27
günlərə, müxtəlif ədəbi simaların yaradıcılığına həsr oluna
bilər.
Səhərciklərin hazırlanması və keçirilməsində çoxlu
oxucu kütləsi iştirak edir, hazırlıq dövründə onlar öz mütaliə
mədəniyyətlərini yüksəldir. Hətta mütaliə həvəsi olmayan
şagirdlər də işə cəlb olunurlar. Məsələn, S.Vurğunun həyat və
yaradıcılığına həsr olunmuş səhərcikdə kiçik məktəblilər üçün
şeir parçası seçilir. Ədibin həyat və yaradıcılığına həsr olunmuş
sərgi tərtib olunur.
Belə tədbirlərin təşkili şagirdlər arasında kitabı təbliğ
etmək, proqram materialını hərtərəfli zənginləşdirmək,
möhkəmləndirmək, şagirdlərə yeni bilik, bacarıq və vərdişlər
aşılamaq məqsədi daşıyır.
Səhərciklərin səmərəliliyi onun hazırlığından asılıdır.
Mövzu müəyyənləşdikdən sonra səhərciyə hazırlıq ən azı 20-
30 gün çəkir ki, geniş oxucu kütləsi məlumatlı olur və
müəyyən işlər (kitab sərgiləri, plakatlar, rəsmlər, albomlar,
bülletenlər və divar qəzetləri, annotasiya və rəylər) görülür. Bu
məqsədə nail olmaq üçün qabaqcıl kitabxanalarda bir ay qabaq
elan verilir, iş bölgüsü aparılır. Məsələn, aşağıdakı məzmunda
elan yazılır:
Uşaqların nəzərinə!
Yanvar ayının axırında Səməd Vurğunun anadan
olmasının 105 illiyi ilə əlaqədar olaraq onun yaradıcılığına
dair səhərcik keçiriləcəkdir. Kitabxanada bu barədə geniş
yaradıcılıq işləri aparılır. Səhərciyə hazırlaşmağa tələsin!
Səhərcikdə çıxış etmək istəyənlər kitabxana ilə əlaqə
saxlasınlar.
Kitabxanaçı həvəskar oxucularla iş bölgüsü – deklamasi-
yalar, şeirlər, musiqi nömrələri və s. təşkil edir. Səhərcik
28
keçirilən zaman rəsmlər, rəylər, annostasiyalar və şagirdlərin
digər əl işlərindən ibarət sərginin tərtib olunması yaxşı olardı.
Kiçik məktəblilər üçün təşkil olunan bu tədbirlərin
proqramı böyük olmamalı, bir saatlıq vaxt üçün nəzərdə
tutulmalıdır. Proqramın rəngarəng olması - bədii qiraət və
deklamasiyalar (latınca – declamatio - gözəl danışmağa nail
olmaq, şeir və ya nəsr əsərlərini bədii söyləmə məharəti), nağıl
etmələr, diafilm nümayiş etdirmək və s. şagirdlərin diqqətinin
mərkəzləşməsinə və davamlılığına kömək edir.
Səhərciyin proqramı mövzudan asılı olaraq müxtəlif cür
qurula bilər.
Adətən onun proqramı aşağıdakı quruluşa malik olur:
1.Giriş sözü;
2.Bədii hissə;
3.Ədəbi oyunlar və viktorinalar.
IX-XI sinif sagirdlərinin söylədiyi giriş sözü 5-6
dəqiqədən artıq vaxt aparmamalıdır. Giriş sözündə səhərciyin
mövzusu və tədbir iştirakçıları haqqında məlumat öz əksini
tapır.
Bədii hissədə şagirdlər fəal iştirak edir, onlar şeirlər
deyir, səhnələşdirilmiş təmsil tamaşası göstərir, hekayələr
oxuyurlar.
Səhərciklərə valideynlər, müəllimlər və başqa şəxslərin
dəvət olunması şagirdlərin məsuliyyətini və fəallığını artırır.
Görüşlər şagirdlər üçün əsl mədəniyyət, kitab, mütaliə
bayramına çevrilir.
Səhərciklərin səmərəliliyini artırmaq, geniş oxucu cəlb
etmək üçün oraya ədəbi oyunların cəlb edilməsinin didaktik
və tərbiyəvi rolu böyükdür. Belə oyunlar tədbiri canlandırır və
gənc oxucuları düşündürür, məşğul edir və bu yolla da daha
çox kitab mütaliə etməyə, daha çox atalar sözü, tapmacalar,
bayatılar, qosmalar və s. öyrənib onları belə mərasimlərdə
nümayiş etdirməyə həvəs oyadır.
29
Təcrübə göstərir ki, kiçik yaşlı şagirdlər rəngarəng bədii
oyunlarda ciddi fəallıq göstərirlər. Oyunlar rəngarəng ola bilər.
Bəzi nümunələr qeyd edək:
1) “Müəllif kimdir?” Bir sıra sagirdlərə məşhur kitablar-
dan parçalar yazılmış kartoçkalar paylanır. Hər kəs öz növbə-
sində kartoçkanı oxuyur və parçanın hansı əsərlərdən götürül-
düyünü tapırlar.
2) Bədii qəhrəmanların foto-şəkilləri üzərində müsahibə
aparılır. Ya qəhrəman təsvir edilir, ya da onun haqqında
əsərdən parçalar oxunur. Şagirdlər qəhrəmanları tapıb haqqında
bildiklərini danışırlar.
3) Bu sözləri kim demişdir? (Əsərlərdən parçalar və ya
monoloqlar oxunur).
4) Hər hansı bir müəllifin əsər və qəhrəmanlarını kim
sadalayar?
5) Davamını sən de. Dialoq üzrə hər hansı bir şeir və
deyişmələrin, hekayə və nağılların ifadə olunması və ardının
oxucu tərəfindən davam etdirilməsidir.
6) Verilmiş hikmətli sözlərin, aforizmlərin müəllifi
kimdir?
7) Kartoqram - hər hansı bir şeirdən bir və ya bir neçə
beyt yazılır. Şeirin buraxılmış (əvvəli və ya axırı) beytləri
iştirakçılar tərəfindən tamamlanır. İlk növbədə şeir başlığı (adı)
kimə düşmüşdürsə o, oxuyur. O səxs oyundan çıxır ki, şeirin
buraxılmış beytlərini deyə bilmir.
8) İmprovizasiya. Oyunun rəhbəri müəyyən edilmiş
mövzu ilə əlaqədar hekayə və şeir söyləməyə başlayır. Hər
növbəti oyunçu onu davam etdirir.
Orta yaşlı şagirdlər üçün ədəbi oyunlar müxtəlif mövzu-
lara aid böyük tədbirlərin keçirilməsində daha çox istifadə olu-
nur: Kitablar aləminə səyahət, doğma ölkəmizə səyahət və s.
Belə oyunların keçirilməsi üçün geniş hazırlıq aparılır, əsər-
lərin siyahısı verilir, onun keçirilmə vaxtı elan edilir, məqsədi
Dostları ilə paylaş: |