148
-
Bu mümkündür, əgər siz, Aytmatov kimi şairlər, yazıçılar,
mənəviyyatla bağlı sahənin nümayəndələri dünyada insanların
düşüncəsini dəyişə bilsəniz, - deyə o, hiyləgərcəsinə gülümsəyərək
cavab verdi.
Heç şübhəsiz ki, Soros çox ağıllı zənginlərdəndir. Dünyada
mənəviyyat çoxdan arxa plana keçib. Baxmayaraq ki, bunun belə
olmadığı barədə əsassız iddialar da tez-tez səslənir.
Bu gün bütün
dünyada elə bizdəki kimi mətbuat və televiziya tam olaraq varlıların
inhisarına keçib və onların əlində həqiqəti yalanla qarışdırıb insan-
lara sırıyan oyuncağa çevrilib. Hər yerdə əsas meyar bizim bir at-
alar misalımızda olduğu kimidir. “Ağzı əyri olsa da, qoy varlının
oğlu danışsın”. Həqiqətin yolunda çoxlu maneələr qoyulur ki, onu
əhalinin əksəriyyəti eşitməsin. Soros özü də bunu gözəl bildiyindən,
özü də müəyyən qədər bu prosesin səbəbkarlarından biri olduğundan
bizə yüngül-istehzalı cavablar verirdi.
Mənim hələ bitməyən “Atlantidanı məhv edən alma” mənzum
romanımın “Tükənməz zənginliyin faciəsi” fəslində belə fi kirlər var:
“Əgər nəzə alsaq ki, insanların yalnız 3 faizi öz başı ilə
düşünür, yaşayır, qalan 97 faizi isə yalnız başqalarını təqlid
edir, onda deyə bilərik ki, hakimiyyət müxtəlif çağırışlar və
hiylələrlə əhalinin böyük əksəriyyətini lazımı səmtə yön-
ləndirə bilər. Demokratiyanın əsas qanununa görə isə azlıq
çoxluğa tabedir. Amma, çoxluq həmişə haqlıdırmı? Vaxtilə
çoxluq müxtəlif tiranlar, hətta bəşəriyyətə dəhşətli əzab-
lar və kədər yaşadan Hitlerin dalıyca dinməz-söyləməz
getməyibmi? Bunun nə ilə nəticələndiyi bütün dünyaya
məlumdur. Qoca tarix dəfələrlə göstərib ki, müstəqil
düşünməyi bacaran azlığın fi kirlərinə, rəyinə əhəmiyyət
verməmək necə böyük bəlalara gətirib şıxara bilər.
Tarixin bu səhifələrini öyrənsək görərik ki, bu günə
kimi bütün dünyada əsl demokratiya zirvəsinə yüksələ
bilən ölkə olmayıb. Həqiqi demokratiya səmasında pər-
149
vazlanmaq imkanı heç vaxt olmayıb. Öz “qarnının”
maraqlarını ön plana çəkən XXI əsr üçün də bu, əlçat-
maz arzu olaraq qala bilər. Başqa sözlə, acgözlükləri
sərhəd bilməyən varlılar, öz maraqlarından başqa heç nəyi
görməyən, mənəvi dəyərləri nəzərə almayan kompüter
qəlbli rəhbərlərin dövründə demokratiyaya nail olmaq
mümkün deyil. Əsl demokratiya qurmaq üçün insan və
cəmiyyət təmənnasızlıq, ruhi təmizlik, humanizm zir-
vəsinə yüksəlməlidir. Mənəviyyatdan məhrum olanlar,
qarınqululuğu özlərinə bayraq edənləri isə döyə-döyə də
olsa demokratiyaya tərəf yönləndirsələr, onlar bu ədalət
məbədinə həmişə oğrun-oğrun, gözdən yayınarq girməyə
çalışacaqlar ki, nəsə çırpışdırsnlar”.
Sorosla görüş məndə də, Aytmatovda
da xoş təəssürat burax-
madı. Ola bilər ki, Əsgər akayev bizi elə ona görə dəvət eləmişdi
ki, biz sonsuz var-dövlətin bəzi gizli tərəfl ərini görə bilək. Dahi əc-
dadımız Əbu Nəsr əl-Fərabi bildirirdi ki, dövlət başçısı on iki əsas
keyfi yyətə malik olmalıdər. Bunlardan biri – var-dövlətin qulu olma-
maq və öz ruhunu sərvətə satmamaq. Bədbəxtlikdən bizim ölkəmiz-
in yüksək rəhbərliyində bu keyfi yyətə malik olan insan yoxdur.
Əksəriyyəti nəinki
mənəviyyat uğrunda döyüşmür, hətta var-dövlət
naminə çoxdan şərəf və ləyaqətini də satıb.
Sərvətin köləsinə çevrilməmək, ona təslim olmamaq üçün
mənim öz prinsiplərim var. Mən Qazaxıstan suverenlik qazan-
mamışdan demokratiya uğrunda mübarizə aparan çox az adamdan
biri kimi, və ya hakimiyyət qarşısındakı nüfuzumdan istifadə edərək
hansısa bir zavod və ya fabriki mənə verməyi xahiş eləsəydim,
kim buna mane olardı? Əksinə, sevinə-sevinə verərdilər ki, “ağzımı
yumsunlar”. Şükür Allaha ki, mənim əlim heç nəyə bulaşmayıb, öz
şərəfi mi və təmiz niyyətimi qoruya bilmişəm. İndi
mənim heç velo-
sipedim də yoxdur. Ən böyük sevinc – şəxsi mənafeyə tam etinasız
yanaşmaqdan doğur.
Mən bu mövzuda şeir də yazmışam: