Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

93
utatlarının I qurultayında Alma-atadakı Dekabr hadisələri ilə bağlı 
acı həqiqətləri söyləyəndən sonra sizi daim nəzərimdə saxlamışam. 
Sizin Yevtuşenko ilə  hələ sovet dövründə Moskvada keçirdiyiniz 
və mərkəzi televiziya ilə yayımlanan poeziya axşamına baxmışam. 
Aytmatovla birgə yazdığınız kitabı da məmnuniyyətlə oxumuşam” – 
deyərək çox mehribancasına əlimi sıxdı. 
Tədbirdə ilk söz verilənlərdən biri də mən oldum. Mən Səməd 
Vurğun yaradıcılığının  əhəmiyyətindən danışdım, onun XX əsrin 
ən istedadlı, ağıllı mütəfəkkirlərindən biri, öz ürəyinin odunu-al-
ovunu vətənə xidmətə yönəldən bir şəxs olduğunu bildirdim. Qeyd 
elədim ki, 1986-cı ildə Alma-Atada baş verən dekabr hadisələrinin 
baş verməsinin səbəbi heç vaxt Qazaxıstanda olmayan, yerli əhali-
nin mədəni, mənəvi dəyərləri, dili haqqında heç nə bilməyən Gen-
nadi Kolbinin partiyanın Ulyanov vilayət komitəsinə birinci katib 
təyin edilməsi olmuşdu.  Və Qorbaçov bu məsələni SovİKP Mərkəzi 
Komitəsinin Siyasi Bürosunda qaldıranda yalnız bir nəfər bu təy-
inatın əleyhinə çıxmışdı. Bu Heydər Əliyev idi. Bu barədə Dinmux-
amed Kunayev öz kitabında belə yazır: 
“Mən öz ölkəsində çox sevilən prezident Heydər Əli-
yevə xüsusi hörmətlə yanaşıram. 1969-cu ildən Azərbay-
canın partiya təşkilatına rəhbərlik edən bu şəxs, 1976-cı 
ildən SovİKP Mərkəzi Komitəsinin Siyasi Bürosu üz-
vlüyünə namizəd, 1982-ci ildən isə  həqiqi üzv seçilib. O 
vaxt Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci 
müavini vəzifəsinə təyin edildiyindən Moskvaya işləməyə 
getdi. Siyasi büroda yalnız biz ikimiz müsəlman idik. Mən 
pensiyaya getdikdən bir müddət sonra o da “səhhəti ilə 
əlaqədar” işdən çıxdı. 
Qorbaçovun  “piyadadan” əhəmiyyətli “fi qura” çevr-
ilməsinin necə baş verdiyi artıq elə  də böyük sirr dey-
il... Onu qorxu ilə o tərəf  bu tərəfə baxmayan, həqiqəti 
deyən, inadcıl, cəsarəti, işgüzarlığı  kəskin  fi kir  söyləyə 


94
bilmək bacarığı ilə birləşdirən insanlar qane edə bilməzdi. 
Mənim yerimə Kolbinin təsdiq edilməsi məsələsi müzakirə 
ediləndə Heydər  Əlirza oğlu bunun əleyhinə  çıxdı. O, nə 
desə  də, necə  əsaslandırmalar gətirsə  də, Qorbaçov eşit-
mək istəmədi. Və öz “uzaqgörən” planlarına uyğun olaraq 
heç kimin tanımadığı G. Kolbini  bizim respublikanın rəh-
bəri təyin etdi. 
Sağlam məntiqə  sığmayan bu qərarın sonda nə ilə 
nəticələndiyi isə hamıya bəllidir...”
Mən öz nitqimdə bu faktı əsas gətirərək SovİKP MK-nın Siya-
si Bürosunda göstərdiyi prinsipiallığa görə Heydər Əliyevə Dekabr 
hadisələrinin fəalları adından minnətdarlığımı bildirdim. 
Həmin axşam prezident Səməd Vurğun haqqında böyük ruh 
yüksəkliyi ilə danışır, qloballaşma şəraitində mənəviyyata diqqətin 
azalmasını təəssüfl ə vurğulayırdı. Sonda isə o, Azərbaycan dilində 
çox təsirli şəkildə Səməd Vurğunun böyük və mürəkkəb şeirlərindən 
birini əzbərdən dedi. Bütün zal ayaq üstə alqışladı. Onun bu erudi-
sayası  məndə də xoş təəccüb hissi oyatmışdı. İlk dəfə idi ki, bəzi 
kosmopolit dövlət başçılarından fərqli olaraq, milli poeziya inciləri-
ni belə gözəl  şəkildə  əzbərdən deyən prezident görürdüm.  Fasilə 
zamanı Heydər Əlirza oğlu dedi: 
- Muxtar 
bəy, Rəsul Həmzətovla birlikdə bizdə qonaq 
olmaq, öz azərbaycanlı dostlarınız Anar, Elçin, Bülbüloğlunun 
yanında olmaq xoşunuza gəlirmi? 
- Çox 
sağ olun, qonaq quzu kimi sakit olar, - deyə mən 
zarafatla cavab verdim. 
Rəsul Həmzətov görüşə öz həyat yoldaşı Patimatla gəlmışdi. 
Ərinin qolundan tutaraq o, məni kənara çəkdi və Rəsulun səhhətinin 
pisləşdiyini dedi. Mənim ailəm, Çingiz Aytmatovun səhhəti ilə 
maraqlandı. Rəsul isə elə zarafat edirdi: “Muxtar, KZI gətirmisən?” 
O, adətən kazıya (at ətindən delikates) “KZI” deyirdi. Biz uzun illər 
idi ki, bir-birimizi görmürdük. Ona görə  də prezidiumun yanında 
dayanaraq xeyli müddət xatirələrimizlə bölüşdük. 


95
Bir müddət sonra prezidentin iqamətgahına getdik. Heydər 
Əliyev hamını çox mehribanlıqla qarşladı. Mənim yanımda olan 
dostlarım: Anar – sağ ikən Azərbaycan  ədəbiyyatının klassikinə 
çevrilmiş  şəxs, Azərbaycan Yazıçılar Birliyinin sədri; Polad 
Bülbüloğlu – tanınmış  bəstəkar, sovet dövrünün ən populyar 
müğənnilərindən biri və Azərbaycanın mədəniyyət naziri; Elçin – 
görkəmli yazıçı, Azərbaycan baş nazirinin müavini -  onlar hamısı 
Heydər  Əliyevlə  ən yaxın dost kimi danışırdılar.  Şam yeməyi 
zamanı zarafat dolu söhbətdən sonra mən Heydər Əliyevə təəssüfl ə 
bildirdim ki, yeni müstəqillik qazanan ölkələrin prezidentləri 
arasında şəxsiyyətə pərəstiş azarı yenidən vüsət almağa başlayıb. Və 
ona belə bir sual verdim:
Bir çox şəhərlərdə bəzi prezidentlərin az qala iki mərtəbəli bina 
boyda şəkillərini görmək olar. İki gündü diqqətlə Bakının küçələrinə 
diqqət yetirirəm. Amma, heç yerdə, hətta mədəniyyət obyektlərinin 
ətrafında da sizin bircə portretinizə də rast gəlmədim. Bu müvəqqəti 
haldır, yoxsa sizin istəyiniz belədir? 
Muxtar bəy, səhv etmirəmsə Bernard  Levin belə deyib: 
“Düşüncəsiz adam kiməsə ziyan yetirmək istəyirsə, onu Allaha 
çevirir”.  Zənnimcə “şəxsiyyətə pərəstiş” prossesinə açıq baxmağın 
vaxtı çatıb. Mənim  ətrafımda sözgəzdirənlər, tərif deyən yaltaqlar 
çoxdur. 
Mən çox ciddi xəbərdarlıq eləmişəm ki, mənim portretlərimi 
küçələrdə  və ya mədəniyyət mərkəzlərinin yanında asmasınlar.  
Amma, rəhbər vəzifədə olan bir qadın öz kabinetində  mənim 
böyüdülmüş  şəklimi asmışdı. Hətta, mənim xəbərdarlığımı onun 
yadına salsalar da bunun xeyri olmayıb. Bir gün mən onu söhbət 
üçün yanıma çağırdım. 
- Mənim sizə böyük hörmətim var, ona görə  də  şəklinizi 
asdırmışam. Bu mənim hüququmdur. Və heç kim bunu mənə 
qadağan edə bilməz, - deyə o, tərslik etdi.  


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə