Kompyuter texnikasinin əsaslari



Yüklə 471 b.
tarix26.09.2017
ölçüsü471 b.
#1609


KOMPYUTER TEXNİKASININ ƏSASLARI

    • EHM və onun yaranma tarixi

Kompyuter nədir?

  • Kompyuter (ingiliscə “computer”) – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir, “hesablayıcı” deməkdir.



Hesablama vasitələrinin inkişaf tarixi

  • İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.

  • Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.



Hesablama vasitələrinin inkişaf tarixi

  • B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır.



Hesablama vasitələrinin inkişaf tarixi

  • Çində suan-pan (VI əsr)



Hesablama vasitələrinin inkişaf tarixi

  • Blez Paskal

  • Fransa



Hesablama vasitələrinin inkişaf tarixi

  • Vilhelm Leybnis

  • Almaniya



Hesablama vasitələrinin inkişaf tarixi

  • Çarlz Bebbic

  • İngiltərə



Hesablama vasitələrinin inkişaf tarixi

  • Ada Avqusta Lavleys

  • İngiltərə



Hesablama vasitələrinin inkişaf tarixi

  • Proqramla idarə olunan

  • ilk kompyuter – Z3

  • 1941-ci il



Hesablama vasitələrinin inkişaf tarixi

  • Con Fon Neyman

  • ABŞ



Birinci nəsil kompyuterlər

  • İllər: 1950 – 1959

  • Element bazası: elektron lampalar

  • Qabarit ölçüləri: çox böyük

  • İş etibarlılığı: az

  • Yaddaş tutumu: çox kiçik

  • İşləmə sürəti: çox kiçik

  • Hesablama

  • məhsuldarlığı: 1 san. bir neçə 10 000 əməliyyat



Birinci nəsil kompyuterlər

  • Kompyuterlərin tətbiq sahəsi çox məhdud olmuşdur.

  • Əsasən riyazi məsələlərin həlli üçün istifadə olunmuşdur.



Birinci nəsil kompyuterlər



İkinci nəsil kompyuterlər

  • İllər: 1960 – 1969

  • Element bazası: yarımkeçirici, tranzistor (diod)

  • İş etibarlılığı: nisbətən böyük

  • Yaddaş tutumu: nisbətən böyük

  • İşləmə sürəti: nisbətən böyük

  • Hesablama

  • məhsuldarlığı: 1 san. bir neçə 100 000 əməliyyat



İkinci nəsil kompyuterlər

  • Giriş-çıxış qurğuları təkmilləşdirilmişdir.

  • Böyük tutumlu xarici yaddaş (maqnit lentində) qoşulmuşdur.

  • Mətn informasiyasının emalı mümkün olmuşdur.

  • Alqoritmik dillərin tətbiqi geniş istifadə olunmağa başlanmışdır.

  • Xarici qurğularla əsas qurğuların paralel işlənməsi təmin edilmişdir.



İkinci nəsil kompyuterlər



Üçüncü nəsil kompyuterlər

  • İllər: 1970 – 1985

  • Element bazası: mikroelektronika, inteqral sxemlər

  • Qabarit ölçüləri: nisbətən kiçik

  • İş etibarlılığı: nisbətən böyük

  • Yaddaş tutumu: nisbətən böyük

  • İşləmə sürəti: nisbətən böyük

  • Hesablama

  • məhsuldarlığı: 1 san. bir neçə on milyon əməliyyat



Üçüncü nəsil kompyuterlər

  • Aparat və proqram vasitələrindən birgə istifadə olunmağa başlanmışdır.

  • Əməliyyat sistemləri yaradılmışdır.

  • Qabarit ölçülər kiçilmişdir.

  • Multiproqram rejimi mümkün olmuşdur.

  • Müxtəlif tipli xarici qurğuların qoşulmasına imkan yaranmışdır.

  • Xarici yaddaş kimi maqnit disklərindən istifadə edilmişdir.



Üçüncü nəsil kompyuterlər



Dördüncü nəsil kompyuterlər

  • İl: 1985 – indiyə qədər

  • Element bazası: Böyük inteqral sxemlər və çox böyük inteqral sxemlər (BİS və ÇBİS)

  • Qabarit ölçüləri: 10-100 dəfələrlə kiçik

  • İş etibarlılığı: böyük

  • Yaddaş tutumu: böyük

  • İşləmə sürəti: böyük

  • Hesablama

  • məhsuldarlğı: 1 san. bir neçə 100 milyon əməliyyat



Dördüncü nəsil kompyuterlər

  • BİSÇBİS yaradılmışdır.

  • Əməli yaddaş inteqral sxemlərdə qurulurdu.

  • Əməli yaddaşın işləmə sürəti və tutumu xeyli artmışdır.

  • Fərdi kompyuterlər yaradılmışdır.



Dördüncü nəsil kompyuterlər



Beşinci nəsil kompyuterlər

  • Bu günün və gələcəyin kompyuterləri



Beşinci nəsil kompyuterlər

  • təkmilləşdirilmiş insan-maşın interfeysinin yaradılması (nitqin, səsin, obrazların və s. tanınması);

  • Biliklər bazasının və süni intellekt sistemlərinin yaradılması üçün məntiqi proqramlaşdırmanın inkişaf etdirilməsi;

  • Hesablama texnikasının istehsalında yeni texnologiyaların yaradılması;

  • Kompyuterlərin və hesablama komplekslərinin yeni arxitekturalarının yaradılması.



Kompyuterlərin təsnifatı

  • Qabarit ölçülərinə və məhsuldarlığına görə kompyuter aşağıdakı siniflərə bölünür:



Böyük kompyuterlər

  • Tarixən ilk dəfə böyük kompyuterlər yaranmışdır. Onların element bazaları elektron lampalardan başlayaraq inteqral sxemlərə qədər təkmilləşdirilmişdir.

  • Bu sinif kompyuterlərə IBM firmasının bir sıra modellərini – IBM 360, 370, 390 və onların analoqları olan EC 1040, 1045, 1050, 1055 aid etmək olar.



Böyük kompyuterlər



Super (çox böyük) kompyuterlər

  • Geniş sahədə planlaşdırma və proqnozlaşdırma, nüvə energetikası, hərbi müdafiə sahələrində böyük kompyuterlərin məhsuldarlığı kifayət etmirdi. Bu səbəbdən super kompyuterlərin yaradılmasına ehtiyac yarandı.

  • Super kompyuterlərdə hesablamaların paralel aparılması hədsiz işləmə sürəti almağa imkan verir.

  • Buna misal olaraq EC-1065, EC-1066, ElbrusCray Research kompyuterlərini göstərmək olar.



Super kompyuterlər



Super kompyuterlər



Orta kompyuterlər

  • Orta kompyuterlər böyük kompyuterlərə nisbətən az imkanlara malikdirlər, lakin nisbətən ucuzdurlar.

  • Bu kompyuterlərə EC sinfinin bəzi modellərini (EC-1036, EC-1130 və s.) aid etmək olar. Xaricdə orta kompyuterlər IBM, DEC (Digital Equipment Corporation), HP, Comparex və s. firmalarında istehsal olunur.



Orta kompyuterlər



Mini (kiçik) kompyuterlər

  • Mini kompyuterlər ölçülərinin və qiymətlərinin böyük kompyuterlərə nisbətən kiçik olmasına baxmayaraq, universal imkanlara malikdirlər. Mini kompyuterlər 60-cı illərdə yaradılmış və sonradan böyük sürətlə inkişaf etmişlər.

  • Mini kompyuterlərə misal olaraq DEC firmasının istehsal etdiyi PDPVAX kompyuterləri və onların analoqları olan CM tipli maşınları göstərmək olar.



Mini kompyuterlər



Mini kompyuterlər



Mikro-kompyuterlər

  • Mikroprosessorların və mikro-kompyuterlərin inkişafındakı nailiyyətlər istifadəçilərə fərdi xidmət üçün və kompyuter texnikası sahəsində mütəxəssis olmayan istifadəçilərin müxtəlif məsələlərin həllinə yönəlmiş fərdi kompyuterlərin (FK) yaradılmasına gətirib çıxardı.

  • Bu kompyuterlərin əsas istehsalçıları IBM, DEC, HP, Apple, Compac, Comparex, Siemens, ICL və b. firmalardır.



Mikro-kompyuterlər



Kompyuterin arxitekturası və strukturu

  • Kompyuter arxitekturasında

  • Con Fon Neymanın

  • 40-cı illərdə təklif etdiyi prinsiplər əsas götürülür.



Kompyuterin arxitekturası və strukturu

  • Neyman arxitekturalı hər bir kompyuter iki hissədən ibarətdir:



Mərkəzi hissə

  • Mərkəzi hissəyə aşağıdakılar daxildir:



Periferiya hissəsi



Neyman arxitekturası



Mikroprosessor

  • Mikroprosessor kompyuterin əsas qurğusu olub, DYQ-da saxlanan hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompyuterin ümumi işini idarə edir.



Kompyuterin yaddaşı

  • Kompyuterin yaddaşı funksional baxımdan iki hissəyə bölünür:



Daxili yaddaş

  • Daxili yaddaş proqramların və emal olunan verilənlərin saxlanması üçündür və iki hissədən ibarətdir:



Əməli yaddaş

  • Əməli yaddaş (RAM – Random Access Memory, operativ yaddaş, müvəqqəti yaddaş)

  • elektrik enerjisindən asılı olan yaddaşdır, informasiyanın müvəqqəti saxlanılması üçün istifadə edilir.

  • Müasir EHM-də əməli yaddaş Gbaytlarla ölçülür.



Daimi yaddaş

  • Daimi yaddaş (ROM – Read Only Memory,

  • sabit yaddaş)

  • elektrik enerjisindən asılı olmayan yaddaşdır,

  • informasiyanın daimi saxlanılması üçün istifadə edilir.

  • Burada əməliyyat hissəsinin bir bölməsi – daxiletmə və xaricetmənin baza sistemi (BIOS), kompyuterin düzgün işləməsini yoxlayan proqramlar və s. saxlanılır.



Xarici yaddaş

  • Xarici yaddaş informasiyanın uzun müddət saxlanması üçün istifadə edilir.

  • Bu yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur.



Daxiletmə-xaricetmə qurğuları

  • Daxiletmə-xaricetmə qurğuları informasiyanın kompyuterə daxil edilməsi və kompyuterdən xaric edilməsi, həmçinin istifadəçi ilə kompyuter arasında ünsiyyətin təmin edilməsi üçün istifadə olunur.



Kompyuterin arxitekturası və strukturu



Kompyuterin əsas xarakteristikaları

  • Kompyuterin əsas xarakteristikaları aşağıdakılardır:



Kompyuterin əsas xarakteristikaları

  • Kompyuterin işləmə sürəti prosessorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı ilə təyin olunur.

  • Yaddaş tutumu (və ya həcmi) kompyuterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur.



Kompyuterin əsas xarakteristikaları

  • Hesablama dəqiqliyi ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır.

  • Əmrlər sistemi prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur.



Kompyuterin əsas xarakteristikaları

  • Kompyuterin qiyməti işləmə sürətindən, yaddaş tutumundan, əmrlər sistemindən asılıdır.

  • Kompyuterin iş etibarlılığı müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində öz xassələrini saxlamaq qabiliyyətidir.



Yüklə 471 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə