Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   ...   11   12   13   14   15   16   17   18   19

 

44 


 

larımıza  qayıdacağıq”,  “Tariхi  rоmanlarımız”,  “Kоmеdiyalar 

aləmində”,  “Pоеziya  dünyası”,  “Satira  güzgüsündə”,  “Macəra 

ustaları” və s. başlıqlarla sərgilər təşkil etmək olar. 

Mövzuların  müxtəlifliyinə  görə  sərgiləri  aşağıdakı  kimi 

qruplaşdırmaq olar: 

1.

 

Yeni daxil olan ədəbiyyatın universal sərgiləri



2.

 

Beynəlxalq və ölkə daxilində baş verən mühüm hadi-



sələrə həsr edilmiş mövzu sərgiləri

3.

 



Əlamətdar  və  tarixi  günlərə  həsr  edilmiş  mövzu  sər-

giləri; 


4.

 

Sosial problemlərə həsr olunmuş mövzu sərgiləri



5.

 

Ölkəşünaslıq xarakterli sərgilər (ildə 1 dəfə) və s. 



Mövzuya  müvafiq  olaraq  eyni  zamanda  mövzunun  tam 

əhatə olunması üçün jurnal və qəzet məqalələrindən də kifayət 

qədər  istifadə  olunmalıdır.  Mövzu  ilə  əlaqədar  tövsiyə 

olunması vacib sayılan hər hansı jurnal və ya qəzet məqalələri 

sərgidə iki formada 1) məqalələr dərc olunan səhifələri sərgiyə 

açıq  şəkildə  düzmək  2)  məqalələrin  təsvirini  kartoçkaya 

köçürüb  jurnalın  və  qəzetin  üstünə  bərkitməklə  nümayiş 

etdirmək olar. Bu qayda məqalələr məcmuəsində dərc olunmuş 

hər hansı məqalənin tövsiyəsi zamanı da tətbiq edilə bilər. 

Yеni  kitabların  sərgisi  kitabхanaya  yеni  daхil  оlmuş 

nəşrlər haqqında müntəzəm  məlumat vеrmək məqsədi daşıyır. 

Yеni alınmış kitablar sərgidə müəyyən qaydada şöbələrə görə: 

təbiət  elmləri,  kənd  təsərrüfatı,  ictimai-siyasi  elmlər,  bədii 

ədəbiyyat və s. qоyulmalıdır. 

Sərgiləri  yalnız  yeni  kitablarla  məhdudlaşdırmaq  olmaz. 

Hər bir kitabxanada külli  miqdarda kitablar var  ki,  onlar haq-

qında  məlumat  pis  təşkil  edildiyindən  oxucuların  onlardan 

xəbəri  yoxdur. Belə kitabları  təbliğ etmək üçün  müxtəlif bilik 

sahələri üzrə “Unudulmuş kitablar” və ya “Bu kitabları oxu-



yun!” başlığı altında sərgilər təşkil etmək məqsədəuyğundur.  


 

45 


 

Sosial  problemli  sərgilər  cəmiyyətin  sosial  problem-

lərinə (məsələn, ekologiyaya, narkomaniyaya, millətçiliyə və s. 

məsələlərə)  həsr  olunur  və  kitabxanaların  maarifləndirici 

fəaliyyətini tələb edir. 

Sərgilər  oxuculara  müəyyən  məsələlərin  öyrənilməsində 

kömək edir. Dərs vəsaitləri və dərsliklərdən fərqli olaraq sərgi-

lər  informasiyaları  kompleks  şəkildə  təsvir  edir.  Sərgi  fəaliy-

yəti  ilə  məşğul  olan  kitabxanaçılardan  -  müasir  forma  və  me-

todlardan,  kompyuter  texnologiyalarından  istifadə  bacarığı, 

pedaqoji,  layihələşdirmə  və  modelləşdirmə  təcrübəsi  tələb 

olunur. 

Kitabxanalar  və  kitabxanaçılar  ölkənin  (regionun)  tarixi 

və  mədəni  təcrübələrinin  toplandığı  xəzinənin  qoruyucuları 

kimi  ölkə  sakinlərinin  elmi  dünyagörüşünün,  siyasi  şüurunun 

formalaşmasında  vacib  rol  oynayırlar.  Onların  fəaliyyətinin 

məqsədi  yalnız  ölkəşünaslığı  (diyarşünaslığı)  əks  etdirən 

sənədlərin  kütlələr  arasında  yayılması  deyil,  həm  də  sərgilər, 

reklamlar  vasitəsilə  fondlarının  ölkəşünaslıq  (diyarşünaslıq) 

ədəbiyyatının  açılması  və  oxucularla  mədəni-maarif  işinin  də 

aparılmasıdır. 

Beləliklə,  kitabxanaların  ölkəşünaslıq  fəaliyyətinin  məq-

sədi, ölkənin tarixini, mədəniyyətini öyrənmək və ölkəşünaslıq 

biliyini təbliğ etməkdir. Bu fəaliyyətin səmərəli nəticə verməsi 

üçün kitabxananın  saytında ölkənin tarixinə və mədəniyyətinə 

aid  tarixi-ölkəşünaslıq  sənəd  (məlumat)  bazasının  yaradılması 

vacibdir. 

Ölkəşünaslıq (diyarşünaslıq) kitabxana sərgisi – kitabxa-

nada  olan  kitab  və  başqa  informasiya  daşıyıcılarının  daha  çox 

effektli,  kəsərli  formada  əyani  təqdimetmə  növüdür.  Ölkəşü-

naslıq  (diyarşünaslıq)  kitab  sərgiləri  öz  məzmununa,  oxucu 

sahələrinə  görə  müxtəlifdir:  həmişə  fəaliyyət  göstərən, 

universal  mövzulu,  məşhur  və  yaddaqalan  tarixlərə  aid,  yeni 

daxil olan materialların sərgisi. 



 

46 


 

Ölkəşünaslıq  (diyarşünaslıq)  kitabxana  sərgilərinin  əsas 

funksiyaları bunlardır: 

- dərketmə funksiyası - oxuculara öz diyarlarının tarixi və 

mədəniyyəti haqqında biliklərə yiyələnmək imkanlarını təqdim 

etməsi; 


- informasiya funksiyası - müxtəlif qrup və müxtəlif kate-

qoriyalı  oxucular  üçün  ölkəşünaslıq  fondlarının  üzə  çıxarıl-

ması; 

- kommutativ (əlaqə) funksiyası - mövzu sərgiləri vasitə-



silə  mədəni  təcrübələrin  və  ənənələrin  varisliyinin  təmsil  edil-

məsi; 


-  adaptasiya  (uyğunlaşma)  funksiyası  -  ölkəşünaslıq 

(diyarşünaslıq)  informasiyasına  dair  lazımi,  maksimum  əyani 

axtarışların təmin edilməsi. 

Ölkəşünaslıq (diyarşünaslıq) xarakterli sərgilər bir qayda 

olaraq  daimi  fəaliyyət  göstərən  sərgilərdir  ki,  onlar  vətən-

pərvərlik  tərbiyəsi  və  istifadəçilərin  ekoloji  maarifləndirilməsi 

çərçivəsində realizə olunur. 

Qеyd  еdək  ki,  kitabхanalarda  təşkil  еdilən  hərbi  vətən-

pərvərlik məzmunlu sərgilərdə müharibə mövzusunda yazılmış 

bədii, publisistik kitablarla yanaşı, müхtəlif qəzеt və jurnal ma-

terialları da əks еtdirilir ki, bu da həmin sərginin əhəmiyyətini 

хеyli artırır. 

Azərbaycan Respublikasının qlobal informasiya mühitinə 

daxil olması cəmiyyətin informasiya təminatını həyata keçirən 

kitabxanaların  fəaliyyətində  əsaslı  islahatlar  aparılması  üçün 

geniş  imkanlar  açmışdır.  Elə  buna  görə  də  indi  kitabxanada 

xidmətlər təkmilləşdirilir, fondlar müasir informasiya daşıyıcı-

ları  ilə  zənginləşdirilir,  elektron  məlumat  bankları  yaradılır, 

kitabxanaların  maddi-texniki  bazasının  möhkəmləndirilməsi 

üçün tədbirlər görülür. 

Müasir  cəmiyyətdə  elm  və  texnikanın  sürətlə  inkişaf 

etməsi onun bütün fəaliyyət sahələrinə tətbiqini tələb edir. Bu 




Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə