Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə1/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
  1   2   3   4   5   6   7   8   9   ...   112


KOROĞLU DASTANI 

"Alı kişi" qolu  

Alı kişi neçə illər Həsən xana ilxı otarıb ömrünü, gününü onun qapısında çürüdüb, saqqalını 

ağartmışdı.  

O, hər gün səhər dan yeri ağaranda ilxını haylar, bütün günü otarar, gecədən bir pas keçəndən 

sonra xalxala gətirərdi.  

Tay dağlarda, daşlarda kövşənlərdə Alı kişinin ayağı dəyməmiş bir yer yox idi. 

Yenə də bir gün Alı kişi ilxını sürüb dərya qırağına aparmışdı. 

Atlar dəryanın qırağındakı otlaqda otlayırdılar.  

Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. 

Qoca ilxıçı bir də baxdı ki, budu dəryadan iki at çıxdı. Alı kişi dərya atı olmağını eşitmişdi, 

amma heç görməmişdi.  

Atlar yavaş-yavaş gəlib ilxıya qarışdılar. İki madyana 

yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi nə qədər 

ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları 

manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi. 

Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb, 

madyanları gözdən kənara qoymurdu. Bəli, elə ki, vədə tamam oldu, 

Alı kişi tay madyanların yanından əl çəkmədi. Ta o qədər gözlədi ki, 

axırda madyanlar doğdu. Alı kişi tamam-kamal iki il dayları bəslədi. 

Tay az qalırdı ki, gözünün yağını onlara yedirtsin. 

Bəli, daylar böyüyüb iki yaşar oldular. 

Bir gün Həsən xanın evinə bir paşa dostu qonaq gəlmişdi. Həsən 

xan dostu paşanı çox yaxşı qonaq elədi. Paşa söhbət arasında dedi: 

– Həsən xan, eşitmişəm sənin qəşəng, cins atların var, gərək ilxından 

mənə iki ayğırlıq at verəsən. 

Həsən xan o saat “baş üstə” deyib, Alı kişini yanına çağırıb tapşırdı: 

– Sabah ilxını çölə aparma, paşa üçün iki ayğırlıq at tutduracam. 

Həsən xan bu sözü deyən kimi daylar Alı kişinin yadına düşdü. O, 

xanın başını uca eləmək üçün səhər tezdən durdu, dayları tutub xalxala 

bağladı, ilxını sürüb çölə ötürdü. 

Bir az sonra Həsən xan, paşa da yanında, xalxala gəldi. Paşa baxdı 

ki, xalxalda iki uzunorta, arıq, çöpüklü day bağlanıb. Bildi ki, bu dayları 

ona vermək istəyirlər; gülüb dedi: 

– Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins ayğırlıq atların 

var. Bunlar nədir? İş belə ələngə-üləngəyə qalsa, bunlardan mənim 

özümdə də çoxdu. 

Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub 

dedi: 


– Axmaq qoca, mən sənə deməmişdimmi at tutduracağam, ilxını 

saxla; niyə saxlamamısan? 

Alı kişi dedi: 

– Xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə 




baxma. Əgər başının uca olmağını istəyirsənsə paşaya bunları ver. 

Alı kişinin yekə-yekə danışmağınnan Həsən xan daha da qəzəbləndi. 

Onun üstünə qışqırıb dedi: 

– Mənim ilxımda aləmdə söylənən cins ayğırlıq atlar var. Bu 

ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədi? 

Alı kişi dedi: 

– Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını 

uca eləməkdi. Sənin ilxında bunlardan yaxşı at yoxdu. Bütün dünyanı 

gəzsən, genə də belə at tapa bilməzsən. 

Həsən xan qəzəblənib dedi: 

– Bilmirəm. Bir saata qədər yerdə də olsa, göydə də olsa, gərək 

paşaya layiq, mənim adıma layiq iki yaxşı ayğırlıq at seçəsən. Bu saat 

get, seç, gəti. 

Alı kişi dedi: 

– Xan, onda izn ver paşa üçün ayğır seçməyə başqa adam getsin. 

İlxıda bu daylardan yaxşı at yoxdu. Mən özüm başa düşə-düşə yaxşı 

atı qoyub pis at seçə bilmərəm. Bu mənim adıma layiq olmaz. 

Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı 

kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü 

onu da dəlil eləmişdi. Odu ki dedi: 

– Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük 

qiymət verir. Yəqin ki, elə o haqlıdı. Onda sən belə elə. Bu dayların 

hər birini onun bir gözünə qiymət elə. 

Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr etdi, cəllad Alı kişinin 

gözlərini çıxartdı. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə 

uf da eləmədi. Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi: 

– Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey 

gözdü. Sən məni ondan binəsib elədin. Mən sənin qapında canımı çürüt- 

düm, ilan kimi qabıq qoydum, saç, saqqal ağartdım, amma sən bunların 

heç birini bilmədin, qədir-qiymət vermədin, bir paşanın xatırına məni 

kor elədin. İndi heç olmazsa bu iki çöpüklü dayları mənə ver. 

Həsən xan dayları Alının yedəyinə verdirib yanından qovdu. 

Kor Alı kişinin Rövşən adında yeniyetmə, iyid bir oğlu var idi. 

Rövşən baxdı ki, atası qızıl al qana bulanmış, yedəyində iki day budu 

gəlir. Tez qaçıb onu qabaxladı. Alı kişi oğlunun səsini eşidib dedi: 

– Oğul, ömrümün əvvəlindən axırına qədər Həsən xana qulluq 

elədim, indi əvəzində məni dünya işığına həsrət qoydu. Bala, mənim 

gözlərim bu atların üstündə çıxıb. Al bu atları töyləyə çək, qapı-bacanı 

basdır. Yaxşı muğayat ol. Amma gözlə, bu atlar gərək qırx gün, qırx 

gecə gün işığı görməyələr. 

Rövşən atları dama çəkdi, atasının dediyi kimi onlara yaxşı qulaq 

asmağa başladı. 

Bəli, qırx gün tamam oldu. Alı kişi oğlu Rövşəni çağırdı ki: 

– Oğlum, Rövşən, məni atların yanına apar. 

Rövşən atasının əlindən tutub toyləyə gətirdi. Qoca ilxıçı uzun, 

caydaqçəkmə sağrılı, nazik ortalı Dürata yanaşdı, əli ilə üzünü, gözünü, 




yalını, sağrısını tumarladı. Sonra iri başlı, dolu gözlü, qara birçəkli, 

uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağrılı Qırata yanaşdı. Qırat 

fınxırıb iki dal ayaqları üstə göyə qalxdı, ağzını açıb Alıya yönəlmək 

istədi. Qoca Alı atın üstünə qışqırdı. At səsindən onu tanıyıb sakit 

oldu. Alı Qıratın da başını, üzünü, yalını, belini, sağrısını tumarladı. 

Amma bunun sağrısında balaca bir batıq olduğunu hiss elədi. Dedi: 

– Oğul, Rövşən, bax gör Qıratın üstünə işıq düşən yer yoxdu ki? 

Rövşən baxıb gördü ki, pərdənin arasından bir iynə boyda deşik 

var, dedi: 

– Qıratın üstündə bir iynə boyda deşik var. 

İlxıçı dedi: 

– Oğul, bir iynə boyda deşikdən bir kərən boyda soyuq gələr. Çıx, 

oranı ört. 

Rövşən çıxıb deşiyi örtdü, atlara bir az da yaxşı muğayat olmağa 

başladı. 

Bir gün yenə atası Rövşəndən soruşdu: 

– Oğul, atlar necədi, necə yeyirlər? 

Rövşən dedi: 

– Ata, Qırat dəyirman kimi yeyir, arpa, saman yetirmək olmur; 

Dürat da yaxşıdı, ancaq Qıratdan az yeyir. Özü də dincdi, amma Qırat 

durub dincəlmir, qızmış nər kimi oyur-oyur oynuyur. 

Qoca ilxıçı gecə oğlu ilə bərabər toylaya gəldi, atları yoxladı, dedi: 

– Rövşən, oğul, atlar daha böyüyüb, minmək həddinə çatıblar. İndi 

atları bir-bir bərkə, boşa salıb, sınaqdan çıxartmaq lazımdı. Əzəl 

Qıratı, ondan Düratı min, təzəcə sulanmış şumda səyird, sonra qaratikanlığa 

sür, sonra da sıldırım daşlı dağa çap. 

Rövşən atasının öyrətdiyi kimi əzəl Qıratı mindi, yenicə sulanmış 

şumla səyirtdi, sonra qoca ilxıçının yanına qayıtdı. Təcrübəli qoca 

ilxıçı Qıratın burnunu tutdu, at öskürmədi. Sonra ürəyinə qulas asdı, 

baxdı ki, atın ürəyi heç töyşümür. Ondan sonra dırnaqlarını yoxladı. 

Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də Düratı mindi, şuma 

sürdü, səyirdib yenə atasının yanına qaytardı. Alı kişi Düratın da ürəyini 

dinlədi, burnunu sıxdı, dırnağını yoxladı. Dürat da öskürmədi, 

ürəyi töyşümədi, ancaq dırnağının birindən bir qırıq palçıq tapıldı. 

Rövşən bu dəfə Qıratı minib qaratikanlığa vurdu. Qırat qaratikanlığı 

yarıb ildırım kimi süzüb ilxıçının yanında dayandı. Qoca ilxıçı onun 

baldırlarını, çəçiklərini yoxladı, bir yerində nə bir tikan izi tapa bilmədi, 

nə də bir yara. Dürat da sınaqdan pis çıxmadı. Ancaq dal ayağının 

birini tikan balaca cırmışdı. 

Rövşən axırıncı sınaq üçün Qıratı sıldırım daşlığa saldı. Qırat güllə 

kimi sıldırım daşlığı endi, qızıl quş kimi uçub qoca ilxıçının barabarında 

dayandı. Qoca Alı Qıratın qabaq ayaqlarının üylərini bərk sıxdı. 

Qırat nə diksinmədi, nə də qırpınmadı. İndi Düratı minib sıldırım aşağı 

əldən qoydu. Dürat çeçiklərini daşlara çırpa-çırpa sıldırımı endi. Qoca 

Alı: 

– Oğul, Rövşən, Qırat sınaqdan çox yaxşı çıxdı. Düşündüyüm kimi, 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə