138
Sonralar Türkiyədə keçirilən
bir elmi konfransda olarkən,
Özbəkistandan gəlmiş bir alimdən eşitdim ki, belə qanun artıq qəbul
edilib.
Tanınmış qırğız alim Batıralı Sıdıkov Alma-Atada (1971-
ci il) Qazaxıstan respublikası Elmlər akademiyasının Biologiya
institutunda “Qoyunların artırılmasının əsasları” mövzusunda
namizədlik dissertasiyası müdafi ə edərək sübut edib ki, dörd arxa
bu tərəfə qan qohumluğu olan heyvanları da
bir-biri ilə cütləşdirmək
olmaz. Insanlar barədə isə heç danışmağa dəyməz...
Açığı bizim ölkəmizdə boş vaxtlarda İslam Kərimov haqqında
çox danışırlar. Amma, mənim zənnimcə o, bizim bəzi Mərkəzi Asiya
respublikalarının ruhu olmayan, milli köklərdən ayrılan və iliyinə
kimi ruslaşmaya məruz qalan rəhbərlərindən fərqli olaraq öz dilini,
milli maraqlarını qoruduğuna görə böyük hörmətə layiqdir.
139
STOKHOLMDAN GƏTIRILMIŞ ILAN ƏTI
2001-ci ildə mən hələ Qazaxıstanın Qırğızıstandakı səfi ri
olarkən, ürəyim məni tez-tez narahat etdiyi üçün xəstəxanada
müalicə olunurdum. Qırğız həkimləri təəssüfl ə bildirdilər ki, mən
ayaqlarımda miokarda infarkt keçirmişəm. Aytmatov xəstəxanada
mənə baş çəkib, sonra Brüsselə getdi. Bir aydan sonra o, Bişkekə
qayıtdı. Axşam isə bizə gəldi. Çay içdiyimiz vaxt o, əlindəki bir
bağlamanı açaraq dedi:
- Muke,
sən amma, qorxma. Brüsseldə öz işini çox yaxşı bilən
bir ara həkimi ilə məsləhətləşdim . İnfarktın müalicəsi üçün ən təsirli
vasitələrdən biri ilan ətidir. Mən nə vaxtsa sənin boynunda böyük
bir ilanla şəklini də görmüşəm. Yəqin bir o qədər də qorxmazsan. Bu
hisə verilmiş ilan ətini mən Stokholma adam göndərib gətizdirmişəm.
Yaxşı olar ki, sən müalicəyə elə bu dəqiqə başlayasan.
O, polietilen plyonkaya bükülmüş qabı mənim qabağıma qoydu.
Mən uşaqlıqdan “ilan” adı gələndə titrəyirdim, ona görə də
donub qaldım. Əlbəttə, aulda məktəbə gedərkən və ya mal-qaranı
otararkən çöllükdə, tuqayların arasında, dağların döşündə cürbəcür
ilanlar görmüşdüm. Buna baxmayaraq bu məxluqlara qarşı olan
qorxum indiyə kimi canımdan çıxmamışdı. Bir dəfə Kanşayım,
Jomart, Ayşorek və mən Taylanda getmişdik.
Orada küçələrdə
adamlar qol yoğunluğunda zəhərsiz və dinc ilanları boyunlarına
sarıyıb gəzirdilər. Bəzi cəsarətli adamlar da sahibinə pul verərək
boyunlarında bu ilanlarla şəkil çəkdirirdilər. Birtəhər özümü ələ alıb
mən də şəkil çəkdirmişdim. Aytmatov da həmin şəkli görmüşdü.
Baxmayaraq ki, onda demişdi: “Ola bilməz, yəqin oyuncaq ilandır”.
Uşaqlığımdan bir hadisə yadıma düşdü. 6-cı sinfi bitirəndən
sonra mən dayım gildə kolxozda (“Juldız” kolxozu, badam şöbəsi),
Şımkent şəhəri yaxınlığında yaşamışam. Tətil günlərində böyüklərlə
birlikdə kolxoz sahələrində işləyirdim. Səhər sübhdən axşama kimi
biz arxları təmizləyirdik. Amma, nə qədər yorulsaq da, bizim briqadir
Oksikbay
- çox ürəyi geniş, amma kolxozun işinə fanatikcəsinə
140
sadiq olan bir insan bizi evə tez buraxmazdı. Aramızda Zulpan adlı
gənc bir qadın var idi ki, istənilən ilanı quyruğundan tutub briqadiri
qorxudurdu. Yəqin ki, ilandan qorxmayan adam yoxdur. Amma
Oksikbay ağanın ilanlardan qorxmağı tam başqa bir tamaşa idi. İlanı
görəndə o, az qala huşunu itirirdi. Gözləri bərəlirdi, əl-ayağı əsirdi,
bir sözlə – acınacaqlı hala düşürdü. Onun bu qeyri-adi panikası bizi
həmişə güldürürdü. Bəzən evə tez getmək istəyəndə biz hamımız ilan
axtarmağa başlayırdıq. Tapanda isə Zulpan-jengənin yanına qaçıb
pıçıltı ilə ilanın harada oldğunu deyirdik. Bu qadın isə o dəqiqə ilanı
quyruğundan tutub briqadirin üstünə gedərək: “Camaat çox yorulub.
Evə getməyə icazə verirsiniz, ya yox?” – deyirdi. Oksikbay-ağanın
rəngi ağarırdı, əllərini yellədə-yellədə qaçaraq: “Oy-oy, tez, tez
gedin evə,
icazə verirəm, icazə verirəm!” – qışqırırdı.
İndi isə tale belə gətirib ki, mən Aytmatovun xətrinə dəyməmək
üçün ilanın ətini yeməliyəm. Amma, nə qədər toparlansam da özümü
buna məcbur edə bilmirdim və vaxtı uzadırdım. Bunu görən bacım
Qaliyə, Çingiz Torekuloviç, Ayşorek – üçü də məni ürəkləndirmək
üçün ilan ətinin dadına baxdılar.
Mən də nəhayət ki, əlimi paketə
uzatdım və sonra bir-neçə gün ərzində ətin hamısını yeyib qurtardım.
Bax bu cür insanları qorxudan əsməyə vadar edən ilan mənim
dadıma çatdı. Və indi kitablarda və ya televizorda ilanın təsvirini
görən kimi gözümün önündə Aytmatovun əziz xatirəsi ilə bağlı olan
həmin axşam canlanır.
141
CORC SOROSLA GÖRÜŞ
Tükənməz var-dövlətin problemi
28 milyardin sahibi piyada gəzir
və ya həqiqi xoşbəxtlik zirvəsinə aparan
yeganə yol
2003-cü ilin bahari. Axşam Qırğızıstan Respublikasının
köməkçisi səfi rliyə zəng edərək məni Əcgər Akayevlə calaşdırdı.
-Muxtarjan, - deyə Əsgər Akayev salamdan sonra mətləbə keç-
di, - sizin “Sivilizasiyanın yanılması” mənzum romanınızın rus və
ingilis dillərində olan nəşrləri mənim qarşımdadır. Bu kitabda belə
misralar var:
...Corc Soros
Bir dəfə etiraf etdi:
“Mən öz sərvətimi
Maliyyə bazarlarından
Qazansam belə,
Bir şeyə görə çox narahatam.
Kapitalizmin sonsuz inkişafı,
Hüdudsuzluğu,
Həyatın bütün sahələrində
Bazar münasubətlərinin tətbiqi
Bir gün böyük təhlükəyə çevrilə bilər
Açıq, demokratik cəmiyyət üçün.
Düşünürəm ki,
İndi də bizim əsas düşmənimiz
Kommunizm yox,
Kapitalizmdir...
Vaxtı çatıb ki,
Biz öz səhvlərimizə bir nəzər salıb
Tədbir görmək üçün
Bir sxem quraq”.