Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   ...   11   12   13   14   15   16   17   18   19

 

61 


 

Oxucu  gunu  –  Artıq  bir  neçə  ildir  ki,  M.F.Axundov 

adına Azərbaycan Milli Kitabxanasında kitabxananın rəhbərliyi 

tərəfindən  media  nümayəndələrinin  iştirakı  ilə  “Oxucu  gunu” 

adlı kompleks tədbir keçirilir. Tədbirdə “Anket-Sorğu”, “Arzu 

və təkliflər”, “Bu gün kitabxana sizin tələbatınıza cavab verir-

mi?” adlı müxtəlif tip aktual sorğular, oxucularla görüşlər, dis-

kusiyalar  keçirilir.  Tədbirin  materialları  kitabxananın  “Kitab-

xanaşünaslıq  elmi  tədqiqat”  şöbəsi  tərəfindən  hazırlanır. 

Keçirilən  bu  tədbirin  əsas  məqsədi  və  tədqiqat  obyekti  ki-

tabxana üçün ən ümdə məsələlərdən olan oxucu marağı, oxucu 

fikri,  oxucunun  kitabxanaya  münasibəti,  kitabxananın  kataloq 

və kartoteka sistemindən istifadə səviyyəsi, elektron kitabxana 

və elektron kataloqun səmərəliliyinə təsir edən amillərin öyrə-

nilməsi, kitabxana saytından istifadə kimi məsələlərin aydınlaş-

dırılmasıdır. Tədbirin sonunda kitabxana rəhbərliyi yəni direk-

tor, direktor müavinləri  və oxucularla birbaşa  əlaqəsi  olan şö-

bələrin müdirləri oxucularla  görüş keçirir. Görüşdə kitabxana-

nın  qocaman  oxucuları  ilə  yanaşı  gənclər  də  yaxından  iştirak 

edərək,  öz  iradlarını,  arzularını,  rəy  və  təkliflərini  bildirirlər. 

Oxucuların arzuları, iradları, onları narahat edən bütün suallar, 

təkliflər dinlənilir, müzakirə olunaraq cavablandırılır. 

Bu  məqsədlə  kitabxananın  birinci  mərtəbəsində  “Sizin 

fikriniz bizim üçün dəyərlidir” adlı xüsusi qutu qoymaq məqsə-

dəuyğun olardı. Oxucular öz rəy və təkliflərini,  narazılıqlarını 

yazıb  bu  qutuya  atırlar.  Kitabxana  əməkdaşlarının  oxuculara 

göstərdiyi  xidmətin  nə  dərəcədə  qənaətbəxş  olması  həmin 

məktublar vasitəsilə müəyyən edilir.  

Kitab təbliğinin formalarından biri də “Kitab günü”dür. 

Kitabxana  “Kitab  günü”  təşkil  etməkdə  müəyyən  sahə  üzrə 

ədəbiyyatı təbliğ etmək və ona marağı artırmaq məqsədi güdür. 

Bu məqsədlə sərgi açılır, kitab rəflərinə sərbəst yanaşma, kitab 

haqqında söhbətlər və s. təşkil edilir. 




 

62 


 

Kompleks tədbirlərin hazırlanmasında və təşkilində həm 

kütləvi  kitabxanaların,  həm  də  MKS-lərin,  demək  olar  ki, 

bütün  struktur  bölmələri  iştirak  edir  ki,  bu  da  kitabxananın 

(MKS-in)  əməkdaşlarının  yaradıcı  potensialını  realizə  etməyə 

və  kitabxananın  (MKS-in)  informasiya  potensialını  açmağa 

imkan verir.  

 

                     




 

63 


 

Mətbuat (çap) təbliğatının formaları 

 

Охucular arasında bədii  ədəbiyyat təbliğinin fоrmaların-



dan biri də mətbuat (çap) təbliğatı və təşviqatıdır ki, müхtəlif 

kitablara  və  mütaliəyə  həsr  оlunan  bu  fоrmadan,  nədənsə  оl-

duqca az istifadə еdilir. Mətbuat (çap) təbliğatı fоrmasının mət-

buat  vasitəsi  ilə  (qəzеt,  jurnal,  bülleten,  kitabça,  kitab)  yayıl-

ması üsulu daha faydalı оlsa da, kitabхanalarda оnun təşkilinə 

az-az  rast  gəlmək  olur.  Bundan  başqa,  hazırkı  şəraitdə  kitab-

xanaların  çap  imkanlarının  həddindən  artıq  zəiflədiyi  bir  za-

manda  ayrı-ayrı  görkəmli  şair  və  yazıçıların  yaradıcılığına, 

müxtəlif bədii ədəbiyyat nümunələrinə həsr olunmuş kiçik for-

malı  nəşrlər,  kiçik  tövsiyə  biblioqrafik  göstəriciləri,  çap 

plakatları,  kitab  əlfəcinləri,  soraq  kitabçaları  və  s.  hazırlamaq 

mümkun  deyil.  Ona  görə  də  bədii  ədəbiyyatın  təbliği  zamanı 

təsadüfi hallarda bu üsullara rast gəlmək olur. 

Oxucularda  vətənpərvərlik  hisslərinin  aşılanmasında, 

milli-mənəvi  dəyərlərimizin  qorunmasında  mətbuat  əsərlərinin 

imkanlarını daha yaxşı reallaşdırmaq üçün ədəbiyyatı və dövri 

mətbuat  əsərlərinin  təbliğat  işini  daim  yaxşılaşdırmaq,  onların 

hər bir ailəyə ən asan yolla çatmasına kömək etmək lazımdır. 

Dövri  mətbuat  materiallarının  təbliğinin  ən  geniş  yayıl-

mış forması qəzet vitrinidir. Vitrinlərdə təzə qəzetləri asmaqla 

kifayətlənməyib,  dərc  edilmiş  mühüm  materialları  oxucuların 

diqqətinə çatdırmaq lazımdır. 

Qəzetlərlə  yanaşı jurnallarla da böyük iş aparmaq olar. 

Onları  müntəzəm  oxumaq  müəyyən  dərəcədə  oxucuda  elm, 

texnika,  ədəbiyyat,  incəsənət  və  başqa  sahələrə  dərin  maraq 

yaradır. Jurnallarla, əsas etibarilə kitabxananın qiraət zalında iş 

aparılır. Oxuculara jurnallar və  onlara daxil edilmiş məqalələr 

haqqında məlumat plakatlar, habelə jurnal məqalələrinin əlifba 

və  ya  sistemli  annotasiyalı  kartotekası  vasitəsilə  verilir.  Yeni 

jurnalların  təbliği  xüsusi  vitrinlər  vasitəsilə  təşkil  edilir. 




 

64 


 

Oxucular qarşısında jurnalın məzmununu açmaq və onları ayrı-

ayrı məqalələrlə maraqlandırmaq məqsədilə kitabxana “Jurnal-

da nə oxumalı” başlığı altında xüsusi plakat və ya lövhə hazır-

layır. Burada jurnal vərəqələrinin arasına “Oxunması məsləhət 

görulur”,  “Maraqlı məqalə” və s.  yazılmış əlfəcinlər qoyurlar, 

ya da həmin səhifəni açıq nümayiş etdirirlər ki, tövsiyə edilən 

məqaləni oxucu görə bilsin. 

Mətbuat  (çap)  təbliğatı  vasitələri  hər  zaman  охucuların 

köməyinə  çatır.  Kitabxanaçı  охucularla  fərdi  iş  apararkən, 

kitabхananın  işi  haqqında  məlumat  vеrərkən  və  kitab  tövsiyə 

еdərkən özünün şifahi söhbətinə əlavə оlaraq охucuya çap ma-

tеrialı da təqdim еdir. Mətbuat (çap) təbliğatı vasitələri həm ki-

tabların əyani təbliğatı zamanı sərgiləri tamamlayır, həm də ya-

zıçılara və kitablara həsr оlunmuş gеcələrin, kitab icmallarının 

təşkili zamanı şifahi-kütləvi işdə istifadə еdilir. 

                                       

 

                                           




 

65 


 

NƏTİCƏ 

 

Hazırkı  şəraitdə  kitabxanaçının  başlıca  vəzifəsi  kitabxa-

nada  keçirilən  kütləvi  tədbirləri  sistemli  şəkildə  istiqamətlən-

dirmək,  oxucuların  mütaliə  mədəniyyəti  və  bilik  dairəsinin 

genişlənməsinə səy göstərməkdən ibarətdir. Bu vəzifələrin  ye-

rinə yetirilməsində aşağıdakılara xüsusi diqqət etmək lazımdır: 

oxucuları  müntəzəm  olaraq  oxu  üçün  seçilmiş  kitablarla  tanış 

etmək;  kitabların  təbliğini  kütləvi  tədbirlər  vasitəsilə  təşkil 

etmək. 

Kitabxanada  kitabların  tövsiyə  olunması  və  mütaliənin 



təşkili  sahəsində  oxucuların  yaş  və  fərdi  xüsusiyyətlərinə  və 

tövsiyə olunan kitabın  xüsusiyyətlərinə uyğun olaraq müxtəlif 

üsul və metodlar tətbiq edilir. 

Hər bir kitabxananın  illik kütləvi  tədbirlər planı  hazırla-

narkən  respublikanın  ictimai-iqtisadi  və  siyasi  həyatında  baş 

verən hadisələr, insanların bu hadisələrə konkret münasibətləri, 

dövlətin  və  xalqın  qarşısında  duran  perspektiv  vəzifələr  və 

problemlər nəzərə alınmalıdır. 

 Hər  bir  kitabxanaçı  il  ərzində  kitabxananın  fondunun 

lazımi  ədəbiyyatla  komplektləşdirilməsini  təmin  etməlidir

.

 

Əgər kitabxanada peşəkar kadrlar, mütəxəssislər çalışırsa, onda 



daxil  olan  informasiya  formasından  (çap  və  ya  elektron)  asılı 

olmayaraq,  məlumatlar  vaxtında  seçilməli,  çeşidlənməli,  sis-

temləşdirilərək tələbatçıya çatdırılmalıdır. Kitabxanaçı bu xəzi-

nənin ən dəyərli hissəsini öyrənməyi və seçib ayırmağı bacar-

malıdır. Bütün bu səbəblərə görə də hər bir mütəxəssisin şəxsi  

mütaliə  prosesində  öz  ixtisasına  dair  ədəbiyyatdan  müntəzəm 

olaraq  xəbər  tutması,  onları  seçib  istifadə  edə  bilməsi  xüsusi 

bacarıq tələb edir. 

Bu  gün  Azərbaycan  kitabxanalarında  ənənəvi  oxucularla 

yanaşı, yeni oxucular da mövcudur. Odur ki, kitabxana işçiləri 

yeni sosial qrupların nümayəndələri ilə işləyərkən öz mütaliəsi 



 

66 


 

sayəsində onların yeni maraq dairələrini-kompyuter biliklərinə 

yiyələnmək,  xarici  dilləri  öyrənmək  tələblərini  nəzərə  almağı 

bacarmalıdır,  çünki  bu  cür  oxucular  kitabxanaçının  yanına 

gələndə ondan praktiki köməklik almaq ümidində olurlar. 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham    

Əliyevin də dəfələrlə vurğuladığı kimi, düşmənlərə, millətimizi 

sevməyənlərə beynəlxalq aləmdə bütün istiqamətlərdə (o cüm-

lədən informativ-intellektual, kulturoloji və s.) mədəni formada 

cavab vermək lazımdır. Bu prinsipi rəhbər tutaraq hər bir kitab-

xanaçı da əlindən gələni etməlidir ki, bu işdə dövlətimizə yar-

dımçı olsun.  

Yuxarıda  göstərilənlərdən  aydın  olur  ki,  kitabxanaçının 

fəaliyyəti  daim  yaradıcılıq  tələb  edir.  Əgər  kitabxanaçı  yara-

dıcıdırsa, özünün peşə hazırlığının qayğısına qalırsa, kitabxana-

çıya qoyulan tələblərə cavab verirsə, müasir informasiya texno-

logiyalarından  bacarıqla,  yerli-yerində  istifadə  edərək,  tədbir-

ləri  öz  fantaziyasına  uyğun,  yaradıcı  şəkildə  təşkil  edəcək,  öz 

işində layiqli uğurlar, müvəffəqiyyətlər qazanacaq. 

 

 




 

67 


 

ƏLAVƏ 

 

Aşağıda elan  və dəvətnamə  nümunəsi göstərilir: 

 

1.

 

Elan: 

 

29  mart  2011-ci  il  tarixində  saat  12.00-da  Milli  Kitab-

xanada  müasir  Azərbaycan  poeziyasının  görkəmli  nü-

mayəndəsi,  Xalq  şairi  Nəriman  Həsənzadənin  anadan 

olmasının  80  illik  yubileyi  ilə  əlaqədar  olaraq  şairin  yeni 

çapdan  çıxmış  “Seçilmiş  əsərləri”nin  (7  cilddə)  və  Milli 

Kitabxana tərəfindən hazırlanmış “Nəriman Həsənzadə” adlı 

elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcəkdir. 

 

2.

 

Dəvətnamə:  

 



 

68 


 

ƏDƏBİYYAT 

 

Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sa-

həsinin 2008-2013-cü illərdə inkişafı üzrə “Dövlət Proqramı”-

nın təsdiq edilməsi barədə: Azərbaycan Respublikasının Prezi-

denti  İlham  Əliyevin  Sərəncamı.  6  oktyabr,  2008-ci  il  [Mətn] 

//Azərbaycan.- 2008.-7 oktyabr.- S. 1. 

Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırıl-

ması  haqqında:  Azərbaycan  Respublikası  Prezidenti  İlham 

Əliyevin Sərəncamı. 20 aprel, 2007-ci il [Mətn] //Azərbaycan.-

2007.-21 aprel.- S. 1. 

Azərbaycan  Respublikasında  rabitə  və  informasiya  tex-

nologiyalarının  inkişafı  üzrə  2005-2008-ci  illər  üçün  “Dövlət 

Proqramı” (“Elektron Azərbaycan”) [Mətn].- Bakı: Aspoliqraf, 

2006.-114 s. 

 

Aslan,  K.  Bədii  ədəbiyyatın  təbliğinin  müasir  vəziyyəti: 



nəzəriyyə  və  təcrübə  [Mətn]  //Kitabхanaşünaslıq  və  bibliоq-

rafiya: Еlmi-nəzəri və təcrübi jurnal.- 2004.- №1.- S.57-74. 

Balakişiyev, Ş. Əməli yazı nümunələri [Mətn] /Ş.Balaki-

şiyev.-Bakı, 2006.- 90 s. 

Ədəbi-bədii gecələrin keçirilməsinə dair [Mətn]: metodik 

tövsiyələr /tərt.ed. Ə.Rəhimova.- Bakı, 1981.- 31 s.  

Xələfov,  A.  Kitabxana  işçisinin  məlumat  kitabı  [Mətn] 

/A.Xələfov,  R.Kazımov,  E.Bədəlov.-  Bakı:  Azərnəşr,  1986.-

287 s. 

Xələfov,  A.  Kitabxanaların  kompyuterləşdirilməsinin 



əsasları [Mətn]: dərslik /A.Xələfov, A.Qurbanov.- Bakı: BUN, 

2007.- 200 s.  

İsmayılov,  N.  Biblioqrafik  tərtibatın  metodikası  [Mətn]  

/N.İsmayılov, R.Vəzirova.- Bakı: Mütərcim, 2004.- 52 s. 

Qazıyev,  Y.  Mütaliə  pedaqogikası  [Mətn]:  monoqrafiya 

/Y.Qazıyev.- Bakı, 2002.- 264 s. 




 

69 


 

Rzayev, S. Oxuculara xidmət [Mətn]: dərs vəsaiti /S.Rza-

yev.- Bakı, 2009.- 337 s. 

Tahirov,  K.  Kitabxana  işinə  dair  yeni  “Dövlət  Proqramı” 

mədəni  dəyərlərimizə  qayğının  təzahürüdür  [Mətn]  /K.Tahirov 

//Xalq qəzeti.- 2008.-15 oktyabr.- S. 5. 



 

Rus dilində 

 

Распоряжение Президента Азербайджанской Респуб-

лики  об  улучшении  деятельности  библиотек  в  Азербайд-

жане,  20  апреля    2007  года  [Текст]  //Бакинский  рабочий.- 

2007.- 21 апреля.- С.1. 

 

Агеев,  В.  Электронная  книга:  Новое  средство 



социальной  коммуникаций [Текст]  /В.Н.Агеев.-  М.,  1997.-     

231 с. 


Библиографическое  обслуживание  в  библиотеке 

[Текст]  //Справочник  библиографа.-  СПб.:  Профессия.-

2002.- С.416-417.  

Библиотечное  обслуживание:  Теория  и  методика 

[Текст].- М., 1996.- 200 с. 

Голдина,  И.  Нетрадиционная  выставка  –  это  совре-

менно!  [Текст]    /И.Голдина  //Библиотека.-  2003.-  №1.- 

С.23-24. 

Григорьев,  Ю.  Выставочная  работа  в  библиотеках 

(Методика  и  техника)  [Текст]    /Ю.В.  Григорьев.-  М.-Л., 

1931.- 64 с. 

Збаровская, Н. Выставочная деятельность публичных 

библиотек [Текст] /Н.В.Збаровская.- СПб., 2004.-     223 с. 

Збаровская,  Н.  Виртуальные  помощники  [Текст]   

/Н.В. Збаровская //Библитека.- 2003.- №10.- С.45-47. 



 

70 


 

Зыков, О. Выставочная работа публичных библиотек: 

Опыт  практического  пособия  [Текст]  /О.П.Зыков.-  Л., 

1990.- 28 с.  

Осипова, И. День информации [Текст] /И.П.Осипова 

//Библиотечная  энциклопедия  /Российская  Государствен-

ная Библиотека.- М.: Пашков  Дом, 2007.- С.345. 

Работа с читателями [Текст].- М.: Книга, 1981.- 296 с. 

Самохина,  М.  Юношеское  чтение  и  библиотека 

[Текст] //Сов. библиотековедение.- 1990.- №5.- С.31-38 . 



 

İnternetdə 

 

www.anl.az. 

www.csc.gov.az 

www.google.com 

www.hypermethod.ru 

www.xalqqazeti.com 

www.mincom.gov.az. 

www.nbg.az 

www.yysq.azeribloq.com 

www.yysq.azeri 




 

71 


 

M ü n d ə r i c a t 

 

 

Giriş .................................................................................... 

Kitabxanalarda həyata keçirilən kütləvi  



tədbirlərin formaları ........................................................... 

 



Şifahi təbliğatin formaları ...................................................  9 

Əyani təbliğatın formaları ..................................................   31 

Mətbuat (çap) təbliğatının formaları .................................. 

63 


Nəticə ……...………………………………………………  65 

Əlavələr ...............................................................................  67 

Ədəbiyyat .............................................................................  68 

 

 

 

 

 



 

72 


 

Kitabxanalarda kütləvi tədbirlərin ənənəvi və 

yeni formaları 

 

(metodik vəsait) 



 

 

 



 

 

         Nəşriyyat rеdaktоru:              Mehriban Cəfərova 

 

Kоrrеktоr: 

 

 

Ədilə Qocayeva  

 

   

 

 

 



 

 

 



 

 

Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç. 29 



Е-mail:  

contact@anl.az

 

URL:  

www.anl.az

 

 

 

M.F.Aхundоv adına Azərbaycan 

Milli Kitabхanasının mətbəəsində 

оfsеt üsulu ilə çap оlunmuşdur. 

Sifariş: 13 

Çapa imzalanmışdır: 15.03.2012 

Tirajı: 200 



Pulsuz 

 

Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə