Əslində hər şeyin başlanğıcı kitab-
 
141


dır – hər  şey kitabdan başlanır, hər  şey kitabdadır. Bir vaxt deyərdilər ki, 
İnternet  əsrində kitab öz əhəmiyyətini itirəcək, amma indi məlum olur ki, 
İnternet kitabı  əvəz edə bilmir. İnsan zəruri bilikləri, akademik və sistemli 
savadı sakit bir şəraitdə kitabla baş-başa qalanda daha yaxşı  mənimsəyir. 
Demək, bəşəriyyət hələ bundan sonra da kitabsız keçinə bilməyəcək" (1, 5).  
Hər bir kitabın özünəməxsus funksional əlaməti və funksiyalar tərkibi 
mövcuddur. Lakin müəyyən funksional əlamətlər hansısa konkret bir nəşrlə 
bağlıdır. Kitab nəşrinin əsas tipoloji kateqoriyalarından biri də nəşrin növüdür. 
O nəşrlərin tipoloji qruplaşmasını ehtiva edir. Hər bir nəşr növü, 
formalaşmasından asılı olaraq, standart əsaslara malikdir: 
 
1)
 
təyinatına görə; 
2)
 
informasiyanın əlamətinə görə; 
3)
 
informasiyanın analitik-sintetik işlənilməsinə görə; 
4)
 
əsas mətnin maddi quruluşu, həcmi və tərkibinə görə
5)
 
informasiyanın dövrülüyü, strukturu və xarakterinə görə. 
 
Sadalanan  əlamətlər arasında bütün nəşrlər üçün ümumi olanları ayırmaq 
vacibdir. Hər bir nəşrin spesifik xüsusiyyətləri isə məqsədyönlü təyinata malikdir 
və onlar nəşrin funksional rolunu və xarakterini cəmləşdirilmiş  şəkildə  əks 
etdirir. 
Ədəbi əsərlər janrına görə elmi, bədii, bədii-publisistik, elmi-kütləvi, kütləvi-
siyasi, rəsmi, tədris ədəbiyyatına bölünürlər.  
Hər bir elmlə yanaşı onun kütləviləşdirilməsinə ehtiyac yaranır və bu ehtiyacı 
da kitab yerinə yetirir. 
Monoqrafiyalar da elmi ədəbiyyatın növü olub konkret bir mövzuya həsr 
olunmuş elmi-tədqiqat əsəridir (4,114). Monoqrafiya yunan sözüdür: mono-tək
qrafo-yazıram deməkdir. Bu elmi yaradıcılıq işidir, müəyyən problem və ya 
müasir elm aləmini narahat edən hansısa məsələnin araşdırılması haqqında olan 
materialın  əhatəli  şərhidir. Monoqrafiyaları haqlı olaraq elmi əsərlərin  əsas 
janrı hesab edirlər. Burada qarşıya qoyulan problemlər, biliyin müəyyən bir 
hissəsi və sahəsi tam və  əhatəli  şəkildə araşdırılır və ya işıqlandırılır. 
Monoqrafiyalarda eksperimental işlər nəzəri cəhətdən ümumiləşdirilir (2, 29).  
Monoqrafiyalar ayrı-ayrı empirik faktların təsvirindən və onların 
öyrənilməsindən elmi nəzəriyyənin sistemli şərhinə, elmi axtarışlar 
strategiyalarının yaradılması üçün keçidə imkan verir. Elmi monoqrafiya bu 
gün elmin keçdiyi müəyyən yola yekun və  gələcək elmi dərkə başlanğıc 
nöqtədir.  
Monoqrafiya elmi kitab nəşri hesab edilir. Əsas məqsədi bir əsərdə bir və ya 
bir neçə müəllif tərəfindən hazırlanmış bir problem və ya mövzunun ətraflı və 
tam məzmuna malik olmasını təmin edən bir nəşrdir. 
 
142


Məzmununa görə monoqrafiyalar fundamental elmi əsərdir. Onun əsasını 
elmi problemlərin ətraflı işlənilməsində böyük əhəmiyyətə malik olan əvvəlki 
elmi nailiyyətlərin və əsərlərin yenidən məqsədyönlü tədqiqi təşkil edir. 
Təyinatına görə monoqrafiyalar müəyyən bir sahənin – elmi informasiyaların 
kommunikasiyalar sisteminə aid edilir və yeni-yeni problemlərin həllinə 
istiqamətləndirilir. Onlar əsas etibarilə  tədqiq olunan həmin problemlərinin 
sahəsi ilə bağlı alim və mütəxəssislər üçün nəzərdə tutulur. 
Elmi nəşr olduğu üçün monoqrafiyalarda tədqiq olunan predmet, onun elmi 
tədqiqat kimi məqsədi, xarakteri, metodu və nəticələri əksini tapmalıdır. Qeyd 
etmək lazımdır ki, elmi nəşrlərin redaktəsi zamanı elmi ədəbiyyatın janr 
xüsusiyyətlərinin düzgün işıqlandırılmasına diqqət yetirmək əsas amillərdəndir. 
Prinsipcə elmi nəşrlərin əsasını təşkil edən elmi ədəbiyyatı, yəni monoqrafiyanı 
üç hissəyə bölmək olar: giriş,  əsas mətn və  nəticə. Onların hər birinin öz 
təyinatı, quruluşu və məzmun dolğunluğu vardır. 
Girişdə,  ilk növbədə, mövzunun aktuallığı, tədqiqatın məqsədyönlülüyü 
əsaslandırılır, tədqiqatın aparılmasının məqsədi araşdırılır. Bundan əlavə, 
tədqiqatın aparılması  şəraiti, metodu da göstərilə bilər. Eyni zamanda 
nəticələrin qısa şəkildə xüsusiyyətləri və bu xüsusiyyətlərin qiymətləndirilməsi 
və reallaşdırılma səviyyəsi,  əsas hissədəki materialın qısa  şərhi də 
monoqrafiyanın girişində əksini tapa bilər. 
Giriş, bir qayda olaraq, əgər xülasə məqsədyönlü əsaslandırılmışsa, öhdəsinə 
düşən vəzifəsini yerinə yetirmiş olur, onun mövzusu və müzakirə olunan 
məsələlərin  əhatə dairəsi xarakterizə edilir, məqsədin təyinatı  əks olunur; 
tədqiqatın seçimi əsaslandırılır, istifadə olunmuş  mənbələr səciyyələndirilir. 
Həmçinin burada mövcud xülasənin digərləri ilə müqayisədə xüsusiyyəti 
açıqlanır, informasiyanın analiz və sintezinə yanaşma izah edilir, əsas mətnin 
kompozisiya quruluşuna, üslub və terminoloji xüsusiyyətinə  nəzər yetirilir, 
müəllif və ya tərtibçilər haqqında məlumatlara yer verir.  
Əsas mətndə isə  məqsəd, problemin tədqiqi prosesi, mövzunun 
məqsədyönlülüyünün  şərhi, tədqiqatın aparılmasıdır. Burada qarşıya qoyulan 
məsələlər və onların həllinin vacibliyini bildirən şərhlər və izahatlar, dəlillər və 
əsaslandırmalar göstərilir.  Əsas mətnin məqsədi yeni biliyin informasiyanın 
analizi və sintezi vasitəsilə formalaşdırılmasına xidmət edir. 
Elmi  ədəbiyyatın  əsas mətnini elmi anlayışlar sistemi təşkil edir. Belə elmi 
anlayışlar bu və ya digər hadisənin, yaxud predmetin elmi dərk edilməsinin 
vəzifələri, prosesi və nəticələri haqqında təsəvvür yaradır. Janr xüsusiyyətindən 
asılı olaraq onlar ədəbi vasitələrlə elmi tədqiqatın müəyyən dərəcədə tamlığını 
əks etdirir. Beləliklə, monoqrafiyaların bir elmi ədəbiyyat kimi məqsədi  əsas 
mətndə qarşıdakı məsələni lazımi səviyyədə işıqlandırmaq, problem açıqlamaq, 
kitabda elmi problemin hər bir aspektini aydın şəkildə təqdim etməkdir.  
Hər bir əsərdə olduğu kimi, elmi əsərdə də müəllif tərəfindən təqdim olunan 
 
143


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə