129
Yəqin bu gün məni belindən yerə atmaq
istəyən atda xüsusi bir
inad var, - Çingiz Torekuloviç fi kirli-fi kirli bildirdi və gülümsədi. –
Muxtar, iki il əvvəl sən mənə tulpar haqqında şeir oxumuşdun. O,
insanın mənfur bir hərəkətinə çox gözəl davranışla cavab vermişdi.
Nə gizlədim, bu şeir mənə çox təsir eləmişdi. Brüsseldə və Moskva-
da tanışlarıma həmin şeirin məzmununu danışmışam. O şeiri bir də
oxu. Qoy bu cavanlar qulaq assın.
- Bu şeir hələ bitirmədiyim böyük poemaya daxil ediləcək.
Buna görə də hələ çap olunmayıb. –dedim. – Həm də bu uydurma
deyil, olmuş şeydi. Şeiri əzbər bilmədiyim üçün qısa məzmununu
danışacağam: “Bir qoca kişinin yaxşı qaçan madyanı var imiş ki,
cıdırda əsas mükafatı həmişə o alırmış. Onu bir qaçağan ayğırla
cütləşdirirlər və madyanın iki dayçası doğulur. Onlar böyüyür və
şan-şöhrətləri bütün ətrafa yayılan, yarışda hətta küləyi də geridə
qoyan arqamaka çevrilirlər. Atlardan birini çox baha qiymətə varlı
bir nəfərə satırlar. İki-üç ildən sonra bu çapağan atların atası olan
ayğır ölür. Qoca kişi öz madyanı ilə cütləşdirmək
üçün başqa bir
ayğır axtarır, amma yaxınlıqda tapa bilmir. Ona görə də qərara
gəlir ki, onu özünün doğduğu ayğırla cütləşdirsin. Amma, əsl cins
ayğırlar heç vax öz anaları və ya bacıları ilə cütləşmirlər. Bunu
bilən qoca hiylə işlətmək istəyir. Madyanın bütün bədənini başqa
atın təri ilə sürtür ki, onun iyini dəyişsin. İnandırıcı olsun deyə
atın üstünə çul da atıb cavan ayğırı buraxır. Bu hiyləyə aldanan at
madyanla cütləşir. Amma, bir an sonra anlayır ki, bu onun anasıdır.
Qəzəblənən at dəhşətli kişnərti ilə qocaya cumub təpiklə onun aya-
qlarını sındırır və dağlara qaçıb özünü uçuruma atır... Bax belə bir
hadisə olub.
- Bunda böyük məna var. Bu şeiri mənə verərsən.
Mən onu Ab-
dulla Aripova göstərəcəyəm ki, bunu özbək dilinə tərcümə etsin –
Adil-əkə dedi.
- Bu yaxınlarda Rusiyanın televiziya kanalında bir tükürpədici
şey göstərirdilər ki, danışmağa adamın dili gəlmir, - oğlanlardan biri
dedi. – Bir rus kişinin öz doğma qızından iki uşağı var. Özü də ata-ba-
la bir-birilərinə olan qarşılıqlı hisslərdən elə həvəslə danışırdılar ki...
130
Sizin danışdığınız
hadisə bunu göstəriri ki, bəzən heyvanlar insan-
lardan daha mərd olurlar.
Sonra biz Arıs şəhərindən Otrar rayonuna getdik. Yolda da söh-
bət yalnız Otrar barədə getdi.
- Keçən il Brüsseldə mən bir ərəb alimlə xeyli söhbət elədim,
- Aytmatov dedi, - məlum oldu ki, o, qazaxların dahi əcdadlarından
biri Əbu Nəsr əl-Fərabinin yazdıqlarını araşdırmaqla məşğuldur.
Onun iddiasına görə “Əbu Nəsr elminin dərinliyinə görə okeanı
ötüb və bütün yer üzündə ona tay ikinci alim yoxdur”. Qəribədir
ki, Otrardan Əbu Nəsr əl-Fərabidən savayı otuza yaxın başqa əl-
Fərabilər də çıxıb. Onların arasında
riyaziyyat, astronomiya, fi zika
və başqa elmlərdə dünya səviyyəli kəşfl ər edən alimlər də olub.
Amma, Qazaxıstan, həmçinin sən də bu əcdadlarınızın heç adlarını
da bilmirsiniz. Düzdür?
- Düzdür, - mən təəssüfl ə dedim. – Çox illər əvvəl Şəmşi
Kəldayakov tez-tez deyərdi ki: “Otrarın şanlı oğulları arasında
biz birinci yerdəyik, əgər axırdan saysaq”. Onun bu fi kri ilə tam
razıyam. Birincisi biz bədbəxtlər heç alim deyilik, ikincisi isə ərəb
dilini və ya başqa dilləri bilmirik. Dilləri bilənlər isə bu problemə
biganədirlər. Onlar
gözəl bilir ki, ali rəhbərlik əcdadlarımızın
tarixinin araşdırılmasında maraqlı deyillər, çünki yalnız özləri tarixə
düşmək istəyirlər. Yalnız ərəb dilində dərs keçmiş alim - Absattar
Derbisəli hərdən Otrarla bağlı bir məqalə yazır. Vəssalam. Hələ
Sovet İttifaqı dövründə tək-tük alimlər, məsələn Alkey Marqulan,
Akjan Maşani Əbu Nəsr əl-Fərabinin əsərlərini yığır, tərcümə
edir və kitab halında çap edərdilər. İndi onların çoxu əbədiyyətə
qovuşub, qalanları isə hakimiyyətin bu məsələyə münasibətini
bilərək fəaliyyət sahələrini dəyişiblər. Sovet hakimiyyəti illərində
Qazaxıstan Yazıçılar İttifaqının birinci
katibi Anuar Alimjanovun
şəxsi təşəbbüsü ilə Alma-Atada əcnəbi alimlərin iştirakı ilə Əbu
Nəsr əl-Fərabinin 1100 illiyinə həsr edilmiş böyük təntənəli tədbir
keçirildi. Müstəqil Qazaxıstanda isə bizim əcdadımız Əbu Nəsr əl-
Fərabinin 1125 illiyi və ya 1130 illiyinin respublika səviyyəsində
keçirilməsi təklifi cavabsız qaldı...