KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
böyük şəxsiyyətlərinin bütün dünyaya tanıdılmasıdır.
Bu məqsədlə təşkilat
ümumtürk tarixinin mühüm hadisələrinin, türkdilli ölkələrin dil,
ədəbiyyat,
mədəniyyət və incəsənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli
şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş yubileyləri,
xatirə gecələrini və
digər kütləvi tədbirləri təşkil edir. TÜRKSOY-un məqsəd və vəzifələri
çərçivəsində beynəlxalq elmi konfransların, simpoziumların, diskussiyaların
və s. keçirilməsi də mühüm yer tutur.
YUNESKO 1994-cü ili dahi Azərbaycan şairi və mütəfəkkirinin
şərəfinə “Məhəmməd Füzuli” ili elan etmiş və ölməz sənətkarın
anadan
olmasının 500 illik yubileyini ümumdünya miqyasında geniş şəkildə və
yüksək səviyyədə keçirməyi qərara almışdı. Respublikamızda dahi şairin və
əbədi məhəbbət tərənnümçüsünun anadan olmasının 500
illik yubileyinə
hazırlıq işlərinə isə həmin qərarın elan olunduğu vaxtdan xeyli əvvəl
başlanılmışdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
“Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi haqqında” 16 mart 1994-
cü il tarixli fərmanından sonra isə bu sahədə görülən
işlər yenidən nəzərdən
keçirilmiş və ulu şairin ölməz adına layiq yubileyin təşkili üçün lazım olan
bütün tədbirlər müəyyən edilmişdi.
Elə həmin il dahi Azərbaycan şairi M əhəmməd Füzulinin 500 illik
yubiley şənliklərinə məhz Türkiyədə başlanılması türkdilli ölkələrin bir araya
gətirilməsi üçün gözəl şərait yaratdı. Bu, türk dünyası
mədəniyyət və
incəsənət xadimləri arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə
təkan verdi.
Daha sonra yubiley şənlikləri Bakıda 1996-cı ilin noyabr ayında
TÜRKSOY beynəxalq təşkilatının VIII toplantısı ərəfəsində davam etmişdir.
Belə ki, noyabrın 6-da günün I yarısında Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin İclas salonunda türk dünyası yazıçılarının
III qurultayı, günün II yarısında isə Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında TÜRKSOY beynəlxalq təşkilatının VIII toplantısı keçirilmişdir. Hər
iki tədbirdə iştirak edən ulu öndər çox dərin və mənalı nitq söyləmişdir.
TÜRKSOY beynəxalq təşkilatının VIII toplantısında
ümummilli
liderimiz öz nitqində xüsusən TÜRKSOY təşkilatını artıq
beynəlxalq aləmdə
öz yeri olan bir təşkilat kimi dəyərləndirmişdir. Onun 3 illik fəaliyyətinə
yüksək qiymət verən ulu öndər bu təşkilatın ötən dövrdə böyük yol keçdiyini,
yaxşı nailiyyətlər əldə etdiyini və onun böyük gələcəyi
olduğunu həm türkdilli
dövlətlərə, həm də dünyaya nümayiş etdirdiyini qeyd etmişdir [11, s.13-18].
Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan
olmasının 500 illik yubileyinə Azərbaycan Milli Kitabxanası da öz töhfəsini
vermişdir. Belə ki, Milli Kitabxana tərəfindən “Məhəmməd Füzuli
əsərlərinin
nəşri” adlı biblioqrafik göstərici (tərt. Fazil Məmmədov, elmi red.
Dostları ilə paylaş: