KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   7   8   9   10   11   12   13   14   ...   112
k x 2017 n 1

13


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
Faktlar öz xarakterinə və əhəmiyyətinə görə m üxtəlif dərəcələrə 
bölünür. Şərti olaraq onlar əsas, ikinci və üçüncü dərəcəli faktlar adlandırılır.
Ən vacib, ən önəmli əhəmiyyətə malik olan faktlar əsas faktdır.
Fakt m üəllif tədqiqatının predmetidir. Redaktədə qəbul edilmiş fakt 
materialı anlayışı mətnin mənasını və predmet münasibətlərini çatdıran bütün 
dayaq elementlərini özündə ehtiva edir. Mətnin düzəlişi zamanı onlar 
düşməməli və ya dəyişikliyə məruz qalmamalıdır.
Faktiki material m üəllif tərəfindən məhz müəyyən bir informasiya kimi, 
məntiqi sübut prosesində arqument və ümumi iddialar üçün əsas kimi, 
nəhayət, bu və ya digər müşahidəyə əlavə edilən və onu tamamlayan 
illüstrasiya kimi cəlb edilə bilər.
İfadə üsulları həmişə faktiki materialın funksional təyinatı ilə 
şərtləndirilir.
Fakt materialının redaktəsi zamanı redaktorun vəzifələri həqiqilik 
(doğruluq) prinsipindən irəli gəlir. Bu vəzifələr istifadə edilən faktiki 
materialın etibarlılığının və düzgünlüyünün yoxlanılmasından, verilmiş faktiki 
materialın əlyazmada nə dərəcədə lazım olması barədə qərarın qəbul 
olunmasından ibarətdir. Belə ki, xüsusi isimlərin, coğrafi adların, tarixlərin 
çoxluğu oxucunu yorur, diqqətini yayındırır, əsərin əsas ideyasından 
uzaqlaşdırar, eyni zamanda onların lazımi miqdarda olmaması əsərə 
inamsızlıq doğura bilər. Redaktorun vəzifələrinə eləcə də xüsusi isimlərin və 
coğrafi adların yazılışının düzgünlüyünün yoxlanması daxildir.
Bilavasitə fa k tla rın redaktəsi
Redaktor əlyazmanın faktiki əsasının yoxlanılmasına çox diqqətlə 
yanaşmalıdır. Bu, o məntiqi ziddiyyətlə bağlıdır ki, əsərin konsepsiyasının 
qurulması üçün bütün faktları istisnasız olaraq nəzərə almaq lazımdır, lakin bu 
halda aydın səbəblərdən bütün faktları əlyazmada yerləşdirmək mümkün 
olmayacaq, faktları mütləq seçmək lazım gələcəkdir. Redaktor faktların 
seçilməsində müəllifin nə qədər haqlı olduğunu, obyektiv qanunauyğunluqları 
aşkar etməyi, faktların qarşılıqlı əlaqəsini qurmağı və onların mənasını 
qiymətləndirməyi hansı dərəcədə bacardığını müəyyənləşdirməlidir. Bunun 
üçünsə yalnız faktların dəqiq öyrənilməsi və yoxlanılması deyil, həm də 
onların düzgün seçilməsi və dəyərləndirilməsi lazım gəlir.
Beləliklə, əlyazmanın faktiki materialının öyrənilməsi üzrə redaktorun 
işi özündə iki cəhəti birləşdirir. Bir tərəfdən müəllifin nə qədər düzgün 
olduğunun öyrənilməsi, digər tərəfdən müəllifin faktları necə hazırlamasının, 
çatdırmasının və qiymətləndirməsinin öyrənilməsi.
Əlyazmada bilavasitə fakt materialı məhz doğru informasiya ilə, məntiqi 
isbat prosesində arqumentlə, illüstrasiyalarla, ictimai iddialar üçün əsaslarla 
kömək göstərə bilər. Redaktorun faktlarla iş metodikası lazımlı məlumatı

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə