Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə61/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   54   55   56   57   58   59   60   61   62

Elmi  ədəbiyyatın predmetinin xarakteri, oxucu ünvanı (yaş  tərkibi) tədris 
ədəbiyyatının kompozisiyasını  və materialın  şərhini müəyyənləşdirir. Bu 
predmet elm kimi şərh edilməli, mövcud elmin məntiqi, elmi metodu nəzərə 
alınmalıdır.  Əsərin materialı elə qruplaşdırılmalı  və  məntiqi cəhətdən elə 
qurulmalıdır ki, hər bir hissəsi tematika nöqteyi-nəzərincə tam təqdim edilsin 
və  həmin predmetin dərk edilməsində müəyyən dərəcədə yeni pillə olsun (4, 
15-16). 
İrəlidə qeyd edildiyi kimi, kitabın bütün hissələri arasında daxili məntiq 
mövcuddur. Bu məntiqdə kitabın həm kompozisiyası, həm də strukturu 
açıqlanır. Nəinki elmi-kütləvi  ədəbiyyatda, eləcə  də digər  əsərlərdə  şərh bir 
qayda olaraq mühakiməni təlqin edir. Mühakimə iki növdür: 
1) deduktiv mühakimə – ümumi mülahizələrdən fərdi nəticələrədək; 
2)  induktiv mühakimə  – xüsusidən ümumiyə, yəni ayrı-ayrı faktlardan 
ümumiliyədək (5). 
Monoqrafiyalarda məntiqi və tarixi şərhetmə metodlarından istifadə edilir.  
Məntiqi metod müəllif mülahizələrini izləməyə imkan verir, elmi tədqiqatın 
modelini yaradır, bu və ya digər obyektin ətraflı tədqiqini verir. Şərh səbəb və 
təhqiqatın göstərilməsi, onların qarşılıqlı  əlaqələrinin elementi və  nəticəsi, 
strukturun ümumilikdə  və ya ayrı-ayrı hissələrinin tədqiqi  əsasında qurulur. 
Məntiqi metod materialın fikri fraqmentlərə ayrılması ardıcıllığını şərtləndirir. 
Bu metod yüksək informasiyalılığı ilə fərqlənir. 
Şərhin tarixi metodu hadisə  və predmetin inkişaf prosesinin xronoloji 
ardıcıllıqla verilməsinə imkan yaradır. Bu metod dinamikdir və  dərketmədə 
çətinlik yaratmır. 
Məzmunun məntiqi və tarixi şərhi metodlarının  əlaqəliliyi elmi ədəbiyyatın 
quruluşu metodlarının dərketmə münasibətində nisbətən mürəkkəb  əsasa 
malikdir. 
Abstraktlıqdan konkretliyə  çıxış metodu  tədqiq edilən predmet və ya 
hadisə haqqında konkret biliyi dərin elmi anlayışlar əsasında sintezləşdirməyə 
imkan yaradır. Sintez, adətən, sadə abstraktlıqdan başlayır və elmi anlayışın 
mövcud müəyyənləşdirilməsinin çoxşəkilli sintezinin vəhdətini göstərir. 
Spiral metodu  tədqiq edilən elmi ədəbi  əsərdə predmet və hadisənin 
əlamətlərinin tədricən açılmasını  və inkişafını  şərtləndirir. O, nəinki elmi 
materialın strukturunu əks etdirir, eyni zamanda oxucu dərketməsinə  də 
istiqamətverici təsir göstərir. Spiral metodu fikrin, hər dəfə yeni, daha yüksək 
dərəcədə ümumiləşdirilmiş təkrarı yolu inkişafına əsaslanır. 
Elmi  əsərlərdə  təqdim olunan tələblərin yerinə yetirilməsində  terminlər 
xüsusi əhəmiyyət kəsb edir. 
Məzmunun  əsas  şərhetmə vasitəsi dərketmə aparatı olan elmi mətnlərdə 
terminoloji leksikaya mühüm əhəmiyyət verilir. Elmi terminologiyanın istifadə 
edilməsi məzmunun  şərhinin dəqiqliyini təmin edən daha optimal variantdır. 
 
148


Uyğun tərminlərin və leksik, qrammatik və sintaktik dil-üslub vasitələrinin 
dəqiq seçilməsi fikrin adekvat və birmənalı təqdimini təmin edir (6, 11).  
Hər bir elmi ədəbiyyatın ayrılmaz tərkib hissəsi onun sorğu aparatıdır. Aparat 
elmi nəşrlərin mühüm tərkib hissəsi olduğu üçün oxucuya kitaba "daxil 
olmağa" imkan yaradır. 
Sorğu aparatının  vacibliyi və  əhəmiyyəti oxucunu kitabın məzmunu ilə 
tanışlığa yardım etməkdən, kitabdan istifadəni asanlaşdırmaqdan, lazım olan 
məlumatı vaxt itirmədən, heç bir səhvə yol vermədən axtarıb tapmaqdadır. 
Aparat mövcud kitabla digər informasiya mənbələri arasında,  əlaqələndirici 
orqan rolunu ifa edir, onun elmi-kommunikativ axında yerini müəyyənləşdirir. 
Elmi kitabın aparatının informasiya-arayış  məsələlərinin həlli zamanı 
informasiyalar axınında hansısa kitabı axtarıb-tapmaq və onun məzmunu 
haqqında məlumatın rolu böyükdür. Hələ keçən əsrin ortalarında alimləri elmin 
informasiya təminatı ilə bağlı  vəziyyəti olduqca narahat edirdi. O vaxtlar 
akademik S.İ.Vavilov yazırdı: "Müasir insan kitabxanalar Himalayının 
qarşısında qum içərisindən qızıl zərrəcikləri axtaran qızılaxtaranlara 
bənzəyirlər". 
Elmi kitabın aparatı bütün axtarış variantlarında,  əsasən də, 
avtomatlaşdırılmış axtarışda  əsas eyniləşdirmə elementi kimi çıxış edir. 
Standarta müvafiq olaraq sorğu aparatı  əsərin müəllifinin mətn orijinalının 
tərkibinə daxil olunur.  
Monoqrafiyaların sorğu aparatına əksər hallarda elmi kitablarda əksini tapan 
qeydlər və şərhlər də daxildir. 
Qeydlər sırf arayış xarakteri daşıyır. Onlar mənbə haqqında qısa məlumat və 
istinad verir, xarici mətnlərin tərcüməsini təqdim edir, hansısa əlavə faktı şərh 
edir. 
Şərhlər çap olunan mətnlərin izahatını verir, tərtibçi və ya redaktorun onlara 
olan rəyini bildirir. 
Elmi nəşrlərin aparatına bir qayda olaraq predmet, ad, terminoloji və s.-nin 
göstəriciləri də daxil edilir. Göstəricilər aparatın  ən mühüm elementlərindən 
biridir, naviqasiyanı, informasiya arayışını, mətnin istqamətini, kitabdan 
istifadənin asanlaşmasını təmin edir. 
Monoqrafiyanın spesifik göstəricisindən biri də mündəricatdır.  Mündəricat 
əsas axtarış-məlumat elementi kimi nəşrin aparatının tərkibinə daxildir. 
Mündəricata fəsillər, bölmələr, paraqraflar daxildir. Məlumat-axtarış elementi 
olduğu üçün mündəricatı kitabın  əvvəlində  təqdim etmək daha məqsədyönlü 
olar. 
Elmi kitabın aparatının daha bir əsas elementi də  əlavələrdir.  Əlavələr 
tədqiqatın  yerinə yetirilməsində mühüm rol oynayan əlavə istifadə mate-
riallarıdır. Əlavələrə, əsasən nəticələrin təsdiqi üçün tələb olunan material daxil 
edilməlidir. 
 
149


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə