Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

96
- Elə isə sizdən bir xahişim var – mənim portretimi iş 
kabinetinizdə yox, öz yataq otağınızda asın. Mən də siz gecələr 
yatmağa uzananda portretim vasitəsilə sizin gözəl  fi quranızı seyr 
etməkdən zövq alım, - deyə zarafat etdim.    
- Bütün prezidentlərin arasında yalnız siz belə prinsiplərlə 
işləyirsiniz, - mən məmnunluqla dedim. – Və sizin bu prinsiplərinizlə 
bağlı düşüncələrimi ifadə etmək üçün “Teymurun son vəsiyyəti” 
şeirini oxuyacağam:  
Əmir Teymur ordusu
Çox uzaq bir yürüşdən
Səmərqəndə qayıtdı. 
Axşamsa 
Kok-Sarayın
Parlaq günbəzi altda 
Zəfərdə rolu olan 
insanların hamısın
Teymur bir yerə yığdı. 
İnsanın sevincinə
Musiqi də qoşulub
Səmada bir qu kimi 
Süzürdü incə-incə. 
Bu yerdə 
Hafi z durub
Oxudu qəzəllərdən. 
Həmişə ciddi Teymur
Yaman təsirlənmişdi: 
-Necə böyük gözəllik!
Necə səxavətli hiss!
Birdən
Kimsə qabağa 


97
Çıxıb baş əyib dedi:
-Ey dahilər dahisi, 
Müdriklər birincisi, 
Cəsarətdə ən cəsur!
Məlum oldu ki, həm də
Poeziya sevənsiz, 
Necə də incə qəlbli, 
Söz qədri bilənsiniz!
Necə xoşbəxtik, Allah
Ki, var başımız üstdə
Bizim belə bir padşah!
-Kəs! 
Qışqırdı əmir. – 
Gözünün içinədək
Sən yalan söyləyirsən. 
Düz sözə dəyər vermək,
Gözəlliyi bəyənmək – 
Hər insanın işidir!
Buna tərif söyləmək – 
Nadanlıqdır, cılızdır!
Sonra qəzəblə baxıb, 
Soruşdu ki: 
-Sən Kimsən?
-Xorasan hakimiyəm, 
Gəldim, təbrik eyləyim
Böyük qələbənizi! 
-Daha hakim deyilsən, 
Bu gündən vəzifədən
Səni rədd eyləyirəm! 


98
-Ey böyük əmir, 
Axı təqsirim nəydi? – 
Soruşdu hakim. 
-Sən tülkü kimi 
Çox hiyləgərsən, 
Yaxşı bilirsən -
Tərif qarşısında
Dözmür hər insan. 
Həqiqət hissini öldürür tərif 
Axmaq hökmdarların qəlbində.
Bu da onun öz xalqına 
Acı yaşadar. 
İndi ölkədə
Hər yaltaq 
Layiqli cəza alacaq 
Tərifl i sözlərlə
Mədh etsə məni. 
Və yalnız onda
Məmləkətdə qanun-qayda olacaq. 
İndisə rədd ol! – 
Söyləyib Teymur
Qaş-qabaqlı halda
Çıxdı otaqdan... 
Bəli, 
Tarix üçün yüz il
Bir andır. 
Bax biz – 
Zəhmli əmirin
Öz vətənində, 
Yubuleyində 
Danışırıq onun 


99
Yaxşı və pis 
Əməllərindən. 
Zalda yanımızda
Oturubdur yeni, 
Cavan bir hakim. 
Elə istəyirəm, 
O da düşünsün 
Teymurun dediyi 
Sözlər haqqında.
Lap gec olsa da, 
Həmin o tarixdən
Altı əsr yarımlıq
Bir vaxt keçsə də... 
- Gözəl şeirdi – prezident dedi. – Anlayan insan üçün burda 
zəmanəmizin çox vacib və təhlükəli probleminə toxunulub. Bütün 
yaltaqlar ikiüzlü kələkbazdırlar. Mən buna tam əmin olmuşam 
və onlardan ehtiyat edirəm. Çünki, bu mənim hakimiyyətə ikinci 
gəlişimdir. Birinci rəhbərlik dövrümdə mən yüzlərlə, hətta minlərlə 
insana yüksək vəzifələrə qalxmağa kömək etmişdim.  Onlar hamısı 
vaxtilə mənə elə tərif deyirdilər ki, mən az qala göydə uçurdum. 
Mənə qarşı həmlələr başlayanda və mən vəzifədən çıxandan sonra 
isə onların çoxu məndən üz döndərdi. Çoxları üçün gözlənilmədən 
mən yenidən hakimiyyətə gəldikdə isə həmin adamlar yenidən arı 
bala yapışan kimi, mənim ətrafıma yığışdılar. Amma, indi mən 
bilirəm, kim kimdir. Çox şeyə gözüm açıldı. 
- Güman edirəm, ağlıma gələnləri deməmək mənim  şair 
təbiətimə uyğun deyil, ona görə  də deyirəm. – Xahiş edirəm, 
inciməyin. Amma, axı vaxtilə siz də, bizim ağsaqqal Kunayev də 
Brejnevi az tərifl əməmisiniz. 
- Bəli, bəzən Brejnevin diqqətini öz respublikana, iqtisadi, 
mədəni problemlərə yönəltmək üçün xoşagəlməz şeylər etmək lazım 
gəlirdi, - o dedi. – Amma, bu mənim birinci hakimiyyətim dövrünə 


100
aiddir. İndi isə mən tamam başqa adamam. Bu axşam mən Səməd 
Vurğunun şeirini əzbər deyəndə, camaat ayağa durub mənə əl çalırdı. 
Kənardan belə görünə bilər ki, bu insan hakimiyyətdə olmasına 
baxmayaraq mənəvi dəyərlərdən kənar düşməyib, buna görə  də 
insanlar ona belə ehtiramlarını bildirirlər. Amma, baş verənlərə 
mənim bu günkü mövqeyimdən yanaşsaq, tamam başqa mənzərə 
yaranır. Düşünürəm ki, əgər orada olanların 20 faizi həqiqətən məni 
mənəvi dəyərlərə biganə olmadığıma görə alqışlayırdısa, qalan 80 
faiz mənim prezident statusuma əl çalırdı. Bütün 100 faizi yalnız öz 
xidmətinin nəticəsi hesab edən kəs isə Türkmənbaşının bu günkü 
vəziyyətinə düşər.
Söhbət gecə saat üçə kimi davam etdi. Mən bu yazıda yalnız 
yaltaqlıq mövzusu ilə bağlı olan məsələləri xatırlatdım. Bizim gecənin 
ortasına kimi ayıq qalmağımızın səbəbi isə Heydər Əliyevin məni öz 
oğlu İlhamla tanış etmək istəməsi idi. O, Azərbaycanın əyalətlərindən 
birinə ezamiyyətə getmişdi və bu saatlarda geri qayıtmalı idi. Amma, 
aeroport  ərazisində duman olduğundan onun təyyarəsi gecikirdi. 
Səhər isə  mən Almatıya qayıtdım. Hazırda Azərbaycana rəhbərlik 
edən İlham Heydər oğlu ilə görüşmək o vaxt mənə qismət olmadı. 
Ölümündən bir il əvvəl Aytmatov mənə zəng edərək “Gəl bir yerdə 
Azərbaycana gedək” – dedi. Amma, mən həmin vaxt xəstəxanada 
yatırdım. Çingiz Torekuloviç mənsiz getdi və yüksək əhval-ruhiyyə 
ilə qayıtdı. Azərbaycan prezidenti ilə görüşdən o, çox razı qalmışdı. 
Keçmiş Sovet İttifaqının müstəqillik qazanmış respublikalarının 
rəhbərləri arasında yalnız bir neçəsi siyasətdə kosmopolit təsirlərə 
məruz qalmayıb. Məncə İlham Heydər oğlu da belələrindəndir. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə