Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   2   3   4   5   6   7   8   9   ...   19

 

18 


 

tədbirdə özu də çıхış еtməlidir. О, tədbirin mövzusu üzrə kitab-

хana  tərəfindən  həyata  keçirilmiş  məsələlərdən  danışmalıdır. 

Охucu kоnfransının gеdişatı haqqında prоtоkоl yazılmalıdır ki, 

bu  da  bülleten  buraxmaq  üçün  materialdan  istifadə  etməyə, 

kitabxana plakatı hazırlamağa, müəllifi oxucuların qeydləri ilə 

tanış  etməyə  imkan  yaradır.  Həmin  prоtоkоl  və  məruzəçinin 

çıхışının mətni kitabхanada saхlanılmalıdır. 

Kitab müəllifləri ilə keçirilən görüşlər də çox əhəmiyyət-

lidir. Görüş iki cəhətdən əhəmiyyət kəsb edir. Birincisi, görüş 

zamanı  oxucu  ilə  yaradıcı-müəllif  arasında  canlı  ünsiyyət 

yaranır  və  ikincisi,  bu  canlı  ünsiyyət  zamanı  kitab  haqqında 

yazılmamış, mətbuatda açıqlanmamış fikirlər üzə çıxır. Bu iki 

cəhət  nəticəsində  həm  üzbəüz  dialoq  üçün  şərait  yaranır,  həm 

müəllifin fikri ilə oxucu fikrinin qarşılıqlı uzlaşması baş verir, 

həm də natiqlik məharəti vasitəsilə mənəvi tərbiyə sahəsindəki 

bir çox məsələlərə aydınlıq gətirilir. 

Görüşdə  iştirak  edəcək  yaradıcı  ziyalılar,  mühazirəçilər, 

çıxışçılar  həm  də  natiqlik  məharətlərinə  görə  seçilməlidirlər. 

İştirakçıların  diqqətini  cəlb  etmək,  mənəviyyatımızın  sirlərinə 

hərtərəfli  bələd  olmaqdan  ötrü  tarixi,  mənəvi  zənginliyimiz 

haqqında  maraqlı  məlumatları  yüksək  natiqlik  məharəti  ilə 

çatdırmaq,  sözün  qiymətini  artırmaq,  iştirakçılarda  dərin 

təəssürat yaratmaq böyük əhəmiyyət kəsb edir. 

Görüşlərin  səmərəli  və  keyfiyyətli  təşkilində  müasir 

texniki  vasitələrin  gücündən,  indiyə  qədər  çap  olunmuş  mate-

riallardan bəhs edən lent yazılarından, audio-video materiallar-

dan istifadə olunmalıdır. Təəssüratların uzun illər yaşamasında 

görüşlərdə iştirak edən maraqlı şəxsiyyətlərin çıxışları mühüm 

əhəmiyyət  kəsb  edir.  Məktəblilər  ideallaşdırdıqları,  əlçatmaz 

bildikləri həmin şəxsiyyətlərlə üzbəüz təmasda olduqdan sonra 

özləri  də  bu  zirvəni  fəth  etmək  arzusunda  olurlar,  onlarda 

müsbət keyfiyyətlər formalaşır, inkişaf edir. 



 

19 


 

Oxucuları  yazıçı  və  şairlərin,  müharibə  iştirakçılarının, 

deputatların  və  digər  görkəmli  şəxslərin  həyat  və  yaradıcılığı 

ilə  daha  yaxından  tanış  etmək  üçün  keçiriləcək  görüşlər 

qabaqcadan  planlaşdırılmış  şəkildə  hazırlanmalıdır.  Gecəni 

aparıcının  giriş  sözü  ilə  başlamaq  olar.  Aparıcı  gecəyə  dəvət 

olunanları  tədbirin  iştirakçıları  ilə  tanış  edir,  qısaca  həyat  və 

yaradıcılıqlarından  danışır,  sonra  sözü  onlara  verir.  Bundan 

sonra  tədbir  iştirakçıları  suallar  verir,  bəzən  isə  təklif  və 

rəylərlə çıxış edirlər. Bir çox hallarda görüşü keçirilən şair və 

yazıçının  əsərlərinin  mövzusunda  klubun  bədii  özfəaliyyət 

üzvlərinin xüsusi konsert çıxışları təşkil edilir. 

Sonda  oxucular  çıxış  edə  və  görüşə  çağırılmış  şəxsə 

suallarla müraciət edə bilərlər. 

Tədbirin  sonunda  kitabxanaçı  oxucuların,  eləcə  də 

kitabxana  işçilərinin  adından  görüşə  gələn  şəxsə  təşəkkürünü 

bildirməlidir. 

Digər  bir  kütləvi  tədbir  forması  tematik  gecələrdir. 

Mövzu  müəyyən  edildikdən  sonra  kitabxanaçı  mövzu  ilə 

yaxından tanış olmalı, sənədli materiallar, maraqlı faktlar əsa-

sında  tədbirin  ssenarisini  tərtib  etməlidir.  İştirakçıların  yaş 

həddi  nəzərə  alınmalı,  onların  dünyagörüşünün  formalaş-

masına,  ölkəmizin  tarixi  keçmişinə  yaxından  bələd  olmasına, 

milli  mənəvi  dəyərlərimizə  hörmət  hisslərinin  aşılanmasına 

diqqət yetirilməlidir. 

Adətən,  belə  gecələr  kiçik  məruzə  və  mühazirə  ilə 

başlayır. Gecə, tədbirdə iştirak edən ziyalı fəalların çıxışları ilə 

başa  çatır.  Tədbir  keçirilən  bina  gecənin  əsas  mövzusunu  əks 

etdirən  xüsusi  şüarlar,  plakatlar,  fotomontajlar  ilə  bəzədilir. 

Fotomontaj  fotoşəklin  lazımlı  hissəsini  kəsib  başqa  şəkillərlə 

əlaqələndirmək  imkanı  verir.  Fotomontaj  hər  hansı  şəklin  ilk 

variantı ilə sonrakı variantı arasında müqayisə aparmağa imkan 

yaradır.  



 

20 


 

Çox vaxt gecələr üçün sərgilər, kitab vitrinləri hazırlayır, 

məsləhət görülən ədəbiyyatın siyahısını asırlar. 

Tematik  gecə  milli  dəyərlərin  təbliği  mövzusunda  təşkil 

edilmiş sənədli, elmi-kütləvi, bədii filmlərin göstərilməsi ilə və 

ya bədii özfəaliyyət dərnəklərinin konserti ilə başa çatır. 

Ədəbiyyatın  təbliği  geniş  yayılmış  ədəbi-bədii  gecələr 

vasitəsilə də həyata keçirilir. Ədəbi-bədii gеcələr tanınmış şair 

və yazıçılardan birinin yaradıcılığına, habеlə bir və ya bir nеçə 

ədəbi  əsərə  həsr  оluna  bilər.  Bu  tədbirlər  böyük  təhsil  və 

tərbiyə  əhəmiyyəti  kəsb  еdir,  bədii  əsərə  sеvgi  оyadır,  bədii 

zövqü fоrmalaşdırır, ciddi mütaliəyə maraq yaradır. 

Keçiriləcək  tədbirin  kompozisiyasından  asılı  olaraq 

xüsusi proqram, ssenari tərtib edərək, teatrlaşdırılmış səhnəcik 

qurmaq  olar.  Gecəyə  hazırlaşmaq  yaradıcılıq  qabiliyyəti  tələb 

edir.  Kitabxanaçı  gecənin  əvvəlindən  sonuna  kimi  bütün 

elementləri  (çıxış,  rəy,  qonaqlara  söz  vermə,  musiqi  nömrə-

lərini) ssenaridə əks etdirir. Ssenari tərtib edilərkən seçilən şeir 

parçalarının,  çıxışların,  diktor  replikalarının  məzmununun  iş-

tirakçıların  ideya-siyasi  tərbiyəsinə  müsbət  təsiri  diqqət 

mərkəzində saxlanmalıdır. İştirakçıların yerləşdirilməsi, diktor-

ların yeri, qonaqların qarşılanması, ədəbi-bədii gecə keçiriləcək 

zalın  mövzuya  uyğun  bəzədilməsi,  lazımi  stend,  sərgi,  ədəbi 

bülleten  və  albomların  hazırlanması  əvvəlcədən  planlaşdırıl-

malıdır.  Gecədə  müəllifin  əsərlərinin  tərcümələrindən  də 

istifadə olunmalıdır. 

Adından məlum olduğu kimi ədəbi-bədii gecə iki hissəyə 

bölünür. Hər bir ədəbi gеcənin əsasını məruzə təşkil еdir. İkinci 

hissə  isə  tədbirin  mövzusu  ilə  bağlı  şeir,  bədii  qiraət,  ədəbi 

kоmpozisiya və səhnəciklərlə tamamlanır. Gеcənin mövzusuna 

uyğun  ədəbiyyat  sərgisi,  viktоrina,  ədəbi  оyunlar  hazırlana 

bilər. 


Yerləşdiyi  ərazidəki  məktəbdə  rəssamlığa,  memarlığa 

maraq  göstərən  şagirdlərin  rəssamlıq,  memarlıq  qabilliyyət-




Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə