|
Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государствŞAXANOV. Televiziya kanallarından birində körpə
125
ŞAXANOV. Televiziya kanallarından birində körpə
vaxtı canavarlar tərəfi ndən oğurlanan və elə onların arasın-
da da böyüyən Juma Jumayev adlı bir nəfərlə söhbət gedir-
di. Uzun illər o, ana canavar və onun baalalarının yanında
yaşayıb və ovçular onu tapanda artıq tam vəhşiləşibmiş.
Vəhşi adamı tutmaq üçün ovçular onun dalıyca xeyli qa-
çmalı olublar. Tutandan sonra isə dəmir qəfəsə salıblar.
-Adamlar məni qəfəsə salandan sonra mənim anam
(o, dişi canavarı anası hesab edirmiş) həyatını riskə at-
araq məni xilas etməyə çalışırdı. O, dəmir barmaqlıqları
gəmirir, ətrafda vurnuxaraq yanıma keçməyə çalışırdı.
Sonra ovçular onu öldürdülər. Canavarlarla yaşayanda
mən onlardan pislik görmədim. Onlar çox ədalətlidirlər.
İnsanların arasında isə mən belə xoş münasibət və köməyi
çox az görürəm. – deyə Juma danışırdı.
AYTMATOV. Əkbər və Taşçaynar barədə yazmazdan
əvvəl mən canavarların davranışı, xarakteri, həyatını xeyli
araşdırdım, bu barədə çoxlu kitab oxudum. Canavarların
həyatı sərt qanunlarla nizamlanır və çox maraqlıdır.
Məsələn əgər qış həddindən artıq sərt keçmirsə və ca-
navarların acından qırılmaq təhlükəsi yoxdursa onlaar heş
vaxt öz ərazilərindəki mal-qaraya hücum etmir. Əksinə,
onlar öz ərazilərini qoruyaraq sürüyə başqa canavarların
yaxınlaşmasına imkan vermirlər. Sürüdəki canavarlar
hər gecə öz ərazilərinə nəzarət edir və onun sərhədlərini
öz ifrazatları ilə işarələyirlər. Ana canavarın balaları olan-
da isə bu “növbətçilik” daha ciddi şəkildə həyata keçiril-
ir. Ərazidə “özgə” canavar peyda olan kimi onu qovur-
lar. Anlayırlar ki, əgər bu “özgəsi” ərazidəki mal-qaranı
tələf eləsə heyvanların sahibi yerli canavarları günahkar
biləcək və bunun əvəzini çıxmaq istəyəcək. Bu zaman isə
heç bir təqsiri olmayan bala canavarlar məhv edilə bilər.
Sən heyvandakı məntiqə bax!
126
ŞAXANOV. Hələ lap balaca uşaq ikən eşitdiyim bir
hekayət indiyə kimi yadımdadır. Çobanın yaşadığı evdən
bir qədər aralı bir canavar küçükləyir. Çoban öz işi ilə
məşğul olur və canavarlara dəymir. Canavarlar da özləri
üçün yaşayır və çobana ziyan vermirlər. Bu minvalla onlar
xeyli vaxt qonşu olurlar.
Dəfələrlə aulun cigitləri canavarın balalarını apar-
maq istəyirlər, amma çoban onlara imkan vermir. Dünya-
da balaları əlindən alınmış ana canavardan kinli yırtıcı
yoxdur. Belə olarsa o, sürüdəki bütün qoyunların boğazını
gəmirib onları tələf edər. Ata canavar da dişi ilə bərabər
qonşusunun qoyunlarını qoruyurdu və öz həmcinslərini
yaxına buraxmırdı. Amma, bir gün gözlənilməz hadisə
olur. Yuvalarından çıxmış canavar balaları günün altında
oynayarkən təsadüfən bir quzunu öldürürlər. Bunu çoban
da görür. Növbəti gün isə o, baş verənlərdən sonra canav-
arların özlərini necə aparacağına baxmaq istəyir. Və çox
təəccüblənir. Onun qoyun sürüsündə boynundan kəndir
sallanan başqa bir quzu var idi.
Maraqlıdır ki, canavarlar öz balalarının hərəkətindən
“utanaraq” gecə gedib başqasının sürüsündən bir quzu
oğurlayıb və çobana gətiriblər.
AYTMATOV. Düşünürəm ki, hər bir savadlı insan Tsi-
alkovskinin sözləri üzərində fi kirləşməlidir. O, deyib ki,
“insan təbiətə qarşı güc tətbiq edib və indi də təbiətin ona
qarşı güc tətbiq etməsini gözləməlidir”.
Alimlərin gözlənilməz (və çox qorxulu) bir ehtimalı
da bu deyilənləri təsdiqləyir. Onlar belə bir fərziyyə irəli
sürüblər k, bizə qədər yer kürrəsində dörd dəfə həyat olub.
Bu hipotezaya inansaq əvvəlcə dəhşətli zəlzələ yer
üzündə həyatı məv edib, ikinci dəfə bütün dünyanı əhatə
edən qanlı müharibə, sonra yeni kəşf olunmuş çox güclü
silah, sonuncu dəfə isə planetimizi su basması üzündən in-
127
sanlar yer üzündən silinib. Bütün bu kataklizmlərin səbəbi
isə insanın ruhən kasadlaşması, acgözlük və allahsızlıqdır.
Bu amillər insanları təbiəti talan etməyə, dağıtmağa vadar
edir. Budur həqiqət!
ŞAXANOV. Yəqin ki, biz min illərin tarixi boyu zər-
rə-zərrə toplanan zəngin insan mənəviyyatının hansı səbəb-
dən dəyərini itirdiyini düşünən yeganə şəxslər deyilik. Necə
olur ki, getdikcə ürəklər daşa dönür, sərtləşir, xeyirxahlıq
və mərhəmət hisslərinə isə indi çox az rast gəlinir?
Alaq otları məhv edilməyincə, düyü rahat böyüyə
bilməz. Və əgər biz vaxtlı vaxtında cərgələrin arasında alaq
təmizləmə işləri aparıb, insan təhtəlşüurundakı ibtidai in-
stinktləri, sadist meylləri məhv etməsək, insanlığa qarşı
cinayətlər potensial təhlükədən gündəlik reallığa çevrilə
bilər.
Televiziya, kinoteatr, videosalonların ekranları
əzazilliyi təbliğ edən “dəhşət fi lmləri” tərəfi ndən zəbt ol-
unub. Bu fi lmlər gecə-gündüz zoru, təhqiri, işgəncələri
təbliğ edir. Kitab rəfl əri heç bir yüksək bədii dəyəri ol-
mayan, amma amansızlıq atavizminə qida verən kəskinsü-
jetli döyüş əsərləri, trillerlərlə doludur. Bu mənada deyə
bilərik ki, “kütləvi silah” növlərinin ən geniş çeşidləri bi-
zim şəhərlərin küçələrində açıq satışdadır...
AYTMATOV. ... İndi fi krimizi problem üzərində tam
cəmləşdirmək vaxtıdır: sadizmə zəmin yaradan, onun
hərəkətverici motivləri nədən ibarətdir – sadizm haradan
və niyə yaranır, onun cəmiyyətin mənəviyyatına təsiri nə
səviyyədədir və bizi hansı aqibət gözləyir?..
Bəlkə də “sadizm” sözünün mənasını hamı bilmir.
Lüğətə müraciət edək. Fransız yazıçısı Markiz de Sadın
(1740-1814) adını daşıyan bu termin cinsi pozğunluq
mənası verir. Bu pozğunluq zamanı insan tərəfdaşına fi ziki
Dostları ilə paylaş: |
|
|