Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə44/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

 107
yük bir faidə yoxdur, “aleyhissaləvatü vəssəlam”. Bu söylədiklərimiz fiqh kitabla-
rında bildirirlən  şeyləri etməyə  təşviqdir, həvəsləndirməkdir. Allahü təala bizə  və 
sizə islamiyyətin göstərdiyi saleh işlər etməyi nəsib etsin! Peyğəmbərlərin seyyidi, 
əfəndisi, ən yaxşısı, ən üstünü hörmətinə “aleyhi və aleyhim və alə əli küllin minəs-
saləvati efdalüha və minəttəslimati əkməlüha” bu duamızı qəbul etsin! Amin. 
 
İmamı Rabbani “rahmətullahi aleyh” “Məktubat” kitabının yenə ikinci 
cild, altmış doqquzuncu məktubunda buyurur ki: 
Allahü təalaya həmd olsun! Onun seçdiyi, bəyəndiyi qullarına salamlar, rahat-
lıqlar olsun. Məktubunuz gəldi. Yoldaşların, dostların doğru olan yoldan ayrılma-
dıqları məlum olanda çox sevindirdi. Allahü təala doğruluğunuzu və doğru yolda 
olmanızı artırsın! Yoldaşlarımız ilə birlikdə verdiyiniz vəzifəni yerinə yetriməyə 
davam edirik. Beş vaxt namazı əlli-altmış nəfərlik camaat ilə qıldığınızı deyirsiniz. 
Bunun üçün Allahü təalaya həmd və təriflər olsun! Qəlbin Allahü təala ilə olması, 
bədənin, əzanın Əhkamı-şəriyyəni yerinə yetirməklə zinətlənməsi nə böyük bir ne-
mətdir. Bu zəmanədə insanların çoxusu namaz qılmaqda tənbəllik edirlər. Tumani-
nətə və tadili-ərkana əhəmiyyət vermirlər. Bunun üçün siz sevdiklərimə bu nüansı 
bildirməyə məcbur oldum. Yaxşı qulaq asın! Peyğəmbərimiz “sallallahü aleyhi və 
səlləm”, “Ən böyük oğru öz namazından oğurlayandır” buyurdu. “Ey Rəsulal-
lah! İnsan öz namazından necə oğurlayar?”-deyə soruşdular. “Namazın rüküsü-
nü, səcdələrini tam yerinə yetirməməklə” buyurdu. Bir dəfə  də buyurdu ki
“Rüküdə və səcdələrdə belini yerinə yerləşdirib bir az durmayanın namazını 
Allahü təala qəbul etməz”. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” bir nəfə-
ri namaz qılarkən rükünü və səcdələri tam etmədiyini görüb, “Sən namazlarını bu 
cür qıldığın üçün Muhaməddin “aleyhissalətü vəssəlam”  dinindən başqa bir 
dində olaraq ölməkdən qorxmursanmı?” buyurdu. Yenə buyurdu ki“Sizlərdən 
biri namaz qılarkən rüküdən sonra tamam qalxıb dik durmadıqca namazı 
tam olmaz” Bir dəfə də buyurdu ki: “İki səcdə arasında dik oturmasanız nama-
zınız tam olmaz”. Bir gün Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” bir nəfə-
rin namaz qılarkən namazın əhkam və ərkanına riayət etmədiyini, rüküdən qalxan-
da dikəlib durmadığını və iki səcdə arasında oturmadığını görüb buyurdu ki, “Əgər 
namazlarını bu cür qılaraq ölsən, qiyamət günü sənə  mənim ümmətimdən 
deməzlər.”  Başqa bir yerdə də buyurdu ki“Bu hal üzrə ölsən, Muhammədin 
“aleyhissəlam” dinində olaraq ölməmiş olarsan.” Əbu Hüreyrə “radıyallahü anh” 
buyurdu ki, “Altmış il bütün namazlarını qılıb, lakin heç bir namazı qəbul olmayan 
adam, səcdələrini tam yerinə yetirməyən adamdır”. Zeyd ibni Vəhb “rahmətullahi 
təala aleyh” bir nəfərin namaz qılarkən və səcdələrini tam etmədiyini gördü. Yanı-
na çağırıb nə  qədər zamandır belə namaz qılırsan, dedi. Qırx ildir, deyəndə, sən 
qırx ildir namaz qılmamısan. Ölsən, Muhamməd Rəsulullahın “sallallahü aleyhi və 
səlləm” sünnəti (yəni dini) üzrə ölməzsən, dedi.  
Tabəraninin “rahmətullahi təala aleyh” “Əvsat”ında bildirilmişdir ki, bir mö-
min namazını gözəl olaraq qılar, səcdələrini tam yerinə yetirərsə, namaz sevinər və 


 108
nurlu olar. Mələklər o namazı göyə çıxardar. O namaz, namazı qılana yaxşı dualar 
edər və sən məni qüsurlu olmaqdan qoruduğun kimi Allahü təala da səni mühafizə 
etsin, deyər. Namaz gözəl qılınmazsa, qaralar, mələklər o namazdan iyrənər və 
göyə götürməzlər. O namaz, qılana pis dualar edər. Sən məni zay etdiyin, pis hala 
saldığın kimi Allahü təala da səni zay etsin, deyər. O halda namazları tam qılmağa 
çalışmalı, tadili-ərkana riayət etməli, səcdələri,  “Qavmə”ni (yəni rüküdən qalxıb 
dikəlmək) və “Cəlsə”ni (yəni iki səcdə arasında oturmaq) yaxşı etməlidir. Başqala-
rının da qüsurlarını görəndə onlara deməlidir. Din qardaşlarının namazlarını tam 
olaraq qılmalarına kömək etməlidir. Tumaninət (yəni üzvlərin artıq hərəkətlər et-
məməsi) və tadili-ərkana (bir dəfə sübhanallah deyəcək qədər hərəkətsiz durmaq) 
riayət olunmasına cığır açmalıdır. Müsəlmanların çoxusu bunlara riayət etmək şə-
rəfindən məhrum qalırlar. Bu nemət əldən çıxmışdır. Bu əməli meydana çıxartmaq 
çox mühümdür. Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” buyurdu ki, “Unu-
dulmuş bir sünnətimi meydana çıxarana yüz şəhid savabı veriləcək”. 
Camaat ilə namaz qılarkən sıraları düz tutmağa da diqqət etməlidir. Sıradan irə-
lidə və geridə durmamaq lazımdır. Hər kəs bir xətt boyunca durmalıdır. Peyğəmbə-
rimiz “sallallahü aleyhi və səlləm” əvvəl sıraları düzəldər, ondan sonra namaza durar-
dı.  “Sıraları düzəltmək namaz qılmağın bir parçasıdır” buyururdu. Ya Rəbb! 
Bizə sonsuz rəhmət xəzinəndən nəsib elə! Hamımızı döğru olan yoldan ayırma! 
_______________ 
 
Bir müsəlman dünyada əziz, axirətdə said (Cənnətlik) olmasını istəyirsə, bu 
üç  əxlaqa sahib olsun: Məxluqatdan heç bir şey gözləməmək, Müsəlmanları [və 
zimmi kafirləri, ölmüş olsalar da] qeybət etməmək, başqasının haqqı olan bir şeyi 
almamaq.  
 
 
NAMAZIN SİRRİ 
 
İmamı Rabbani “quddisə sirruh” “Məktubat” kitabının birinci cild, 304-cü 
məktubunda buyurur ki:  
Allahü təalaya həmd etdikdən və Peyğəmbərimizə “sallallahü aləyhi və 
səlləm” salavat gətirdikdən sonra əbədi səadətə qovuşmanıza dua edərim. Allahü 
təala, bir çox ayəti-kərimədə  əməli-saleh işləyən möminlərin Cənnətə girəcəklərini 
bildirir. Bu əməli-salehlər nələrdir, yaxşı işlərin hamısı, yoxsa bir neçəsi? Əgər, yaxşı 
şeylərin hamısı olsa, bunları kimsə edə bilməz. Bir neçəsi isə görən hansı yaxşı işlər 
istənilir? Nəhayət, Allahü təala lütf edərək belə bildirdi ki, əməli saleh, İslamın beş 
rüknü, dirəyidir. İslamın bu beş təməlini bir kimsə haqqı ilə qüsursuz yerinə yetirərsə, 
Cəhənnəmdən qurtulması qüvvətlə ümid edilir. Çünki bunlar əslində saleh işlər olub, 
insanı günahlardan və çirkin şeyləri etməkdən qoruyur. Belə ki, Qurani-Kərimdə, 
Ankəbut surəsi 45-ci ayətində, “Qüsursuz qılınan bir namaz insanı pis, çirkin 
işləri işləməkdən qoruyar” buyurulur. Bir insana İslamın beş  şərtini yerinə 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə