Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə46/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

 111
Ramazanı-Şərif ayında Allahü təala əmr etdiyi üçün sevə-sevə oruc tutmalıdır. 
Bu aclığı və susuzluğu səadət bilməlidir.  
İslamın binası beşdir. Birincisi“Əşhədü ən-ləə-iləhə illəllah və əşhədü ənnə 
Muhammədən abdühü və Rəsulühü” demək və bunun mənasının bilmək və inan-
maqdır. Buna “Kəlimeyi-şəhadət” deyilir. Dördü də namaz, zəkat, oruc və hacdır. 
Bu beş əsasdan biri pozularsa, islamiyyət də pozulmuş olar. Etiqadı düzəltdikdən və 
islamiyyətə tabe olduqdan sonra Sofiyyəi-aliyyənin yolunda irəlləmək lazımdır. 
Allahü təalanın mərifəti bu yolda hasil olur və nəfsin arzularından qurtulmaq nəsib 
olur. Sahibini tanımayan adam necə yaşaya bilər, necə rahat ola bilər. Yəni, Allahü 
təaladan başqa hər şeyi unutmaq lazımdır. Özünü var bilən adam mərifətə qovuşa 
bilməz. “Fəna” (Allahü təaladan başqa hər çeyi unutmaq, özünü yox görmək) və 
“Bəqa” (Allahü təalanın sonsuz olması, heç yox olmaması) vicdanda, qəlbdə hasil 
olan şeylərdir. İzah etməklə başa düşülməz. Mərifət nemətinə qovuşmayanın bunu 
daimə axtarması lazımdır. Təhqiri əmr olunan və müvəqqəti olan bir şeyin təmiri ilə 
məşğul olmamalıdır.  
 
 
NAMAZDAN SONRA DUA 
 
Əlhamdülillahi Rabbilaləmin. Əssalatü vəssəlamü alə Rəsulina Muhammədin 
və Alihi və Sahbihi əcmain. Ya Rəbb! Qıldığım namazı qəbul et! Axır və aqibətimi 
xeyirli et. Son nəfəsimdə Kəlmeyi-təvhid söyləməmi nəsib et. Ölmüşlərimi əfv və 
məğfirət et. Allahümməğfir vərham və əntə xayrurrahimin. Təvəffənni müslimən 
və əlhıkni bissalihin. Allahümməğfir-li və li-validəyyə və li-üstaziyyə və lilmümi-
ninə vəl müminat yəvmə yəqumül hısab. Ya Rəbb! Məni şeytan şərindən və düş-
mən şərindən və nəfsi əmmarəmin şərindən mühafizə et! Evimizə yaxşılıqlar, halal 
və xeyirli ruzilər ehsan et! Əhli islama salamat ehsan et! Adayi müslimini qahr və 
pərisan et! Kafirlərlə cihad etməkdə olan müsəlmanlara imdadi ilahiyyən ilə imdad 
et! Allahümmə innəkə afüvvün kərimün tuhibbül əfvə fafü anni. Ya Rəbb! Xəstələ-
rimizə  şəfa, dərdli olanlarımıza dəva ehsan et! Allahümmə inni əsəlükəssıhhatə 
vəl-afiyətə vəl-əmanətə və hüsnəlhulki vərridaə bilqadəri bi-rəhmətikə ya ərhamər-
rahimin. Anama, atama, övladlarıma, əqrəba və dostlarıma, bütün din qardaşlarıma 
xeyirli ömürlər, hüsni hulk, ağlı səlim, səhhət və afiyət, rüşdü hidayət və istiqamət 
ehsan et ya Rəbb! Amin. Vəlhamdü-lillahi rabbilaləmin. Allahümmə salli ala..., 
Allahümmə barik ala..., Allahümmə Rabbəna atina... Vəlhəmdü lillahi Rabbilalə-
min.  Əstağfirullah,  əstağfirullah,  əstağfirullah,  əstağfirullahəlazim  əlkərim  əlləzi 
lə-ilahə illa huv əl-hayyəl-qayyumə və ətubü iləyh.  
 
İZAH: “DUANIN QƏBUL OLMASI ÜÇÜN ŞƏRTLƏR”: 
1. Müsəlman olmaq.  
2.  Əhli-sünnət etiqadında olmaq. Bunun üçün dörd məzhəbdən birini təqlid 
etmək lazımdır.  


 112
3. Fərzləri yerinə yetirmək. Qəzaya qalmış namazları gecələri də və sünnətlər 
yerinə də qəza edərək bir an əvvəl ödəməlidir.  
Fərz namazı  qəzaya qalan kimsənin sünnət və nafilə namazları  və duaları 
qəbul olmaz. Yəni səhih olsa da, savab verilməz.  Şeytan müsəlmanları aldatmaq 
üçün fərzləri əhəmiyyətsiz göstərib, sünnət və nafilələri etməyə sövq edər. Namazı 
vaxtın gəldiyini bilərək və vaxtın əvvəldə qılmalıdır.  
4. Haramdan çəkinməlidir. Halal yeyənin duası məqbuldur.  
5. Övliyayi-kiramdan birini vəsilə edərək, dua etməlidir. Hindistan alimlərin-
dən Muhamməd bin Əhməd Zahid, “Tərgib-üs-salat”  kitabının 54-cü fəslində, 
farsca olaraq deyir ki, Hədisi-şərifdə «Duanın qəbul olması üçün iki şey lazım-
dır: Birincisi, duanı ixlas ilə etməlidir.  İkincisi, yediyi və geyindiyi halaldan 
olmalıdır. Möminın otağında haramdan bir ip varsa, bu otaqda etdiyi duası 
heç qəbul olmaz» buyuruldu. İxlas, Allahü təaladan başqa heç bir şey düşünmə-
yib, yalnız Allahü təaladan istəməkdir. Bunun üçün Əhli-sünnət alimlərinin bildir-
dikləri kimi iman etmək və əhkami islamiyyəyə tabe olmaq, xüsusilə üzərində qul 
haqqı olmamaq və beş vaxt namazı qılmaq lazımdır.  
 
 
TƏCDİDİ-İMAN DUASI 
 
Ya Rəbb! Həddi-büluğumdan bu ana gələnə qədər islam düşmənlərinə və bidət 
əhlinə aldanaraq qəbul etdiyim səhv, düzgün olmayan etiqadlarıma və bidət, fisq 
olan söylədiklərimə, dinlədiklərimə, gördüklərimə  və  işlədiklərimə nadim oldum, 
peşman oldum, bir daha belə səhv inanmamağa və etməməyə əzm, cəzm və qəsd 
etdim. Peyğəmbərlərin  əvvəli Adəm-əleyhissəlam və axırı bizim sevgili Peyğəm-
bərimiz Muhamməd-əleyhissəlamdır. Bu iki Peyğəmbərə  və ikisi arasında gəlmiş 
keçmiş Peyğəmbərlərin cümləsinə iman etdim. Hamısı haqdır, sadiqdir. Bildirdik-
ləri doğrudur. Aməntü billah və bi-ma caə min indillah, ala muradillah, və aməntü 
bi-Rəsulillah və bi-ma caə min indi Rəsulillah ala muradi Rəsulillah, aməntü billahi 
və  Məlaikətihi və kütübihi və Rüsülihi vəlyəvmil-axiri və bilqadəri xayrihi və 
şərrihi minallahü Təala vəl-basü badəlməvti haqqun əşhədü ən la ilahə illallahü və 
əşhədü ənnə Muhammədən abdühu və rasulüh.  
 
 
NAMAZIN HİKMƏTLƏRİ “Namaz və sağlığımız” 
 
Müsəlman namazı Allahü təalanın əmri olduğu üçün qılar. Rəbbimizin əmrlə-
rində bir çox hikmət, fayda vardır. Qadağanlarında da bir çox zərərlərin olduğu 
şübhəsizdir. Bu fayda və zərərlərin bir qismini bu gün tibb mütəxəssisləri sübut et-
mişlər. İslamiyyətin sağlığa verdiyi qiyməti heç bir din və düşüncə verməmişdir. 
Dinimiz ibadətlərin ən üstünü olan namazı ömrümüzün sonuna qədər qılmağı əmr 
etmişdir. Namaz qılan sağlıq üçün olan faydalarına da əlbəttə qovuşur. Namazın 
sağlıq tərəfdən təmin etdiyi faydalardan bəziləri bunlardır:  


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə