Kordinat sistemində qurulan qrafiklər



Yüklə 29,64 Kb.
səhifə5/5
tarix31.12.2021
ölçüsü29,64 Kb.
#81336
1   2   3   4   5
Struktur imtahan

Layın elementləri

Az çox bircinsli olub, altdan və üstdən paralel sərhədlərlə hüdudlanmış yastı formalı,nisbətən böyük sahəyə malik geoloji cismə lay deyilir. Layın aşağıdakı elementləri vardır. Layı altdan hüdudlandıran və nisbətən qədim səthinə layın dabanı deyilir. Layı üstdən hüdudlandıran və nisbətən cavan səthinə layın tavanı deyilir. Layın dabanı ilə tavanı arasındakı məsafəyə layın qalınlığı deyilir. Tavan və daban arasında qalan ən qısa məsafəyə layın həqiqi qalınlığı deyilir(Eb). Yer səthinə çıxmış layın həmin səth üzrə ölçülən tavanı ilə dabanı arasındakı ən qısa məsafə isə onun görunən qalınlığı deyilir.(Ea)

Görünən qalınlığın aşağıdakı müstəsna halları mümkündür: 1)Üfüqi qalınlıq- daban ilə tavan arasındakı üfüqi müstəvi səth üzrə ölçülmüş ən qısa məsafəyə layın üfüqi qalınlığı deyilir.(Eh) 2)Şaquli qalınlıq- daban ilə tavan arasındakı şaquli müstəvi səth üzrə ölçülmüş ən qısa məsafəyə deyilir (Ev).

Laydaxili laylanma

Hər bir lay müəyyən daxili quruluşa malikdir.Layın daxili quruluşunu səciyyələndirən onu təşkil edən laycıqların vəziyyətidir. Çökmə mənşəli layların üst-üstə yatan laylanmasını, layın daxili quruluşunu əks etdirən laylanmadan fərqləndirmək üçün ona laydaxili laylanma deyilir. Layın daxili quruluşunu səciyyələndirən aşağıdakı növ laylanmalar mövcuddur : 1)Paralel laylanma –Bu növ laylanmada laycıqlar bir-birinə paralel yerləşirlər. Paralel laylanma adətən sakit mühitdə yəni, çöküntutoplanma hövzələrinin dərin hissəsində və dib cərəyanlarından məhrum olduğu halda şaquli çökmə nəticəsində yaranır.

2)Dalğavari laylanma – bu növ laylanma dalğaların fəaliyyət göstərdiyi məkanda formalaşır. Yəni hövzənin şelf zonasında yayılır . Dalğavari laylanma çökməyə məruz qalan çoküntülərə 2 bir –birinə əks istiqamətdə olan qüvvələr təsir etməsini göstərir.

3) Çəp laylanma – Bu növ laylanma çay vadilərində, axar suların hövzələrində, dib cərəyanəlarına malik olan su hövzələrində, eol çöküntülərdə formalaşır.Çay vadisinə xas olan çəp laylanma – Bu laylanma onu göstərir ki, toplanan çöküntülərə qüvvə əsasən bir istiqamətdə təsir göstərmişdir .4) Hövzənin dayazlığında dib cərəyanı şəraitində formalaşam çəp laylanma. 5) Çayın deltasına xas çəp laylanma .deltaya məxsus çəp laylanmada layın tavan hissəsində çəp laycıqlar iri dənəli hissəciklərdən ibarət xırda linzalar ilə əvəz olunur. Bu linzalar çayın nisbətən yüksək enerjiyə malik olduğu fəsillərdə deltaya gətirdiyi əlavə çöküntülər hesabına yaranır. Linzavari laylanma su yaxud hava axınının sürətli və dəyişkən mühitində formalaşır. Xırda linzavari laylanma sakit su hövzəsində də yarana bilər, əgər ora vaxtaşırı kobuddənəli material gətirilirsə.

Linzavari laylanmada ayrı-ayrı laylar müxtəlif formalılığı və qalınlığının dəyişkənliyi ilə xarakterizə olunur. Ona görə də əksər hallarda layların tam pazlaşması baş verir və onlar linza formasını alır. Əksər hallarda linzavari laylanma əvvəl toplanan çöküntülərin yuyulması və dib səthin girintili-çıxıntılı olması ilə əlaqədar olur. Layların qalınlığı çöküntütoplanma mühitinin intensivliyini və hövzəyə daxil olan materialın miqdarını əks etdirir. Layların qalınlığından asılı olaraq 4 laylanma vardır.

1.İri laylanma (qalınlığı bir neçə on santimetrdən metrə kimi).

2. Kiçik laylanma ( qalınlığı santimetrlərlə ölçülür)

3. Nazik laylanma (qalınlığı millimetrlərlə ölçülür)

4. Mikrolaylanma (ancaq mikroskop altında görünür)

Laylanma səthinin quruluşu Laylanma səthinin xüsusiyyətləini öyrənməklə çökmə qatların yatma şəraitini və əmələ gəlməsini izah etmək olar. Laylanma səthinin xüsusiyyətlərinə: düyünlərin qalığı, ilk çatlılıq, müxtəlif orqanizmlərin izləri, yağış damcıları, buz kristallarının yeri və s. daxildir. Düyünlər əmələgəlmə şəraitinə görə üç cür olur: küləklə əlaqədar olan, axınla əlaqədar olan və dalğaların nəticəsində yaranan.Layların (horizontların) üzərində müxtəlif mənşəli, qazıntı halında çoxlu ilk çatlar saxlanılır. Bunların əksəri layları təşkil edən çöküntülərin qurumasından əmələ gəlir. Bundan başqa, laylar üzərində sualtı və buzlaq çatları da rast gəlir. Onlar başqa materiallarla dolaraq uzanma istiqamətində dişcik və düyünlər əmələ gətirir. Sualtı çatlar qədim kolloidli lillərdə əmələ gəlir və ulduzvari dişciklər yaradır. Laylanma səthində müxtəlif canlıların izinə tez-tez rast gəlmək olur. Bu cür izlərə ieroqliflər deyilir. İeroqliflər müxtəlif növlü və müxtəlif mənşəli olur. Ən çox fliş fasiyalı qumdaşı və karbonat çöküntüləri üzərində müşahidə edilir. Bu cür izlərə lil ilə qidalanan və sürünən orqanizmlərin, yağışın, yuyulmanın və s.qalıqları daxildir.Çökmə süxurların mühüm bir xüsusiyyətlərindən biri də qırıntı materialların istiqamətlənməsidir. Bu xüsusiyyəti öyrənməklə çökmə qatının əmələ gəldiyi vaxtı, yuyulma və aşınma materiallarının gətirilmə istiqamətini və yerini müəyyənləşdirmək olar. 6) Dib cərəyanlarına xas olan çəp laylanma 7) Eol çöküntülərinə xas olan çəp laylanma (Küləyin fəaliyyəti). Dib cərəyanı və eol çöküntülərinin əmələ gətirdiyi çəp laylanmanın bir-birindən fərqi ondan ibarətdir ki, laycıqlar iri və kobud olurlar.

Laydaxili laylanmanı öyrənməkdə məqsəd layın nə kimi paleocoğrafi şəraitdə formalaşmasını araşdırmaqdır.





Yüklə 29,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə