63
AZAN VƏ İQAMƏT HANSI HALLARDA OXUNUR?
1. Çöldə, bostanda yalnız və ya camaat ilə qəza qılarkən, kişilərin azanı və
iqaməti yüksək səslə oxumaları sünnətdir. Azanı eşidən
insanlar, cinlər, daşlar
qiyamət günü şahid olacaqlar. Bir neçə qəza namazını bir arada qılan, öncə azan
və iqamət oxuyar. Sonrakı qəzaları qılarkən hamısına sadəcə iqamət oxuyar.
Sonrakı qəzalarda azan oxumasa da olar.
2. Evində yalnız və ya camaat ilə vaxt namazı qılan azan və iqamət oxumaz.
Çünki o məhəlləki dəməsciddə oxunan azan və iqamət evlərdə də oxunmuş sayılır.
Lakin oxumaları yaxşıdır. Məhəllə məscidində və camaatı müəyyən kimsələr olan
hər məsciddə, vaxt namazı camaat ilə qılındıqdan sonra yalnız qılan
kimsə azan və
iqamət oxumaz. Yollarda olan və ya imamı və müəzzini olmayan və camaatı
müəyyən kimsələr olmayan məscidlərdə, müxtəlif zamanlarda gələnlər bir vaxtın
namazı üçün müxtəlif camaatlar edərlər. Hər camaat üçün azan və iqamət oxunur.
Belə məsciddə yalnız qılan da azan və iqaməti öz eşidəcəyi qədər səslə oxuyar.
3. Səfəri olanlar öz aralarindakı camaat ilə də, yalnız qılarkən də azan və
iqamət oxuyar. Yalnız qılanın yanında yoldaşları varsa, azanı tərk edə bilər. Sə-
fəri olan kimsə bir evdə yalnız qılarkən də azan və iqamət oxuyar. Çünki məscid-
də oxunan, onun namazı üçün olmaz. Səfəri olanlardan bəzisi
evdə azan oxuyar-
sa, sonra qılanlar oxumaz.
Ağıllı uşağın, korun, vələdi-zinanın, azan oxumasını bilən cahil kəndlinin
azan oxuması məkruhsuz caizdir. Cünüb kimsənin azan və iqamət oxuması, dəstə-
mazsız azan oxumaq, qadının, fasiqin (açıqdan günah işləyən) sərxoşun, ağılsız
uşağın azan oxuması və oturaraq azan oxumaq tahrimən məkruhdur. Bunların
azanları təkrar oxunur. Azanın səhih olması üçün müəzzin, müsəlman və ağıllı ol-
malıdır. Mikrofon ilə oxumaq səhih olmaz.
Fasiq kimsənin azanı səhih olmamasının səbəbi ibadətlərdə bunun
sözü qə-
bul edilmədiyi üçündür. Fasiqin və mikrofon azanı ilə vaxtın gəldiyinə inanmaq
olmaz. Bunun azanı ilə və ya verdiyi bir işarət ilə oruc pozulmaz.
Azana təzim və hörmət edənlər onu, hərflərini, kəlmələrini dəyişdirmədən,
pozmadan,
təğənni etmədən, minarəyə çıxıb sünnətə uyğun oxuyanlar, yüksək
dərəcələrə nail olacaqlar.
Lakin azan sünnətə uyğun oxunmursa, məsələn bəzi kəlmələri dəyişdirilmiş,
tərcümə edilmişsə və bəzi yerində təğənni edərək oxunursa və ya
azan səsi, mik-
rofon deyilən alətdən gəlirsə, (çünki mikrofondan çıxan səs, imam və ya müəzzi-
nin səsi deyildir. Bunların səsi elektrik və maqnit halına dönür. Bu elektrik və
maqnitin hasil etdiyi səs eşidilir) bunu eşidən heç bir kəlməsini təkrar etməz.
İZAH (Azan mikrofon ilə oxunarmı?):
Minarələrə qoyulan mikrofon müəzzin üçün bir
tənbəllik vasitəsi olmuş,
azanın qaranlıq otaqlarda oturaraq və sünnətə uymayaraq oxunmasına səbəb ol-
64
muşdur. Əsrlərcə göylərə doğru uzanan mənəvi bəzəklərimiz minarələr də bu pis
bidət üzündən bir mikrofon dirəyi halına gətirilmişdir. İslam alimləri fənnin kəşf
etdiklərini həmişə yaxşı qarşılamış, məsələn mətbəənin qurulmasını təşviq etmiş,
faydalı kitabların nəşr edilərək elmin yayılmasını istəmişlər. Radio və mikrofon-
la, hər yerdə faydalı nəşrlər edilməsi də islamiyyətin bəyəndiyi və faydalanacağı
bir kəşf olduğu şübhəsizdir. Lakin müsəlmanları azanın şirin səsindən
məhrum
qoyaraq, ibadətləri mikrofonun cırmaqlayıcı səs ilə etmək zərərli olmaqdır. Mik-
rofonları məscidlərə qoymaq lazımsız bir israfdır. İmanlı qəlblərə ilahi təsirlər
edən saleh möminlərin səsləri yerinə, adətən kilsə zəngi kimi səs çıxardan bu alət
yox ikən, minarələrdə oxunan azanlar və məscidlərdəki təkbir səsləri əcnəbiləri
belə vəcdə gətirirdi. Hər məhəllədə oxunan azanları eşidərək məscidləri dolduran
camaat, Əshabi-Kiram zamanında olduğu kimi namazlarını huşu ilə qılırdılar.
Azanın möminləri həyəcana gətirən ilahi təsiri mikrofonun metalik səsləri ilə itir.
Rəsulullah “sallallahü aləyhi və səlləm” bir Hədisi-şərifində, “
Hər kim
azan səsi eşitdiyi zaman müəzzin ilə bərabər yavaşca oxusa, hər hərfinə min
savab verilir, min günahı məhv olur” buyurdu
.
Azanı eşidən kimsə Qurani-Kərim oxuyursa da, eşitdiyini yavasça söyləmə-
si sünnətdir. “
Hayyə ala”ları eşidincə bunları söyləməyib, “
lə havlə vələ küvvə-
tə illə billəh” deyər. Azandan sonra salavat gətirilir. Sonra azan duası oxunur.
İkinci “
Əşhədü ənnə Muhammədən Rəsulullah” söyləyincə, iki baş barmağı-
nın dırnaqlarını öpdükdən sonra iki göz üzərinə sürtmək müstəhəbdır. İqamədə
belə edilməz.
AZANIN OXUNUŞU
Allahü-əkbər.......................................................................4 dəfə
Əşhədü ən lə iləhə illəllah..................................................2 dəfə
Əşhədü ənnə Muhammədən Rəsulullah.............................2 dəfə
Hayyə aləs-saləh.................................................................2 dəfə
Hayyə aləl-fələh..................................................................2 dəfə
Allahü-əkbər.......................................................................2 dəfə
Lə iləhə illəllah...................................................................1 dəfə
Yalnız sübh azanında, “
Hayyə aləl-fələh”`dən sonra iki dəfə
“Əs-salətü
xayrun minən-nəvm” oxunur.
İqamətdə isə “
Hayyə aləl-fələh”dan sonra iki dəfə “
Qad qamə tis-salətü”
deyilir.
AZAN DUALARI:
Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki:
“Azan oxunarkən bu
duanı oxuyun:
“
Və ənə əşhədü ən lə iləhə illallahü vahdəhu lə şərikələh və əşhədü ənnə
Muhammədən abdühü və rəsulüh və raditü billəhi rabbən və bil-islami di-
nən və bi Muhammədin sallallahü aləyhi və səlləmə rəsulən nəbiyya”.