Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə10/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   6   7   8   9   10   11   12   13   ...   112

vurdular. Qoşun əhli dəlilərin hücumundan qorxub Koroğlunun başından 

dağıldılar. 

Koroğlu göz gəzdirdi. Dəliləri qızğın dava eləyən gördü, könlü 

açıldı, ürəyi atlandı. Aldı görək tərkində ağlayan Nigar xanıma nə dedi: 

Ağlama, telli Nigarım, 

Gəldi dəlilərim, gəldi. 

Xotkar qızı, gözəl yarım, 

Gəldi dəlilərim, gəldi. 

Düşmənə qılınc çəkməyə 

Başları biçib tökməyə 

Paşalar qəddi bükməyə 

Gəldi dəlilərim, gəldi. 

Qurbanam mərdin adına, 

Dostunu salar yadına, 

Bu gün bir ər imdadına, 

Gəldi dəlilərim, gəldi. 

Əldə şeşpəri, qalxanı, 

Yağıya verməz amanı, 

Öldürməyə bəy, paşanı, 

Gəldi dəlilərim, gəldi. 

İgidin kəsməz qovğası, 

Həmişə olar davası, 

Koroğlunun qoç arxası, 

Gəldi dəlilərim, gəldi. 

Koroğlunun nərəsinə dəlilər daha da qızışdılar. Koroğlu bir yandan, 

dəlilər bir yandan xotkarın qoşunundan çox qırdılar. Qoşun dəlilərin 

hücumuna davam gətirə bilmədi, qaçıb dağıldı. Koroğlu tərkində Nigar 

xanım, başında da dəlilər Çənlibelə yollandı. Uzaq yerləri keçib, yolları, 




yamacları aşıb gəldilər Çənlibelə çatdılar. Nigar xanım gördü, 

çatdıqları yer uca dağların başı, güllü-çiçəkli bir oylaqdı, dedi: 

– Koroğlu, Çənlibel budurmu? 

Nigar xanımın cavabında aldı qoç Koroğlu görək nə dedi: 

Çiskinli dağların başı, 

Nigar, Çənlibel budu, bu! 

İyidlər açar savaşı 

Nigar, Çənlibel budu, bu! 

Çəkib bəzirgan soyduğum, 

Qəflələri boş qoyduğum, 

Paşalar gözü oyduğum, 

Nigar, Çənlibel budu, bu! 

Üst yanı dağ, təpə, dərə, 

Müxənnətlər düşər girə, 

Mərd iyidə olar bərə

Nigar, Çənlibel budu, bu! 

Xotkarlar bata bilməyən, 

Comərdlər tuta bilməyən, 

Köksünə yata bilməyən, 

Nigar, Çənlibel budu, bu! 

Ucalardan uca dağı 

Hərgiz gələ bilməz yağı, 

Koroğlu tək ər oylağı 

Nigar, Çənlibel budu, bu! 

Çənlibelə hay düşdü. Dəlilər hamısı at minib Koroğlunun qabağına 

çıxdılar. Nigar xanımı atdan düşürüb, kəcavəyə mindirdilər. Şənlik 

başlandı. Koroğlu ilə Nigarı məclisin baş tərəfində oturtdular. 

Hamının kefi saz idi. Amma heç kimin kefi Bəlli Əhmədin kefinə 




çatmazdı. Xələt xələt üstündən tökülürdü. Hərə öz qüvvəsinə görə 

ona xələt verirdi. Bunu görən Nigar xanım Koroğludan soruşdu: 

– Ay Koroğlu, bəs sən niyə Bəlli Əhmədə xələt vermirsən? 

Koroğlu dedi: 

– Mənim xələtim odu ki, onu azad eləyib dəliliyə götürmüşəm. Nə 

vaxt ki, Çənlibel dəlisi olmağa layiq olduğunu göstərdi, məndən xələti 

onda alacaq. 

Bu sözün cavabında Bəlli Əhməd dedi: 

– Koroğlu, mən Çənlibelə qorxudan, aclıqdan gəlməmişəm. Mən 

igid olmasaydım adıma Bəlli Əhməd deməzdilər. İnşəallah vaxt gələr 

səndən də xələtimi alaram. 

Məclis əhli onun bu sözünə əhsən dedi. Koroğlu bir Nigara baxdı, 

bir dəlilərə baxdı, ürəyi telləndi, adlı görək nə dedi: 

İstanbuldan buta alıb gəlmişəm, 

İstanbulda arzumanım qalmadı. 

Çənlibel oylağım, Qırat dayağım, 

At minməkdə arzumanım qalmadı. 

Qıratı çəkməsəm dağlar sökülməz, 

Bəzməndin çəkməsəm sağrı örtülməz. 

Qabağından qaçan düşmən qurtulmaz

Qisas aldım, arzumanım qalmadı. 

Koroğluyam, Çənlibeldə oturram, 

Harda gözəl görsəm, allam, gətirrəm. 

Dəliləri muradına yetirrəm, 

Gözəllərdə arzumanım qalmadı. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Koroğlu dastanı  

"Aşıq Cünun" qolu 

Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi. 

Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib 

atı dağdan aşağıya buraxdı.  

Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı. 

Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı.  

Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi.  

Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin.  

O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur.  

Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl 

atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi: 

 

Gəl sənə söyləyim, bəzirganbaşı, 



Gəlmişəm mən səndən bac alam, gedəm! 

Dağıdam qəfləni, tökəm malını, 

Gəlmişəm mən səndən öc alam, gedəm! 

Polad şeşpərinən əzəm başını, 

Axıdam gözünün qannı yaşını, 

Cidayilən ölçəm al qumaşını, 

Nağdın da olmasa, vec alam, gedəm! 

Koroğluyam, sərt qayadan atıllam, 

Harda dava olsa orda tapıllam, 

Ac qurd kimi cümlənizə təpilləm, 

Ortadan olmazsa, uc alam, gedəm! 

Bəzirganbaşı bunun Koroğlu olmağına inanmadı. O eşitmişdi ki, 

Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var ki, onlar düşmən 



görəndə, şirə, pələngə dönürlər. İndi onu görüb Koroğlu olduğuna 

inanmadı, bac vermək istəmədi. Atını sürüb yola düzəlmək istəyirdi 

ki, Koroğlu aldı başının üstünü, görək nə dedi: 

Almamış al qumaşını, 

Buraxmaram səni burdan! 

İçib doymamış qanını, 

Buraxmaram səni burdan! 

Tutubsan yükünü uca, 

Sənsən tacirbaşı xoca. 

Matahını soymayınca 

Buraxmaram səni burdan! 

Meydanda şeşpər atmamış, 

Qolların dalda çatmamış, 

Qırat döşünə qatmamış, 

Buraxmaram səni burdan! 

Haradan tutdun sorağı, 

Al eylədin qannı yağı, 

Sinənə çəkməmiş dağı, 

Buraxmaram səni burdan! 

Qoç Koroğlu istər xərac, 

İyidsənsə gir, meydan aç. 

Malını eylərəm tarac, 

Buraxmaram səni burdan! 

Koroğlu sazla dediyi kimi sözdə də dedi: 

– Bəzirganbaşı! Mən səninlə dava eləmək istəmirdim. İndi ki, bac 

vermədin, öz xoşunla dava-dalaşsız karvanı Çənlibelə çək! Yoxsa 

zorla aparacağam. 

Bəzirganbaşı özünü elə göstərdi ki, guya razıdı, karvanı Çənlibelə 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə