Kitbın adı: Şəhid Nəvvab Səfəvi xatirələr güzgüsündə



Yüklə 191,5 Kb.
səhifə3/7
tarix30.10.2018
ölçüsü191,5 Kb.
#76043
1   2   3   4   5   6   7

Atanın maneçiliyi


Nəyyirətüssadat Ehtişam Rəzəvi

Cənab Nəvvab təqib olunduğu vaxt, gizli yaşayırdı. Bizim evimiz nəzarətdə olduğu üçün bəzən İslam Fədailərindən hansısa birini göndərirdi ki, məni onun yanına aparsın.

Bir dəfə jurnallardan biri Nasir Fəxr Arayinin arvadı ilə güman ki, onun məşuqəsi olan birinin şəklini çap etdi və bu barədə bəzi sözlər yazdı. Atam həmin jurnalı cənab Nəvvabın göndərdiyi şəxsə verdi və dedi: “Cənab Nəvvaba deyin ki, həyat yoldaşının onun yanına aparılması üçün bu qədər təkid etməsin. Ona deyin ki, öz həyat yoldaşının da şəklinin jurnalda çap olunmasını istəyərmi?” Atamın bu sözü cənab Nəvvaba ağır gəldi. Topxana meydanından piyada bizim evimizə kimi gəldi. Çox əsəbləşmişdi. O həmişə atama böyük hörmət göstərərdi və ona qarşı şəfqətli idi. Bu dəfə əsəbi halda dedi: “Cənab Ehtişam mən sizin şücaətli olduğunuzu düşünürdüm. Bu qədər qorxaq olduğunuzu bilmirdim! Gəlmişəm görəm, bu alçaqlardan hansı biri məni tutmaq istəyir? Nə üçün yoldaşımı yanıma göndərmədiniz? Mənim yoldaşımın şəklini çap etməyə kim cürət edə bilər?”

Atam təqib altında olan Cənab Nəvvabın vəziyyətini nəzərə alaraq onunla soyuqqanlı, aram söhbət etdi. Cənab Nəvvab gedərkən dedi: “Mən yoldaşımın dalınca adam göndərəcəm, onu mənim yanıma göndərin!” Günün gündüz çağı, əsəbi halda evdən çıxdı.

Atam cənab Nəvvabın rəftarından çox narahat olmuşdu. Mənə dedi: “Mən yenə də səni göndərməyəcəm. Cənab Nəvvab bu işin aqibətindən agah deyil.” Mən iki yol ayrıcında qalmışdım, atama dedim: “Ağacan, əgər məsləhət bilirsinizsə, istixarə edin, Allahdan məsləhət istəyin. Əgər Allah məsləhət bilsə, siz icazə verib, məni göndərin.” Atam istixarə etdi və yaxşı gəldi.

Gecə saat 12-də cənab Seyid Hüseyn İmami İslam Fədailərindən iki nəfərlə birlikdə cənab Nəvvab tərəfindən maşınla mənim dalımca gəldilər. Atam məni cənab Nəvvabın yanına aparmalarına icazə verdi və mən onlarla getdim.


Fərqli və cazibəli şəxs


Seyid Əli Mirdamadi

Günorta idi, məktəbdən evə gəldim. Anam dedi qonağımız var. Dedim Haradadır?

Dedi ki, qonaq otağındadır.

Dedim: Kimdir?

Dedi: Fatimə (s) övladlarından bir seyid. Otağa keçdim, gördüm cavan bir seyid yaşıl şal bağlayıb, oturacağın aşağısında əyləşib və Quran oxuyur. Salam verdim. Seyid ayağa qalxdı, məni qucaqladı, öpdü və öz yanında oturtdu.

Məni o qədər özünə cəlb etmişdi ki, onun hal-əhval soruşmağına cavab verə bilmədim. Çöhrəsi, ədəbi, sözləri sehirləmişdi məni.

Deyirdi: “Əmioğlu, İslama yar ol. Ümid edirəm ki, İmam Zamanın (ə) vəfalı əsgərlərindən olasan. Ağanın kənarında şəhadət çox gözəldir.”

Onun sözləri mənim üçün yeni və ləzzətli idi. Elə istəyirdim ona tamaşa edəm və o danışsın. O Allah dininin tənhalığından, İslam düşmənlərinin ilahi hökmlərə hücumundan və Quranın müdafiəsi yolunda fədakarlığın, candan keçməyin zəruriliyindən danışırdı.

O danışırdı və mən ona tamaşa edərək, ona valeh olmuştum. Deyirdi: “Mənfur Pəhləvi ailəsi rəhimsizcəsinə Allah dinini nizələyirlər. Müsəlmanlar da qəflət yuxusunda yatıblar.”

Öz-özlüyümdə dedim: “İlahi, bu kimdir və nə danışır? Bir tələbənin, ruhaninin açıq-aşkarcasına siyasətə müdaxilə etməsi! O şahı elə tənqid edirdi ki, sanki kimsə ona zəmanət vermişdi!”

Məktəbdə bizə demişdilər ki, din siyasətdən ayrıdır, ruhaniyyətin siyasətə qarışmağa haqqı yoxdur və ruhanilər yalnız məscidlərdə şəri məsələləri açıqlamalıdırlar. Öz-özlüyümdə düşündüm: “Əgər belədirsə, bəs bu seyid kimdir və nə deyir? Yəqin, bu başqalarından fərqlidir, ayrıdır!”

O hakimiyyətin cinayətlərindən danışdı. Məndən soruşdu: Əmioğlu namazını qılmısan?

Dedim, yox.

Dedi: Dəstəmaz al, birlikdə qılaq.

Daha sonra azan verdi. Gözəl səsi ilə verdiyi azan məni yerimdə dondurdu, dəstəmaz almağa gedə bilmirdim. Lakin namaz qılmaq lazım idi, camaat namazı, və məni özünə cəzb etmiş bir şəxsə iqtida edərək!

Namaza başladı, mən arxasında tək-tənha durmuşdum. Namazın qunutunda Allahla, məbudla eşqlə, göz yaşı axıdaraq elə raz-niyaz edirdi ki, məndə böyük tərpəniş yarandı. İlahi, bu kimdir və haradan gəlib?

Həmin halda idim ki, atam məsciddən gəldi. Tələsik qarşısına getdim, heç nə deməmiş qonağın adını soruşdum. Atam dedi: “O Seyid Müctəba Nəvvab Səfəvidir.”

Şərab zavodu


Bir gün Nəvvab şərab zavodunun yanından keçirdi. Zavoddan qalxan fit səsini eşitdikdə, soruşdu: “Bu nəyin səsidir?” Ona dedilər ki, bu şərab zavodunun fit səsidir.

Bu onu çox narahat etdi, qəmləndirdi. Ağlayıb, dedi: “İslam ölkəsində şərab zavodu var!”

Həmin günün sabahı dövrün Baş naziri doktor Müsəddiqə məktub göndərdi: “Bu zavodu tətil et və şərab mağazalarını bağla.” Nəvvab Ayətullah Kaşaniyə də etiraz edib dedi ki, siz gərək verdiyiniz sözlərin üstündə durasınız.

O belə bir bəyanat vermişdi: “Müsəddiq vəzifəyə gələrkən, İslam hökmlərinin icra olunması üçün, ona kömək etdik. Rəzmaranı öldürdüyümüz zaman və neft milliləşdikdə, hökumət bizə söz verdi ki, İslam hökmlərini icra edəcək. Nə üçün sözlərinə əməl etmədilər?” Nəvvabın mesajı qarşısında Doktor Müsəddiq ilə, Ayətullah Kaşani oxşar reaksiya göstərirdilər. Müsəddiq demişdi: “Biz sonadək vəzifədə olmaq fikrində deyildik. O bu istəyini bizdən sonrakı hökumətlərdən istəsin.” Ayətullah Kaşani də zamanın tələblərinə uyğun fikirləşirdi və belə demişdi: “Hal-hazırda bu cür işlər üçün uyğun şərait yoxdur.”

Daha sonra Nəvvab dedi ki, əgər İslam hökmlərini icra etməsəniz, mən sizin əleyhinizə qiyam edəcəm.

Bu səbəbdən onunla Müsəddiq və Ayətullah Kaşani arasında narazıçılıq yarandı.


Azan vermək


Şəhid Nəvvab göstəriş vermişdi ki, bizim qardaşlarımız günorta olduqda, harda olsalar azan desinlər. O deyirdi: “Azan vaxtı “Allahu əkbər” şüarı İranın bütün şəhərlərində, küçə və xiyabanlarında ucalmalıdır.”

Bir dəfə məclislərdən birində bu mövzunu xatırlatdı, sonra birini ayağa qaldırıb dedi: “Siz azan deyirsiniz?” O dedi: “Xeyr, ağa.”

Ağa buyurdu: Nə üçün?

O dedi: Üzüm gəlmir

Ağa buyurdu: Sizə bir sualım var, nə satırsınız?

Dedi: Xiyar, badımcan, boranı və...

Ağa sözünə davam etdi: Satanda qışqırırsan?

O dedi: Bəli ağa. Ağa yenidən dedi: Həmin fəryadlarından birini burada çəkə bilərsən?

O dedi: Xeyr, ağa. Üzüm gəlmir.

Ağa soruşdu: Nə üçün?

Dedi: Axı burada mənim malım yoxdu satmaq üçün. Mallarımı satmaq üçün qışqırıram. Məsələn, qışqırıram “xiyar 1 qranadır”. Lakin burada bir şeyim yoxdur ki, onu satmaq üçün qışqıram.

Bu sözdən sonra ağa dedi: Bəli, elə isə de ki, mənim dinim yoxdur. Bu qədər güclü, qüvvəli bir cavan "Allahu-əkbər", "Əşhədu ən la ilahə illəllah" deməyə xəcalət çəkir, xəcalət çəkir ki, desin: Ey quşlar, ey heyvanlar, ey səma, ey yer mən şəhadət verirəm ki, Allah hamıdan üstündür.

Lakin bu qədər böyük olmasına baxmayaraq “Xiyar bir qrana” deyib, qışqırmağa xəcalət çəkmir. Görürsən özünü necə kiçiltmisən?! Azan vaxtı isə özünü böyük sanırsan.

“Allahu-əkbər” deyə fəryad etdikdə Allahdan başqa hər şeyi kənara qoyursan.



Yüklə 191,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə