Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

lətifə,  atalar  sözü,  xalq  dramı, mərasim  və  müsiqi    folkloru    üzərində  
tədqiqat  aparır. R.Qafarlı «Mif və nağıl» monoqrafiyasını  xalq şairi  
B.Vahabzadə «Kökümüzə gedən yolu tikanlardan  təmizləyən»  tədqiqat  işi  
adlandırmışdır.  
Son illərdə  milli  özünəqayıdışla   bağlı  folklorun  öyrənilməsinə  diqqət  
artmışdır.  
Aşıq  poeziyasının,  xüsusən  Mola Cümə  irsinin   toplanmasına  böyük  
əmək sərf  edən,  şifahi  yaradıcılığın  ən aktual  məsələlərini nəzəri  
tədqiqatlara  cəlb edən  peşəkar  folklor  nəzəriyyəçisi  Paşa  Əfəndiyevdir.  
Onun «Azərbaycan  folklorşünaslığı    tarixi»  əsəri  mühüm tədqiqat  əsəridir.  
«S.Vurğun və xalq ədəbiyyatı», «C.Cabbarlı    və xalq ədəbiyyatı», «Koroğlu 
dastanının  ilk qaynaqları» barədəki  dəyərli  mülahizələr məhz  ona 
məxsusdur.  Bundan  başqa  professor Paşa  Əfəndiyevin  «Xalqın  söz 
xəzinəsi», «Azərbaycan  şifahi  xalq  ədəbiyyatı» və    həmin  dərsliyin  yeni 
nəşri 1992-ci ildə  çapdan  çıxmışdır.  
Folklorşünaslıq  sahəsində  dərin elmi məntiqə,  geniş  dünyagörüşə  malik,  
publisistika  sahəsində  bir sıra  dəyərli  əsərlərin   müəllifi  professor  Azad 
Nəbiyevin  xidmətləri  böyükdür. «Azərbaycan  xalq ədəbiyyatı» (2002) əsəri 
onun  uzun  tədqiqat  fəaliyyətinin   davamıdır. A.Nəbiyevin müxtəlif  illərdə  
çap  etdirdiyi  «Novruz  bayramı», «İlaxır  çərşənbələr», «İlin  əziz günləri», 
«Qatır Məmməd», «Azərbaycan  uşaq  folkloru» (2000) və b. kitabları    nəşr 
olunmuşdur.  
Azad Nəbiyevin  «Turan» nəşrlər  evində  2002-ci ildə  678 səhifədən   ibarət  
çap  olunmuş «Azərbaycan xalq ədəbiyyatı: Ali məktəblər üçün  dərslik:      I 
hissə» kitabı  xüsusi  əhəmiyyət  kəsb edir. Müstəqillik illərində Azərbaycan 
folklorşünaslığı  daha da  inkişaf edir və bu  sahədə  nəşr   olunmuş  əsərlərin  
sayı    durmadan    artır.  Şifahi   xalq ədəbiyyatı  nümunələri  dövri  mətbuat  
səhifələrində  də dərc  olunur. Təqdirəlayiq  haldır ki,  çağdaş Azərbaycan  ağız 
ədəbiyyatı  sistem  şəklində  toplanıb,  tədqiq və çap  edilməkdədir. Bir sözlə  
Azərbaycan  folklor  xəzinəsi   günü-gündən  zənginləşməkdədir. Bu xəzinəyə  
müraciət  edənlər və ondan   istifadə edənlərin, bəhrələnənlərin  sayı durmadan  
artır. Odur ki, mütəxəssislərin, alimlərin, aspirantların  və digər  informasiya 
istifadəçilərinin  folklor  və folklorşünaslıq ədəbiyyatından  səmərəli   istifadə 
etmələri  üçün   biblioqrafik  informasiya  mənbələrinin  rolu  böyükdür.  
Bir sıra    universal    xarakterli      göstəricilərdə  folklor və folklorşünaslıq  
ədəbiyyatı  qismən  əks olunmuşdur. Məsələn,  1780-1920-ci illəri  əhatə  edən 
«Azərbaycan kitabı»nın  birinci cildində  toplanan 1329 adda  mənbədən  92-si  
folklor  ədəbiyyatıdır (3).  1920-1940-cı illərdə    çap    olunan    və humanitar 
mənbələri  əks etdirən «Azərbaycan  kitabı»nın  2-ci cildinin  I  kitabında  da 
65 adda folklor  və folklorşünaslıq ədəbiyyatı  haqqında  məlumat verilmişdir 
(4).  Bundan başqa  folklor  və folklorşünaslıq  ədəbiyyatı  «Azərbaycan 
 
134


jurnalının biblioqrafiyası» (1920-1972) biblioqrafik vəsaitində  «Azərbaycan  
ədəbiyyatı» bölməsində  «Folklor,  şifahi xalq ədəbiyyatı  nümunələri» yarım 
bölməsində  8 mənbə, «Aşıq  şeirləri» yarım bölməsində    isə 85 mənbə  
haqqında  biblioqrafik  informasiya  verilir (2).  
Azərbaycanda folklorşünaslığın  inkişafı, problemlərin  öyrənilməsi  və həlli  
kitabsız  və  kitabxanasız mümkün  deyildir.  Biblioqrafiyanın   vasitəçilik  
funksiyasını yerinə yetirməyə kömək edən  ən mühüm  vasitə  biblioqrafik 
informasiyadır. Yalnız  biblioqrafik  informasiya  sənəd kütləsini      hərtərəfli  
araşdırır, onların  daha  mühüm   nümunələrindən  istifadə olunmasına  kömək  
edir. Bu işdə  informasiya  orqanları  kimi  kitabxanaların   rolu  əvəz 
edilməzdir. Professor A.Xələfov  yazır ki, «Müasir  cəmiyyətdə    hər cür 
informasiyanı  cəmiyyət  üzvləri  arasında  yaymağa  qarşısına  məqsəd  qoyan,  
informasiya  resurslarını  toplayıb  saxlayan, onu  əsrdən-əsrə, nəsildən-nəslə  
ötürən  informasiya  daşıyıcısı    kimi    fəaliyyət  göstərən  informasiya  
mütəxəssislərinin  ən mühüm  vəzifəsi  kitabxana  sistemləridir» (7).  
Müasir informasiyalaşmış    cəmiyyətdə, Azərbaycan  Respublikasının  tam 
müstəqillik  əldə etdiyi  bir şəraitdə  kitabxanaların  informasiya  vermək  
funksiyası  daha böyük  əhəmiyyət kəsb edir və bu «Kitabxana işi haqqında»  
Azərbaycan Respublikasının Qanununda  da öz real  ifadəsini  tapmışdır: 
«Kitabxana-elm, informasiya, mədəniyyət, təhsil və  tərbiyə  müəssisəsi kimi  
çap  əsərlərini və digər  informasiya daşıyıcılarını  toplayıb mühafizə  edən, 
onların  sistemli   ictimai istifadəsini təşkil  edən,  cəmiyyətin intellektual  və 
mənəvi  potensialının  inkişafına  xidmət  göstərən  sosial  institutdur» (1).  
Zəngin Azərbaycan  folklorşünaslığı    məzmunlu  ilkin mənbələr  haqqında  
biblioqrafik  informasiya  olmadan, həmin mənbələrdən  informasiya  
istifadəçilərinin  səmərəli  istifadə  etmələri  mümkün  deyil.  
Folklorşünaslıq  üzrə  biblioqrafik  informasiyanın  formalaşdırılması    və 
ehtiyacı  olanlara   çatdırılması  vasitələri  onun təsbit  olunduğu  mənbələrdir.  
Biblioqrafik  mənbələr  müxtəlif  əlamətlərə görə    təsnifləşdirilir- funksiya 
istiqamətinə  və xronoloji  əlamətə, oxucu  və  məqsəd  istiqamətinə,  
biblioqrafiyalaşdırma  obyektinin  məzmununa görə.  
Məlumdur ki,  folklorşünaslığa  dair  materiallar  ümumi  xarakterli  
retrospektiv  və  cari  xarakterli   mənbələrdə  öz əksini   tapmışdır. Çox  
təəssüf ki, müstəqillik illərində  folklorşünaslığa  dair  çox saylı  sənəd  kütləsi  
mövcud  olsa da  biblioqrafik  informasiya  mənbələri   olduqca  azdır.  
Respublikamızda  milli  çap əsərlərinin   qeydə    alınmasında və onların  
haqqında dolğun, dəqiq  və operativ  cari  biblioqrafik  informasiya   
verilməsində,  milli  cari  biblioqrafiyanın   təşkilində    və inkişafında  
Azərbaycan Dövlət  Kitab Palatası  ümumi   biblioqrafiyanın   mərkəzi  
olmuşdur.  
 
135


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə