Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə7/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   2   3   4   5   6   7   8   9   10   ...   112

Məkkə ziyarətinə gedib. Sonra qarıdan oğlunu soruşdu ki, bəs oğlun 

haradadı? 

Qarı dedi: 

– Xotkar qızı xanım hər ayda, on beş gündə bir qırx incəbelli qızla 

nar bağına gəzməyə çıxır. İndi sabah yox, o birisi gün vədəsidi. Bağa 

gəzməyə gələcək. Odu ki, oğlum bağı yör-yöndəmə salır. 

Koroğlu nə qədər oturub gözlədisə, qarının oğlu gəlib çıxmadı. 

Axırda arvad durdu ki, “bəs oğlan gəlmədi, yəqin gecəni bağda qalacaq, 

yer salım yataq”. 

Koroğlu baxdı ki, arvad bunun yerini evin yuxarı başında salıb, öz 

yerini qapının ağzında. 

Dedi: 


– Sən elə eləmə. Mənim yerimi qapının ağzında sal. 

Arvad getdi fikrə. Əslində arvad elə Koroğlunun xotkardan, xotkarın qızından söz-söhbət 

açmağından, bir dəxi sir-sifətindən, yaraqəsabəsindən bir az şəkkə düşmüşdü. İndi də belə 

deməyi ki, “mənim yerimi qapı ağzında sal”, arvadı lap dağdağıya saldı, dedi: 

– Yox, bala, mən qoca arvadam. Gecələr tez-tez bayıra-bacağa çıxıram. 

Koroğlu dedi: 

– Heç eybi yoxdu. Sən elə məni ayaqlayıb da keçə bilərsən. Qorxma, qabırğalarım sınmaz. 

Amma birdən işdi mən çölə-zada çıxmalı olsam, sən gərək xurd-xəşil olasan. 

Qərəz, nə başınızı ağrıdım, Koroğlunun yeri salındı, qapının ağzında. 

Qoç Koroğlu bayax ha elə yerinə gircək getdi yuxuya. Xorultu dünyanı götürdü. Amma arvadın 

gözünə yuxu getmədi ki, getmədi. Gecənin bir aləmində Koroğlu oyandı. Baxdı ki, arvad 

yatmayıb soruşdu: 

– Ay ana, niyə yatmırsan? 

Arvad dedi: 

– Nə bilim, ay bala, yuxum qaçıb. 

Koroğlu soruşdu: 




– Ay ana, bəlkə məndən qorxursan? 

– Yox, ancaq elə belə... 

Koroğlu gördü yox arvad deyəsən sözlü adama oxşayır. 

Dedi: 


– Ana, sən olasan oğlunun canı düzünü de, görüm niyə yatmırsan? 

Arvadın dar dünyada əziz-xələf bircə oğlu vardı. Odu ki, tay bu andın üstündən keçə bilməyib 

məsələni açdı ki: 

– Vallah ay bala... elə belə ürəyimə dağdağa gəlib ki, görəsən sən kimsən. Heç bizim yerlərin 

adamına oxşamırsan. 

Koroğlu soruşdu: 

– Yaxşı, ay ana, sənin fikrincə mən kim ola bilərəm. 

Arvad dedi: 

– Ay bala, baxıram sənə... Nə bilim vallah, deməyə də utanıram... 

Sən elə deyəsən Nəzərgəldi pəhlivansan. 

– Yox, ana, tapa bilmədin. 

– Onda yəqin Ərəb Reyhansan. 

– Yox, yenə tapa bilmədin. 

– Onda, Giziroğlu Mustafa bəy deyilsən ki? 

– Yox, ana, o da deyil. 

– Bala, onda vallah az qalıram... Ay bala, birdən sən o Koroğlu olarsan ha... 

– Bax, indi tapıbsan. 

Arvadın səsi çıxmadı. Koroğlu bir-iki dəfə onu səslədi gördü yox, səs yoxdu. Axırda durub 

arvadın yanına gəldi, gördü nə, bu gün ölübsən, dünən. Arvad tir-tab düşüb özündən gedib. Tez 

bir az sudanzaddan töküb onu ayıltdı. Arvad elə özünə gəlcək durdu ayağa ki, 

qaçsın. Koroğlu tutdu onun biləyindən. 

– Ay arvad, hara qaçırsan? Mən adam zad yeyən deyiləm ki, niyə məndən qorxursan? 

– Niyə səndən qorxuram? Mən hələ çox iyid arvadam ki, sənin 

adını eşidəndə qorxudan bağrım çatlamayıb. Allah sənin evini yıxsın. 




Sənin adını eşidəndə paşalar qarın ağrısına düşür. Sənin yolun 

yomrulsun. Haradan gəlib mənim evimə çıxdın? 

Koroğlu bir az gülüb, arvadı sakitləşdirdi. Ürək-dirək verdi. Ondan 

çıxardıb bir ovuc da qızıl verdi ki, bu sirri gərək heç yerdə açmayasan. 

Yoxsa küpə girib yeddinci göyə çıxsan, balıq olub dəryaya cumsan, yenə də əlimdən qurtara 

bilməzsən. 

Arvad dedi: 

– Xeyir, arxayın ol. Şücaətinə bələdəm. Səni tanımayana lənət. 

Heç gör sən gedəndən də bir-iki ay sonraya mən heç yorğan-döşəkdən 

dura biləcəyəm ki, bir söz də danışam. Məndə sən ürək-göbək 

qoyubsan ki?.. 

Qərəz, Koroğlu arvada bir az dəlil-dəlayıl eliyəndən sonra yerinə 

girdi. Amma elə bil ki, arvadın yerinə gətirib bir kisə birə tökmüşdülər. 

Yata bilmirdi ki, bilmirdi. Axırda çağırdı ki: 

– Ay oğul, bəs axı, heç bir demədin buraya niyə gəlibsən? 

Koroğlu baxdı ki, lap yeridi. Dedi: 

– Ana, xotkarın qızı Nigar mənə sifariş göndərib ki, gələm onu 

aparam. Mən də onun üçün gəlmişəm. 

Arvad dedi: 

– Bax, bu oldu. Doğrudan da, Nigar xanım elə sənə yaraşan candı. 

Allah mübarək eləsin. Amma, ay bala, onu sən necə aparacaqsan? 

Koroğlu dedi: 

– Bu işdə gərək sənin oğlun mənə kömək eləyə. 

Arvad sevincək dedi: 

– O mənim bu əlimin içində. Ağzı nədi ki, eləməsin. İnşəallah 

sabah keçər, o birisi gün nar bağından birbaş... 

Qərəz, gecəni yatdılar. Səhər oldu. Koroğlu durub atı yemlədi, 

suladı, rahatladı, arvada pul verdi ki, şey-şüy alsın xörək hazırlasın, 




həm də gedib oğlunu çağırsın, özü də üz qoydu meydana tərəf. Ancaq 

getməmişdən üst-üstə arvada tapşırdı ki, dilini dişlərinin dalında 

saxlasın, yoxsa boynunun ardından çıxar. 

Qərəz, arvad öz işlərində olsun, sizə kimdən deyim, Koroğludan. 

Bəli, Koroğlu burdan birbaş gəldi bir ustanın yanına. Ona bir ovuc 

qızıl verib xotkarın adına bir möhür qayırtdırıb qoydu cibinə. 

Oradan çıxıb gedirdi, bir də gördü budu bir mirzə çeşməyini taxıb 

burnunun ucuna, əyləşib bir səkinin üstündə müştəri gözləyir. Koroğlu 

mirzənin yanına gəlib dedi: 

– Mirzə, mənim bir qoca nənəm var. Budu bir neçə aydı ki, ölüm 

yorğan döşəyindədi. Hər nə eləyiriksə sağalmır. İndi mənə səni deyiblər 

ki, sən çox yaxşı dua yazırsan. Sənə qurban olum, gedək nənəmə 

bir dua yaz. 

Mirzənin gözləri buğa görmüş dana gözlərinə döndü. Cəld ayağa 

qalxdı, qələm-davatını götürüb bir əlində imanı, bir əlində tumanı 

düşdü Koroğlunun yanına. Bəli, gəlib axırda yetişdilər qarının həyətinə. 

Mirzə baxdı ki, həyətdə bir qoca qarı var. Koroğluya baxıb dedi: 

– Oğlan, bəs sən deyirdin nənəm naxoşdu. Budu nənən həyətdə 

gəzir ki. 

Koroğlu bayaq ha darvazanı bağlamışdı. Mirzənin lap yanına gəlib 

dedi: 

– Mirzə, əyər canına heyfin gəlirsə, çıxart kağız-qələmini xotkarın 



dilindən qızı Nigar xanıma bir namə yaz. 

– Nə namə? 

Mirzənin əlləri əsə-əsə bir parça kağız çıxartdı. Koroğlu başladı 

deməyə: 


– Xotkarın dilindən qızı Nigara yaz ki: “Bu naməni sənə verən 

adam mənim çovuşumdu. Mənim barigahımda mənə olan hörmət 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə