Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə79/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   75   76   77   78   79   80   81   82   ...   112

Babam məni bu diyara göndərib. 

Ahu-fəqanından çox çəkir qəmi

Babam məni bu diyara göndərib. 

Abdurrahman: 

Başına döndüyüm ay cavan oğlan, 

Baban kimdi, onu mənə deyirsən? 

De, niyə ağlayıb çox çəkir fəğan, 

Baban kimdi, onu mənə deyirsən? 

Həsən: 

Paşa, xotkarlardan xərac alıbdı, 



İndi görsən saralıban solubdu, 

Bu şəhərdə intizarı qalıbdı, 

Babam məni bu diyara göndərib. 

Abdurrahman: 

Tək qoç Koroğludu igid, ad alan, 

Paşalar mülkünə talanlar salan, 

Bəs o kimdi saralıban həm solan, 

Baban kimdi, onu mənə deyirsən? 

Həsən baxdı ki, mehtərbaşı deyəsən ya həddindən artıq arif, yaxud 

da qanacaqdan bir balaca karsaladı. Odu ki, özü-özünə dedi: Gəl buna 

“Atüstü” üzərində bir Koroğlu bayatısını nərə çək, sonra təxəllüsünü 

isnad ver. Dedi: 

– Mehtərbaşı sənə yazığım gəlir, qulağına bir lopa pambıq tıxa. 

Yazıqsan. Sonra məni vayqanlı görmə. 

Bunu deyib Həsən bir dəli nərə çəkdi. Elə bil göy yarıldı, ildırım 

çaxdı: 


Yerdən dursa Koroğlu, 

Torun qursa Koroğlu, 




Qan sel kimi tökülər

Bir qıy vursa Koroğlu. 

Yar yolunda mən də qolu bağlıyam, 

Ah çəkibən, sinəm üstü dağlıyam. 

Adım Həsən, qoç Koroğlu oğluyam, 

Babam məni hüzuruna göndərib. 

Abdurrahman: 

Abdurrahmanam, bil mehtərlik peşəmdi, 

Xoş gəlibsən, sənə qurban başımdı, 

Koroğlu da əzizim, qardaşımdı, 

İndi bildim, baban kimdi deyirsən. 

Həsən sazla dediyini sözlə mehtərbaşına dedi. Mehtərbaşı dedi: 

– Oğul, səni imtahana çəkmək yersizdi. Onsuz da Koroğlu Bulğurlu 

sazı ancaq ən əziz adamına verə bilər. Amma oğul, mən bilən onun 

Həsən adlı oğlu yoxdu. Mən tanıdığım oğlunun adı Eyvazdı. 

Həsən dedi: 

– Elədi, əmi. Mən Dəmirqapı Dərbəndli Ərəb paşanın qızı 

Möminə xanımdan olan oğluyam. Adı mənə atam yox, babam veribdi. 

– Hə, indi bildim. Amma oğul, nə badə buralarda özünün Koroğlunun 

oğlu olduğunu, Çənlibeldən gəldiyini ağzından qaçırasan. Qara 

paşa diri-diri dərinə saman təpər. Mətləbin də mənə aydındı. Zərnişan 

xanımın əksini biz yeddi ilə çalışıb əldə edə bildik. Niyyətin xoş olsa 

da, onun özünü əldə etmək çox müşkül işdi. 

Həsən dedi: 

– Əmican, sən onun yerini, yurdunu mənə salğa ver, qalanında işin 

yoxdu, özüm düzəldərəm. Mehtərbaşı gördü ki, Həsən çox qırdırmasına 

gedir. Buna heç Tanrı törpüsü dəyməyib, elə öz dediyini deyir. 

Mehtərbaşı dedi: 




– Oğul, ağıl-ağıldan süyüşüklü olar. Fatma qarı ilə məsləhətləşək. 

Belə işlərdə onun səriştəsi çoxdu. 

Mehtərbaşı qonşularındakı Fatma qarını çağırtdırdı. Fatma qarı 

içəri girəndə Həsənin boy-buxunu, xətti-xalı xoşuna gəldi. Ürəyində 

bərəkallah səni doğana, allah saxlasın – dedi. Qarı qonağa xoş gəldin 

deyib taxtın bir tərəfində oturdu. 

Həsən baxdı ki, Fatma qarı lap Aşıq Cünunun dediyi kimidi. 

– Qarılar dürlü olur, qarı var iman quran, qarı var ilan vuran, qarı 

var ipəyi, qarı var köpəyi, qarı var holdurum hop, qarı var koldurum 

kup, qarı var balağı batdaq, qarı var dabanı çatdaq. Bu qarı çoxbilmişdi. 

Üz-gözündən zəhər yağsa da ipəyidi, iman qurandı. Dil tapmaq olar. 

Mehtərbaşı dedi: 

– Qarı nənə, sənə bir işimiz düşüb. Əl bizim, ətək sənin. 

Qarı dedi: 

– Ə, mehtərbaşı! Mən baytar deyiləm, nalbənd deyiləm. Sənin 

mənə nə işin düşəcək? Atlarıyın nalı tökülüb nalbənd çağır, saqqo 

olub, qotur düşüb nə çoxdu Ağ şəhərdə baytar. 

Mehtərbaşı gördü qarı mətləbdən uzaqlaşdı. Dedi: 

– Fatma qarı, bütün ilxı qurban olsun sənin bir ağ saçına. Bizim 

dərdimiz at dərdi deyil. Sən Qara paşanın evinə gedib, gəlirsən. Necə 

edə bilərik Zərnişan xanımı bizim bu cavan oğlanla bir dəfə görüşdürəsən? 

Fatma qarı Zərnişanın adını eşitcək, elə bil onu ilan çaldı. Yerindən 

dik atıldı. Az qaldı qapını qoyub bacadan çıxsın. Həsən qarının 

qarşısını kəsdi. 

– Nənəcən, biz sənə bir şey eləmədik. Sözdü soruşduq. Kömək 

etsən də, etməsən də öz işindi. Biz sənin ağbirçək imanına pənah 

gətirdik. Qarı baxdı Zərnişan xanıma layiq bir oğlan varsa da elə budu. 

Amma özünü sındırmadı, dedi: 




– Oğul, sən qonaqsan. Bu gün burdasan, sabah Allah bilir harda

amma mehtərbaşı ağlını itirib. Ağ şəhərdə Zərnişan xanımın adını 

tutanı diri-diri divara hörürlər. Canına yazığın gəlsin. Nə qədər söz 

Qara paşaya çatmayıb, pələ-püsəni burdan yığışdır. Hələ bu neçə ildə 

Zərnişan xanımın üzünü birbaşı papaqlı inni-cinni görməyib. Əgər 

görməyə cürət edən olubsa, onu baxdığı yerdə qulaqlarından divara 

mıxlayıblar. 

Mehtərbaşı dedi: 

– Ay Fatma qarı, biz səndən tədbir dilədik, daha səndən ölüm 

istəmədik. Rəhmətliyin qızı, biz hələlik ölməyə tələsmirik. Sənə nə 

olub? 

Həsən əl atıb cibindən bir ovuc axça çıxartdı. Qarının ovcuna 



basdı, dedi: 

– Nənə, hələlik əl xərcliyindi. Nəmərin sonra. 

Qarı baxdı axçaların hamısı qızıldı. Gözü kəlləsinə çıxdı, dedi: 

– Oğul, Zərnişan xanım hər cümədən cüməyə Bülbüllü bağa seyrəngaha 

çıxır. Mən hər cümə axşamı onun əl-ayağına xına qoymağa 

gedirəm. Əksin varsa mənə ver. Kim bilər, xına qoyanda çalışaram ki, 

yerə düşsün. Zərnişan xanım soruşsa deyərəm ki, nəvəmdi. Əgər bir 

şey öyrənsəm, axşam sənə deyərəm – deyib, qarı xudahafisləşib getdi. 

Mehtərbaşı dedi: 

– Oğul, Həsən. Fatma qarını yaman yerdə yaxaladın. O, imanından 

keçər, qızıl axçalardan keçməz. İndi eşit, Qara paşanın bir atı var. 

Adına Aşqardor deyərlər. O atı ələ gətirə bilməsək heç bir iş görə 

bilmərik. Hələ cümə gününə var. İndi sən pay-piyada Bülbüllü bağa 

tərəf get. Yerini-yurdunu manşırla. Elə et ki, heç kəs səndən şübhələnməsin. 

Yoxsa işlər şuluq olar. Qaş qayırdığımız yerdə, göz tökərik. 

Ustad dili yüyrək olar. Aradan bir az keçmişdi ki, Fatma qarı təngənəfəs 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə