Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə40/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

acınacaqlı vəziyyətə düşür.Belə bir vəziyyət biblioqrafik informasiya sahəsində 
beynəlxalq əməkdaşlığımıza da mənfi təsir göstərir. 
 Kiatb Palatasının səlahiyyətləri M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanasına verilmişdir. Kitabxananın palataya məxsus funksiyalarının 
müvəffəqiyyətlə  həyata keçirilməsi üçün əsas  şərtlərdən biri məcburi nüsxə 
sistemi ilə bağlıdır və bu məsələ dövlət səviyyəsində  həll olunmalıdır.Əks 
halda Azərbaycan çap əsərlərinin səpələnməsində pərakəndəlik hökm sürəcək, 
kitabxanalara düşməyəcək, heç yerdə qeydə alınmayacaq və  gələcək üçün izi 
qalmayan itkiyə çevriləcək. 
 Ümumi retrospektiv biblioqrafiya sahəsində  uğursuzluq davam edir. 
«Azərbaycan kitabı» kimi çox faydalı repertuar tipli göstəricinin nəşri yarımçıq 
qalmaqda davam edir. 
 AMEA-nın Mərkəzi Elmi Kitabxanasını bu mühüm elmi müəssisənin 
nəşrlərini  əks etdirən biblioqrafik göstəricinin nəşrində  də ardıcıllıq 
pozulmuşdur, illiklərin nəşri xüsusilə gecikdirilir.Məsələn 1982-ci ilin 
nəşrlərini əhatə edən illik 1990-cı, 1986-cı ilin nəşrlərini əhatə edən illik 1991-
ci ildə işıq üzü görmüşdür. 
 Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev «Azərbaycanda 
kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında» 20 aprel 2007-ci il 
tarixli sərəncamında Milli kitabxanalarımızın nailiyyətləri haqqında söylənilən 
fikirlər kitabxanaların cəmiyyətimizin informasiyalaşdırılmasında nə  qədər 
böyük  əhəmiyyət kəsb etdiyini təsdiqləyir.Sərəncamda deyilir: «Müasir 
Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə 
kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya 
cəmiyyətinin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqini zəruri 
edir»(3,S.1). 
 Ölkənin bütün kitabxana şəbəkələri bunu nəzərə almalı, ümumi, sahəvi 
və bələdiyyə kitabxanaları öz profillərinə uyğun sənədləri əks etdirən, xidmət 
etdikləri informasiya istifadəçiləri üçün maraqlı olan biblioqrafik informasiya 
nəşrlərini və elektron biblioqrafik məlumat bazalarını yaratmalıdırlar. 
 Biblioqrafik  fəaliyyəti həyata keçirən müəssisələrin, o cümlədən 
kitabxanaların qarşısında bu sahədə duran vəzifələri,  əsasən, belə 
ümumiləşdirmək olar:    
 1.Ölkə ictimaiyyətinin informasiya ehtiyaclarını  hərtərəfli öyrənmək, 
onların kompleks biblioqrafik təminatını gücləndirmək və onu 
müstəqilliyimizin tələblərinə uyğun beynəlxalq standartlar səviyyəsinə 
qaldırmaq.  
  2. Bütün səviyyələrdə(ümumi, xüsusi, universal, sahəvi, ölkə, məhəlli) 
səmərəli biblioqrafik informasiya xidmətinin həyata keçirilməsinə nail 
olunmasında biblioqrafik proseslərin kompüterləşdirilməsinin  əsas amil 
 
97


olduğunu nəzərə alaraq kitabxanaların və başqa müasir müəssisələrin kompüter 
təchizatı. 
 3.Biblioqrafik fəaliyyətin ayrı-ayrı istiqamətlərində məqsədyönlülük. 
   
 
 
 
 
 
ƏDƏBİYYAT: 
 
1.  Коршунов  О.П.  Библиографоведение.  Общий  курс:  Учебник. - М.: 
Издательство, «Книжная палата», 1990. 
 2. Для науки и практики// Сов. библиогр.-1987.-№6.-С.27. 
 3.«Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında» 
Azərbaycan Respublikası prezidentinin sərəncamı//Azərbaycan qəzeti.-2007.-
21 aprel. 
 
 
 
 З.Г.АЛИЕВ 
 
ОРГАНИЗАЦИЯ, РАЗВИТИЯ, ПРЕКЛАДНЫЕ ВОПРОСЫ 
СОВРЕМЕННОЙ БИБЛИОГРАФИЧЕСКОЙ ДЕЯТЕЛЬНОСТИ 
 
РЕЗЮМЕ 
В  статье  освещаются  отдельные  вопросы,  связанные  с  развитием 
азербайджанской  национальной  библиографии  в  годы  независимости. 
Здесь    обосновывается  значение  библиографической  информации  в 
деятельности наших библиотек.  
 
 
 
Z.H.ALİEV 
 
ORGANIZATION, DEVELOPMENT AND APPLAIED QUESTIONS 
OF BIBLIOGRAPHIC ACTIVITY 
 
SUMMARY  
In the article were described particular  questions on development of 
Azerbaijan national bibliography during independence. There was also argued 
importance bibliographic information for library activity. 
 
 
 
 
98


Prof. X.İ.İSMAYILOV    
Dos. N.İ.İSMAYILOV 
Müəl. İ.Z.BAYRAMOVA  
 
AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ  
KİTABXANA-İNFORMASİYA RESURSLARININ İNKİŞAFININ BƏZİ 
MƏSƏLƏLƏRİ.( GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNUN 
NÜMUNƏSİNDƏ) 
 
Respublikamızda kitabxana-informasiya resursları  zəngin tarixi ənənələrə 
malikdir. Bu biblioqrafik ehtiyat cəmiyyətin informasiya təminatında mühüm 
rol oynayır. 
Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində 
görülən işlər sırasında kitabxana işinin təşkili, idarə edilməsi, oxuculara 
informasiya xidmətində ənənəvi iş üsulları ilə yanaşı, müasir texnologiyaların 
tətbiqinə başlanılması dövlətimizin kitabxana işi sahəsindəki siyasətinin 
prioritet istiqamətinə çevrilmişdir (6.S.318-320). 
Artıq müasir informasiya cəmiyyətində kitabxanaların kommunikasiya 
sistemində rolu və əhəmiyyəti o qədər artmışdır ki, kitabxanalarsız cəmiyyətin 
informasiya tələbatını ödəmək mümkün deyildir.  
Kitabxanalar cəmiyyətdə elmin və  mədəniyyətin inkişafında, təhsil və 
tərbiyənin yüksəldilməsində, həmçinin insanların informasiya təminatında 
mühüm sosial institut kimi iştirak etməklə, ən çox istifadə olunan müəssisəyə 
çevrilmişdir (5.S.10). 
Azərbaycan Respublikası yenidən öz müstəqilliyini bərpa etdikdən sonra 
ölkədə kitabxana işinin və biblioqrafik fəaliyyətin inkişafına, gənc nəslin təlim 
tərbiyəsində mühüm rol oynayan milli və  mənəvi dəyərlərimizin 
işıqlandırılmasına, beynəlxalq standartlara cavab verə biləcək yeni informasiya 
texnologiyalarından hərtərəfli istifadə olunmasına çox böyük önəm verməyə 
başladı  və bütövlükdə kitabxana-informasiya sahəsinin hüquqi bazası 
formalaşdı. 
Bu baxımdan 1998-ci ildə  qəbul edilmiş “Kitabxana işi haqqında” 
Azərbaycan Respublikasının Qanunu kitabxanaların inkişafında mühüm rol 
oynamışdır.  
“Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 
Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2007-ci il sərəncamında 
göstərildiyi kimi “... Bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-
nəslə çatdırılmasında və  cəmiyyətimizin intellektual-mənəvi potensialının 
artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır”(4). 
Respublikanın bütün regionlarının iqtisadi və sosial inkişafını daha da 
yüksəltmək və hər bir iqtisadi rayonun potensialından istifadəni sürətləndirmək 
 
99


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə