Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə47/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

 113
1. Namazda edilən hərəkətlər yavaş olduğundan qəlbi yormaz və günün müx-
təlif saatlarında olduğu üçün insanı davamlı dinc tutar.  
2. Gündə başını  səksən dəfə yerə qoyan bir kimsənin beyninə ritmik olaraq 
artıq qan çatar. Buna görə  də beyin hüceyrələri yaxşı qidalandığından hafizə  və 
şəxsiyyət pozğunluqlarına namaz qılanlarda daha az rastl gəlinir. Bu insanlar daha 
sağlam bir ömür keçirirlər. Bu gün tibdə “demans sanil” deyilən ağlını itirmə xəs-
təliyinə tutulmazlar.  
3. Namaz qılanların gözləri müntəzəm olaraq qalxdığı üçün daha qüvvətli qan 
dövranına malik olar. Bu səbəblə göz içi təzyiqində artma olmaz və gözün ön 
qismindəki mayenin davamlı dəyişməsi təmin edilmiş olar. Gözü “katarakt” və ya 
“qara su” xəstəliyindən qoruyar.  
4. Namaz qılmaqdakı izometrik hərəkətlər mədədəki qidaların yaxşı qarışma-
sına, ödün asan axmasına və bu səbəbdən öd kisəsində yığın etməməsinə, mədəaltı 
vəzidəki fermentlərin asan boşalmasına kömək etdiyi kimi, qəbzliyin aradan qaldı-
rılmasında da rolu böyükdür. Böyrəyin və sidik yollarının yaxşı çalxalanmasında, 
böyrəyə daşın düşməsinin qarşısının alınmasına və sidik kisəsinin boşalmasına da 
kömək edir.  
5. Beş vaxt qılınan namazdakı ritmik hərəkətlər, gündəlik həyatda hərəkət et-
məyən əzələ və oynaqları işlədərək, artroz və əhənglənmə kimi oynaq xəstəliklərini 
və əzələ tutulmalarının qarşısını alır.  
6. Bədənin sağlamlığı üçün təmizlik şübhəsiz lazımdır. Dəstəmaz və qüsl həm 
maddi, həm də mənəvi bir təmizlikdir. Məhz namaz təmizliyin əsl özüdür. Çünki 
həm bədəni, həm də ruhi təmizlik olmadan namaz olmaz. Dəstəmaz və qüsl bədə-
nin təmizliyini təmin edər. İbadət etmək vəzifəsini yerinə yetirən ruhən istirahət et-
miş, təmizlənmiş olar.  
7. Praktiki müalicədə müəyyən zamanlarda edilən bədən hərəkətləri çox mü-
hümdür. Namaz vaxtları qan dövranını təzələmək və tənəffüsü canlandırmaq üçün 
ən uyğun vaxtlardır.  
8.Yuxunu tənzim edən əsas şərt namazdır. Hətta vücudda toplanan statik (dur-
ğun) elektriklənmə, səcdə etməklə torpaqlanmış olur. Beləcə, vücud təkrar güm-
rahlığa qovuşur.  
Namazın bu faydalarına qovuşmaq üçün namazı vaxtında qılmaqla birlikdə 
təmizliyə, çox yeməməyə  və yeyilən qidaların təmiz, halal olmasına diqqət edil-
məsi də lazımdır.  
 
Kimsəyə baqi deyildir, mülkü dünya, sim və zər,  
Bir xarab olmuş könlü, təmir etməkdir hünər! 
 
 


 114
 
 
YEDDİNCİ BÖLMƏ 
 
 
NAMAZ İSQATI 
 
 
MEYİT ÜÇÜN İSQAT VƏ DÖVR 
 
 “Nur ül-izah” kitabında və “Tahtavi” haşiyəsində və “Haləbi” ilə “Dürr-
ül-muxtar” da namazların qəzası sonunda, “Müntəka”da, “Dürr-ül-müntəka-
da”, “Vikayə”də, “Dürər”də və “Cəvhərə”də və başqa qiymətli kitablarda oru-
cun sonunda vəsiyyət edən meyit üçün isqat və dövr etmək lazım olduğu qeyd 
edilmişdir. Məsələn: “Tahtavi” haşiyəsində deyilir ki, tutulmamış orucların fid-
yə verərək isqat edilməsi üçün nass (Ayəti-kərimə və Hədisi-şəriflər) vardır. Na-
maz orucdan daha mühüm olduğundan bir üzr ilə qılına bilinməyən və ya qılmaq 
istədiyi halda, ölümcül xəstəliyə tutulmuş birinin qəza etmədiyi namazlar üçün 
də orucda edildiyi kimi isqat etmək üçün alimlərin söz birliyi vardır. Namazın 
isqatı olmaz deyən cahildir. Çünki məzhəblərin sözbirliyinə qarşı  gəlmək 
deməkdir. Hədisi-şərifdə, “Bir kimsə başqası yerinə oruc tuta bilməz və na-
maz qıla bilməz. Lakin onun orucu və namazı üçün kasıbı doyura bilər” bu-
yuruldu.  Əhli-sünnət alimlərinin üstünlüklərini anlaya bilməyən və  məzhəb 
imamlarımızı da özləri kimi “xəyal ilə danışır” hesab edən bəzi kimsələrin, “İs-
lamda isqat və dövr yoxdur. İsqat xristianların günahları təmizləməyə bənzəyir” 
kimi şeylər söylədiklərini eşidirik. Onların bu kimi sözləri özlərini təhlükəyə at-
mışdır. Çünki Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” “Ümmətim dəlalət 
üzərində birləşməz” buyurmuşdur. Bu Hədisi-şərif müctəhidlərin söz birliyi ilə 
bildirdikləri  şeylərin,  əlbəttə, doğru olduqlarını göstərir. Onlara inanmayan bu 
Hədisi  şəriflərə inanmamış olur. İbni Abidin vitr namazını anladarkən “Dində 
zəruri olan, yəni cahillərin də bildikləri  «İcma» bilgilərinə inanmayan kimsə 
kafir olar” buyurur. “İcma” alimlərin söz birliyi deməkdir. İsqat günahları təmiz-
ləməyə necə bənzəyə bilər. Keşişlər günahları təmizləyirik deyərək insanları so-
yurlar. Halbuki İslamiyyətdə isqatı din adamları edə bilməz. İsqatı yalnız ölünün 
vəlisi edə bilər və pul din adamlarına deyil, kasıblara verilir.  
Bu gün hər yerdə isqat və dövr işləri İslamiyyətə uyğun edilməməkdədir. 
İslamiyyətdə isqat yoxdur deyənlər belə deməyib, bu gün edilməkdə olan isqat 
və dövrlər  İslamiyyətə uyğun deyil desəydi, çox gözəl olardı. Biz də onları 
dəstəkləyərdik. Belə desəydilər, həm qorxunc bir təhlükəyə düşməkdən 
qurtular, həm də İslamiyyətə xidmət etmiş olardılar. İsqat və dövrlərin dinimizə 
uyğun olaraq necə ediləcəyi aşağıda bildiriləcəkdir. İbni Abidin qəza namazları 
sonunda buyurur: 


 115
 Faitə namazları olan (yəni üzr ilə  qılmadığı namazlar nəzərdə tutulur) bu 
namazları ima ilə qılmağa gücü çatdığı halda, qılmayan, öləcəyi zaman kəffarə-
nin isqatı üçün vəsiyyət etməsi vacibdir. Qəza etməyə gücü çatmamışsa, vəsiyyət 
etməsi lazım olmaz. Ramazanı-şərif ayında oruc yeyən yolçu və ya xəstə qəza et-
mək üçün vaxt tapmayıb ölərsə, vəsiyyət etməsi lazım olmaz. Allahü təala bunla-
rın üzrlərini qəbul edər. Xəstənin kəffarələrinin isqatı öldükdən sonra vəlisi tərə-
findən yerinə yetirilir. Ölümündən əvvəl etmək olmaz. Sağ insanın özü üçün is-
qat etdirməsi caiz deyil. “Cila-ül kulub”da deyilir ki: “Üzərində Allahü təalanın 
haqqı və ya qul haqqı olan adamın iki şahid yanında vəsiyyətini söyləməsi və ya 
yazmış olduğu vəsiyyətini bunlara oxuması vacibdir. Üzərində haqq olmayanın 
vəsiyyət etməsi müstəhəbdir. 
Kəffarə isqatı üçün vəsiyyət edən meyitin vəlisi, yəni mirasını yerlərinə sərf 
etmək üçün vəsiyyət etdiyi adam və varisi olan kimsə mirasın üçdə birindən hər bir 
vaxt namaz üçün və vitr namazı üçün və qəza edilməsi lazım olan bir günlük oruc 
üçün bir fitrə miqdarı, yəni yarım “sa” (beş yüz iyirmi dirhəm və ya min yeddi yüz 
əlli qram) buğdanı kasıblara (yaxud kasıbların nümayəndələrinə) fidyə verir.  
Kəffarə isqatı üçün vəsiyyət etməmişsə, varisin kəffarə isqatı etməsi hənəfi 
məzhəbində lazım olmaz. Şafi məzhəbində vəsiyyət etməsə də, varisin isqat et-
məsi lazımdır. Qul haqqını vəsiyyət olmasa da ölənin buraxdığı malından varisi-
nin ödəməsi Hənəfi məzhəbində də lazımdır. Hətta borc verənlər mirası ələ keçi-
rən kimi məhkəməsiz götürə bilərlər. Qəzaya qalan orucların fidyəsini, yəni mal 
ilə ödənilməsini vəsiyyət etdisə, bunu yerinə yetirmək vacibdir. Çünki İslamiyyət 
əmr etməkdədir. Vəsiyyət etmədisə, namaz fidyəsini vermək vacid deyil caiz 
olur. Bu son ikisi qəbul olmazsa, heç olmazsa sədəqə savabı hasil olub günahla-
rın təmizlənməsinə kömək edər. İmamı Muhamməd belə buyurmuşdur. Məcma-
ul  ənhür-də deyilir ki, nəfsinə və şeytana uyaraq namazını qılmamış, ömrünün 
sonuna doğru buna peşman (olub qılmağa və qəza etməyə başlamış) olanın qəza 
etmədiyi namazlarının isqatının edilməsi üçün vəsiyyət etməsi caiz olmaz deyil-
disə də, bunun caiz olduğu Müstəsfa-da yazılmışdır.  
Cila-ül-kulub-da deyilir ki, qul haqları, ödənilməli borclar, əmanət, qəsb, 
oğurlamaq, ödəniş və bey səbəbi ilə verilənlər, döymək, yaralamaq, haqsız olaraq 
işlətmək kimi bədən haqları  və söymək, məsxərəyə qoymaq, qeybət kimi qəlb 
haqlarıdır.  
Vəsiyyət edən ölənin malının üçdə biri isqat etməyə kifayət edirsə, varisin 
bu mal ilə fidyə verməsi lazımdır. Kifayət etmirsə, varisin üçdə birindən 
artığını qarşılıqlı hədiyyə etməsinin icazə verilməsi Fəth-ul Kadir-də yazılıdır. 
Bunun kimi fərz olan həccin yerinə yetirilməsi üçün vəsiyyət etsə, varisi və ya 
başqa biri həcc pulunu hədiyə verməsinə icazə yoxdur. Ölümündən  əvvəl 
vəsiyyət edə bilməsə, varisi öz pulu ilə isqat etsə  və ya həccə getsə, ölənin 
borcu ödənmiş olar. Varisdən başqasının pulundan icazə yoxdur deyənlər varsa 
da,  “Dürr-ül-Muxtar”  və  “Mərakıl-fəlah”  və  “Cila-ül-kulub”  kitablarının 
sahibləri olar, dedilər.  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə