134
Murat Jurinov bizə universitetin “Fəxri professoru” adını təqdim
etdi.
Növbəti il Mərkəzi Asiya Xalqları Assambleyasının
növbəti
toplantısında iştirak etmək üçün Daşkəndə gedərkən, vilayətin yeni
akiminin dəvəti ilə Şımkentə də dəydik. Şəhərin mərkəzində böyük
mitinqdə çıxış elədik. Düz gecə yarısına kimi Berdibeklə ədəbiyyat və
incəsənət barədə maraqlı söhbət etdik. Aytmatov onun ədəbi zövqü,
geniş dünyagörüşü və erudisiyasına heyran olmuşdu. Biz təklikdə
qalanda isə Şıken razılıqla dedi: “Bu oğlanın yaxşı karyera qurması
üçün gözəl imkanları var. Sənin doğma diyarın,
onun çox qabiliyyətli
sakinləri mənim də dünyagörüşümə böyük təsir göstərdilər”.
135
İSLAM KƏRİMOV
VƏ
QOHUM QAN GENOFONDU
1998-ci ilin yazında Özbəkistanın “Şərq” nəşriyyatının
sayəsində «Uçurum üzərində ovçu fəryadı» (Əsrin sonunda etiraf)
kitabı Nabijan Baki və Yakubjan Kojaberdinin tərcüməsində
özbək dilində 10 min tirajla çap olundu. Aytmatovla mən kitabın
çox yüksək səviyyədə keçirilən xüsusi təqdimat mərasiminə dəvət
olunmuşduq. Tədbirə toplaşan yazıçılar, alimlər, incəsənət xadimləri,
intelligensiya və gəncliyin nümayəndələri kitab haqqında xoş sözlər
dedilər. Özbəkistanın əsas telekanalında bizim iştirakımızla birbaşa
efi r təşkil edilmişdi. Kitabdan parçalar isə respublikanın
bir neçə
qəzetində dərc olunmuşdu.
Kitabın özbək dilində çap olunması və onun əhali arasında
populyarlaşdırılmasının təşəbbüskarı Özbəkistan prezidenti İslam
Kərimov idi. Bu kitabı rus dilində diqqətlə oxuyan prezident
Qırğızıstan Respublikasına rəsmi səfərlərindən birində Aytmatov və
mənimlə görüşüb xeyli söhbət etdi. “Dörd ana və ya doğma torpağa
dayaq” fəslində biz qeyd edirdik ki, bəzi xalqlarda qan qohumluğu
olan şəxslərin nigaha girməsi (məsələn, böyük qardaşın qızını
kiçik qardaşın oğlu ala bilər) normal hesab edilir və bu millətin
genofonduna mənfi təsir göstərir. Problem kitabda belə işıqlandırılır:
“ŞAXANOV. 8-9 il bundan əvvəl məni Jambıl
vilayətindən bir oğlan axtarıb tapıb. Onun kiçik qardaşı
Almatı universitetlərindən birində birinci kursda
oxuyurmuş.
-Bizim qohumlardan bir qız var. Onlar bir-birilərini
seviblər. Qardaşım bizə bəyan edib: “Onunla evlənirəm!
İcazə verməsəniz, özümü öldürəcəyəm”. Vəssalam!
Başqa heç nə eşitmək istəmir. Biz hamılıqla onu fi krindən
daşındırmağa çalışmışıq. Yaxşılıqla da yola gətirməyə
cəhd göstərmişik, danlamışıq da – xeyri yoxdur. Nəhayət,
137
AYTMATOV. Bizim üçün bu dəhşətdir. Tundrada,
tayqada isə bu boş əyləncə deyildi, əxlaqsızlıq deyildi. Kiçik,
barmaqla sayıla biləcək qədər nümayəndələri olan, sağ
qalmaq uğrunda mübarizə aparan bir xalq üçün bu bəlkə
də genofondu yeniləməyin yeganə yolu idi. Məlumdur ki,
yaxın qohumlar arasında nigah, insest qüsurlu nəslin əmələ
gəlməsinə səbəb olur. Bu isə xalqın məhv olmasına gətirib
çıxarır. Bizim ulu babalarımızın böyüklüyünü sübut edən
bir amil də bizə vəsiyyət edilən ənənəvi “jeti ata” (yeddi
ata, yeddi arxa) məsələsidir. Yəni yeddinci pilləyə kimi
əcdadları tanımaq. Bu ənənə ana südü ilə birlikdə hər
növbəti nəslin təfəkkürünə həkk olur. Mənəvi və həyati
baxımdan çox vacib olan bu aksiomaları bizə öyrədən bu
müdrik, qayğıkeş ağsaqqalları səhra akademikləri hesab
etmək olar”.
Sonradan “Cəzalandıran yaddaşın kosmoformulu” (Çingizxanın
özü ilə apardığı sirr) əsərimdə mən bu problemin üzərində ətrafl ı
dayanmışam. Nə vaxtsa Avropada sibir xorası xəstəliyi yayılmışdı və
bəlli olub ki, səbəb budur. Əgər heyvanın sümüklərini üyüdərək un
halına salıb mal-qaraya yedizdirəndə onun çəkisi həmişəkindən iki
dəfə sürətlə artır. Amma, alimlər belə nəticəyə gəliblər ki,
heyvan öz
atasının və ya anasının sümüklərinin tozu qatılan yemi yeyərsə sibir
xorası epidemiyası baş qaldırır. Qvineya-Bisauda isə övladların öz
ölmüş ata-anasının beynini çiy halda yeməsi adətdir. Çünki, onlarda
belə hesab edilir ki, bu yolla uşaqlar valideynlərinin müdrikliyini
qazanır. Bu ölkədə də sibir xorası xəstəliyi geniş yayılıb.
- Məsələn, qazaxlarda və qırğızlarda yeddi pillə bu tərəfə
qohumların qızları ilə evlənmək olmaz. Bizdə, özbəklərdə isə doğma
qardaşların uşaqları bir-biri ilə ailə qurur. Görünür, bunun qarşısını
almaq üçün xüsusi qanun qəbul eləmək lazım gələcək. Sizin kitabı
oxuyandan sonra mən bu qərarımda
bir qədər də qətiləşmişəm, -
İslam Kərimov dedi.