Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

 

34 


 

Kitab sərgiləri yalnız burada nümayiş etdirilən kitabların 

məzmununa görə deyil, eyni zamanda məqsədinə görə – tədris 

prosesinə  və  şəxsi  təhsilə  kömək  məqsədi  daşıyan  sərgilər; 

müddətinə görə – daimi, uzun müddətli və müvəqqəti sərgilər; 

ədəbiyyatın nəşr tipinə və növünə görə – kitab sərgiləri, qəzet 

və jurnal sərgiləri, not sərgiləri, patent sərgisi və s. təşkil edilə 

bilər. 


Kitab sərgisi üzərində iş metodikası mövzunun müəyyən 

edilməsi və öyrənilməsi, planın tərtibi, materialın seçilməsi və 

tərtibatından ibarətdir. 

Hər hansı bir kitab sərgisi aşağıdakı qaydada tərtib еdilir: 

Sərginin  ümumi  başlığı  və  yarımbaşlıq,  tövsiyə  оlunan  ədə-

biyyat,  sitat  (mövzu  haqqında  izahlı  mətnlər)  və  şəkil  (foto 

illüstrasiyalar). 

Ümumi  başlıq  sərginin  mövzusunu  müəyyən  еdir  və 

оnun  əsas  məzmununu  aydınlaşdırır.  Sərginin  sərlövhəsi 

müəyyənləşdirildikdən  sonra  burada  əks  etdirilməsi  lazım  gə-

lən məsələləri dəqiqləşdirmək lazımdır. Həmin məsələlər sərgi-

də  bölmə  və  yarımbölmələr  şəklində  verilməlidir.  Bölmələrin 

və  yarımbölmələrin  sərlövhələri  dəqiq  seçilməli,  bölmənin 

məzmunu aydın əks etdirilməlidir. 

Sərginin daxili bölmələrinin məzmunu və ardıcıllıq möv-

zunun  xarakterindən  asılıdır.  Sərgidə  materialların  yerləşdiril-

məsi  müxtəlif  prinsiplərə  əsaslana  bilər:  tematik,  xronoloji, 

coğrafi və materialların mürəkkəbliyi dərəcəsi prinsipi. Bu ma-

terialların sərgidə yerləşdirilməsi daxili məntiqə əsaslanmalıdır. 

Hər şeydən əvvəl kitabxanaçı  ədəbiyyatın düzülüşündə iki cə-

həti nəzərə almalıdır: 

a) çap əsərlərinin əhəmiyyətini və elmi dəyərini

b)  sərgidə  mövzunun  ayrı-ayrı  məsələlərinin  əks  etdiril-

məsi ardıcılığını. 

Kitab sərgilərinin tərtibatında həm  də simmetriya gözlə-

nilməlidir.  Eyni  zamanda  sərgidə  çap  əsərlərinin,  şəkillərin  və 




 

35 


 

lazımi mətnlərin yerləşdirilməsində müəyyən məna ifadə olun-

malıdır. 

Sərgidə materialların düzülüşündə simmetriyadan danışı-

larkən qeyd olunmalıdır ki, burada nümayış etdirilən kitabların 

ölçüsü, onların cildlərinin rəngi, şəkillərin məzmunu, qarşılıqlı 

münasibəti və s. nəzərə alınmalıdır. Çünki kütləvi təbliğat məq-

sədilə nümayiş etdirilən hər hansı əşya və predmet təkcə zahiri 

parlaqlığı ilə deyil, eyni zamanda özünün simmmetriyası, məna 

ifadə etməsi və estetik təsiri ilə diqqəti cəlb edir. Ona görə də 

sərgidə eyni rəngli, eyni ölçülü kitabların, həmçinin oxşar məz-

munlu  və  eyni  ölçülü  şəkillərin  yanaşı  düzülməsi  məqsədəuy-

ğun  deyildir.  Əlbəttə,  burada  ölçünün  və  rənglərin  nümayiş 

etdirilməsi nəzərdə tutulmur. 

Nümunə üçün sərgi  

 

Başlıq: Azərbaycan –doğma diyar 

 

Sitat:  Bizim  hamımızın  bir  vətəni  var:  Bu  Azərbaycan 

dövlətidir.  Azərbaycanlı  hər  yerdə  yaşaya  bilər,  ancaq 

azərbaycanlılığını,  öz  dilini,  dinini,  milli  ənənələrini  unutma-

malıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. 

 

Heydər Əliyev,  

ümummilli lider 

  

Sərgidə  Azərbaycan  xəritəsi  və  münasib  bir  şəkil 

yerləşdirmək olar. 

1.

 



Azərbaycanda  dövlətçilik  və  onun  rəmzləri  [Mətn].-

Bakı, 2000.-75 s. 

2.

 

Azərbaycan  Respublikasının  Konstitusiyası  [Mətn].- 



Bakı: Qanun, 2001.- 48 s. 

3.

 



Azərtürk,  T.  XXI  əsr  və  bütöv  Azərbaycan  [Mətn] 

/T.Azərtürk, U.Əlizadə.- SİETL, 2001.-143 s. 




 

36 


 

5.

 



Boran,  Ə.  Xocalı  soyqırımı  [Mətn]  /Ə.Boran.-  Bakı: 

Azərnəşr, 2008.- 223 s. 

6.

 

Bünyadov,  Z.  Azərbaycan  VII-IX  əsrlərdə  [Mətn] 



/Z.Bünyadov.- Bakı: Şərq-Qərb, 2007.- 422 s. 

7.

 



Erməni vəhşilikləri [Mətn]: (1905-1906-1918-1920).- 

Bakı, 2009.- 54 s. 

8.

 

Toğan,  Ə.Z.V.  Azərbaycan  [Mətn]  /Əhməd  Zəki 



Validi Toğan.- Bakı: Ocaq, 2007.- 88 s. 

8.

 



Əliyev,  H.  Biz  Azərbaycan  ərazisində  ikinci  bir 

erməni  dövlətinin  yaradılmasına  yol  verə  bilmərik  [Mətn] 

/Heydər Əliyev.- Bakı: Əbilov, Zeynalov və oğulları, 2006. 

10.


 

Qarabağ:  real  tarix,  faktlar,  sənədlər  [Mətn].-  Bakı: 

Təhsil, 2005.- 373 s. 

2.

 



Vəliyev,  A.  Azərbaycan  Avropa  Şurası  [Mətn]: 

Demokratiya  və  insan  huquqları  sahəsində  əməkdaşlıq 

/A.Vəliyev.- Bakı, 2006.-135 s. 

 

I Bölmə: Heydər Əliyev millətin xilaskarı və dayağı 



 

Sitat:  Bu  gün  Azərbaycan  həqiqəti  adlı  bir  ruzigar 

dünyanın  ən  yüksək  kürsülərində  əsirsə,  bu  məhz  Heydər 

Əliyevin  yenilməz  iradəsinin,  gərgin  əməyinin,  müdrik 

siyasətinin bəhrəsidir. 



İlhan Aşqın,  

Hollandiyanın Azərbaycan-Türk Kültür  

Dərnəyinin rəhbəri 

 

1.

 



Abdullayev, Ə. Dünya şöhrətli dövlət xadimi: Heydər 

Əliyev  [Mətn]  /Ə.Abdullayev.-  Bakı:  İqtisad  Universiteti, 

2005.- 250 s. 

2.

 



Axundova,  E.  Heydər  Əliyev:  şəxsiyyət  və  zaman 

[Mətn] /E.Axundova.- Bakı: Ozan, 2007.- 352 s. 




Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə