131
- Ərəb alimin dediklərinə görə o vaxt Otrarda 1100-dən artıq
zəmanəsinin tanınmış elm adamı - bütöv bir alimlər pleyadası
olub, - Aytmatov dedi. – Əbəs
deyil ki, o vaxt böyüklüyünə görə
İskəndəriyyə kitabxanasından sonra ikinci kitabxana Otrarda olub.
Zənnimcə Otrarın tarixinin öyrənilməsi təkcə Qazaxıstan və Orta
Asiya ölkələri üçün deyil, tarixə, dinya sivilizasiyasının mənəvi
cəhətdən zəngin və humanist inkişafına hörmətlə yanaşan hər bir kəs
üçün vacibdir. Buna görə də mən Otrarın
unikal mənəviyyat tarixinə
laqeyd yanaşan siyasətçiləri başa düşə bilmirəm.
- Otrarda İsgəndəriyyədən sonra ikinci ən böyük kitabxananın
olması barədə informasiyanı sizdən bir daha eşitdim. Əgər Otrarda
həqiqətən belə böyük kitabxana var idisə, onda 1100 alimdən
başqa daha minlərlə oxucu da olmalı idi axı? İndi isə bu günümüz
barədə. Misal üçün yalnız Otrarın əhalisini götürək. Onlardan
çoxu
universitet bitirib, bəd ayaqda orta məktəbdə oxuyub. Hər
halda oxuyub-yazmağı bacarmayanlar yoxdur. Buna baxmayaraq
oxucuların sayına görə qədim Otrarla bu günkü şəhəri müqayisə
etmək belə olmaz. İndi çox yəqin ki, Otrardan uzağı on-on beş alim
olar. Amma biz otrarlılar onların adlarını bilsək də mahiyyətlərindən
xəbərimiz yoxdur. Mən artıq
sizə demişəm ki, Otrardan olan bir alim
bir jurnalın 17 sayında ardıcıl olaraq 1986-ci il Dekabr üsyanı barədə
ifşaedici məqalələr dərc etdirib. Bu dərin mənalı məqalələr faktiki
olaraq dilimizin və milli maraqlarımızın müdafi əsinə yönəlmişdi.
Bu alimlərdən bəziləri isə otrar sivilizasiyasını yerlə yeksan edən
Çingizxanın və onun satraplarının istilasına haqq qazandırmaq üçün
əllərindən gələni ediblər.
- Mən belələrini başa düşə bilmirəm – deyə Aytmatov qaşlarını
çatdı.
- Təssüfki, bu belədir – mən davam elədim. – Savadlılığa
gəlincə isə Çingizxanın istilasına kimi mövcud olan şanlı oxucu
ruhu bizim dövrümüzdə tam məğlubiyyətə uğrayıb. Bəlkə də yenə
o qədim dövrlərdəki kimi kitabları diqqətlə oxuyan insanlar var.
Amma, onların sayı azdır. Bu gün “qarının” maraqları ön plana
132
keçib. Kitab oxumaq, intellekti inkişaf etdirmək isə artıq
kimlər
üçünsə vaxtı boş yerə itirməkdir. Totalitar Sovet İttifaqı sistemində
sovet insanlarının mənəvi qidaya olan böyük təlabatı nəticəsində
sizin kitablar yüzminlərlə, yarım milyon tirajla çap olunurdu. O
dövrdə mənim qazax dilində yazdığım şeirlər toplusu kitabı 200
min tirajla çıxmışdı. İndi isə kitablarımız 1000, 2000 və ya 3000
tirajla çıxanda bunu böyük nailiyyət hesab edirik. Bu gün kitab
yayımı sistemi də məhv edilib. Yazıçılar kitablarını evdə saxlayır və
qohumlarına, dostlarına, tanışlarına paylayır. Özü də bu kitablar çox
vaxt böyük əziyyətlə, yalnız sponsorların köməyi ilə nəşr olunur.
Qazaxıstanın bütün kitab mağazalarında kitabların 90-95 faizi, bəzən
isə lap 100 faizi pusiya nəşriyyatlarının məhsuludur. Bu da əsasən
heç
bir bədii dəyəri olmayan, zorakılığı, mənəviyyatsızlığı, seksi
təbliğ edən bulvar ədəbiyyatıdır. Bəs hanı bizim müstəqillik? Biz
suveren Qazaxıstanda yaşayırıq, yoxsa yenidən Rusiyanın tərkibinə
girmişik? Bu suallar tez-tez adamın ağlına gəlir. Əlbəttə biz qətiyyən
bunun əleyhinə deyilik ki, Qazaxıstanda Rusiya alimləri, yazıçıları
və başqa yüksək intellektli müəllifl ərin nümunəvi əsərləri yayılsın.
Biz bunu heç ağlımıza da gətirmərik. Biz sadəcə olaraq Rusiya
nəşriyyatlarının məzmunca zəif, ucuz məhsullarının
köməyi ilə
qazax dilində kitabları sıxışdırıb dövriyyədən çıxaran, bununla da
qazaxlar üçün qazax ədəbiyyatını əlçatmaz edən öz hakimiyyətimizin
kosmopolitizminə hiddətlənirik. Son illər Qazaxıstanda təkcə aullarda
10 min kitabxana məhv edilib ki, onlarda da əsasən qazax yazıçıları,
alimlərinin əsərləri saxlanılırdı. Kim bunu fi kirləşib? Vaxtilə Hitler
10 min kitabı yandırdığına görə bütün dünya ictimaiyyətinin qınaq
obyektinə çevrilmişdi. Qazaxıstanda isə buna
tam biganəlik görmək
olar. Hətta daim dilimizlə bağlı problemləri qabardan deputatlar
– Murtuza və Onqarsınova da sanki ağızlarına su alıbmış kimi bu
dəhşətli faciəyə reaksiya vermədilər. Qorxurlar ki, hakimiyyətin
qəzəbinə gələrlər. On min kitabxananın məhv edilməsi miqyasına
görə heç də Çingizxanın istilasından geri qalmayan bir faciədir və
millətə qarşı, xalqımızın mənəvi zənginliyinə qarşı yönəlib.
133
Otrarın girişində bizi rayonun akimi Zaurbek Salıkbay qarşıladı.
Əvvəlcə Muxtar Kojanın rəhbərlik etdiyi Otrar tarix-memarlıq
muzeyinə baxdıq. Almas Akılbek və Asxan Maylıbayevaya
müsahibəsində (“Ontüstük Qazaxıstan” qəzeti, 22 aprel 1998-ci il)
Çingiz Torekuloviç deyirdi:
“Dostum Muxtarın sayəsində mən Otrarın tarixini
çox yaxşı bilirəm. Buna görə Otrarı mən də özümə qəlbən
yaxın hesab edirəm. Amma, necə deyərlər, yüz dəfə
eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Mən çoxdan heç
olmasa bir dəfə bu yerlərə gəlməyi arzulayırdım. Bu gün
nəhayət ki, bəxtim gətirdi. Çox şadam. Mən vaxtilə Otrarın
necə yüksək mədəniyyət səviyyəsinə ucaldığına heyranam.
Heyfsilənirəm ki, hər şey Çingizxanın ordusu tərəfi ndən
məhv edilib...”
Bundan sonra Əbu Nəsr əl-Fərabi adına mədəniyyət sarayında
görüş oldu. Aytmatov Otrar rayonunun “Fəxri vətəndaşı” seçildi,
şair-improvizator Aselxan Kalıbekova isə ona bir şeir həsr elədi.
Sonra isə mənim həmyerlilərim Çingiz Torekuloviçi nəhəng bir
nər-dəvənin üstünə otuzdurdular. Böyük insan kütləsi isə dəvəni
əhatəyə alaraq və əllərini Çingiz Torekuloviçə uzadaraq avtoqraf
istəyirdi. Aytmatov Darxan Mınbay və Serikjan Seytjanova üzünü
tutaraq dedi: “Lap mənim “Gün var əsrə bərabər” romanımdakı
kimi, nəhəng dəvənin belində oturmuşam və avtoqraf paylayıram.
Mən həyatımda
ilk dəfədir ki, belə situasiyadayam. Mənə belə
təkrarolunmaz və unudulmaz anları bəxş edən otrarlı qardaşlarıma
çox böyük təşəkkürlər!”
Müsəlman aləmində bəzən ikinci Məkkə də adlandırılan
Türküstan şəhərinin girişində bizi akim Ualixan Kaynazarov
qarşıladı və Hoca Əhmet Yasəvinin məqbərəsinə apardı. Sonra
Qazaxıstan-Türkiyə universitetinin rektoru, tanınmış akademik,
sonradan Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti olmuş